İsrailin müdafiə naziri Ehud Barak mətbuat konfransı keçirərək Baş nazir Ehud Olmertin hökumət başçısı vəzifəsindən getməli olduğunu söyləyib
Müdafiə naziri bildirib ki, amerikalı iş adamı Moris Talanskinin Ehud Olmertə seçki kampaniyasını aparmaq üçün pul verdiyi artıq məhkəmədə təsdiq olunub. O, Baş nazirin bütün mümkün vasitələrdən istifadə edərək itefaya getməli və ya müvəqqəti olaraq rəhbərlikdən əl çəkməli olduğunu qeyd edib. Ehud Barak Kadima partiyasının isə gələcək tədbirlər barədə düşünməli, yeni lider təyin etməli və bütün bu planlarını mümkün olduğu qədər tez etməli olduğunu qeyd edib. Əks halda o, partiyası ilə birlikdə növbədən kənar parlament seçkisi üçün mübarizə aparacaqlarını söyləyib. /anspress/