Çerşenbe axşamı, 03.12.2024, 23:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 4 » BDU-da ERMeNİ DİLİ ÖYReDİRMİŞLeR
    13:15
    BDU-da ERMeNİ DİLİ ÖYReDİRMİŞLeR
     
    “Dekan isə “yaxşı oxuyanların hamısı dövlətin xüsusi nəzarətindədir” deyir.

    “Hazırda Bakı Dövlət Universitetində erməni dili ixtisası üzrə təhsil alan 12 tələbə var”. İlk dəfə bu məlumatı eşidəndə təəccübdən böyüyən gözlərimlə yanaşı, bir jurnalist olaraq məlumatsızlığım məni qəzəbləndirdi. Redaksiyamıza sözügedən ixtisasa yiyələnmək üzrə təhsil alan tələbələrdən biri şikayət edəndə belə bir ixtisasın mövcudluğunu öyrəndik. Şikayətçinin sözlərindən məlum oldu ki, bu ixtisas üzrə təhsilə başlayanda, onlara fakültə rəhbərliyi tərəfindən iş perspektivləri barədə “qarlı dağlar” vəd olunduğu halda, indi mənzərə dəyişib.
    Belə ki, tələbələrə ilk vaxtlar “siz seçilmiş, özəl insanlarsız” deyilərək, gələcəkdə nazirliklərdə, məxfi xidmət orqanlarında yüksək təminatlı işlərdə çalışacaqları bildirilib. Amma dediklərinə görə, fakültə rəhbərliyi indi vədlərindən geri çəkilib və tələbələr boşa keçən illərə görə sadəcə, heyfsilənirlər. Hətta onlardan bəziləri köçürmə yolu ilə təhsillərini başqa fakültələrdə davam etdirmək istəsələr də, fakültə rəhbərliyi buna imkan verməyib.
    İndi isə onlar yeganə çıxış yolunu məzun olduqdan sonra Ermənistan, Rusiya, Gürcüstan kimi ölkələrdə işləməkdə görürlər. O da təbii ki, qeyri-mümkündür.
    Bütün hallarda, söhbət maraqlı bir mövzu və onun ətrafındakı onlarla sualdan gedir. Bu tələbələrə kimlər dərs deyir, məzun olduqdan sonra onlar harada işlə təmin olunacaq, bu ixtisas üzrə təhsilin verilməsi kimin ideyasıdır və sair...
    Bu suallarımıza cavab tapmaq üçün öncə BDU-nun mətbuat xidməti ilə əlaqə saxlasaq da, bizə əlaqədar instansiyanın universitetin tarix fakültəsi olduğu bildirildi. Xatırladaq ki, sözügedən tələbələrin aid olduğu regionşünaslıq-qafqazşünaslıq kafedrası tarix fakültəsinin nəzdində fəaliyyət göstərir.
    Fakültənin dekanı Sani Hacıyev bizə açıqlamasında bildirdi ki, həqiqətən də fakültənin nəzdində erməni dili fənni tədris olunur. Məlum oldu ki, əslində qafqazşünaslıq kafedrası 2002-ci ildən bəri fəaliyyət göstərsə də, onun nəzdində erməni və gürcü dillərinin tədrisi 2 ildir başlayıb. Dekan seçiləndən sonra belə bir təşəbbüslə universitet rəhbərliyi qarşısında çıxış edən müsahibimiz buna müvafiq razılıq da alıb. “Erməni və gürcü dillərinin tədrisi olmadan qafqazşünaslığın tədrisi yarımçıq sayılır”, deyən dekana görə, artıq 3 ildir, tələbələr bu ixtisas üzrə təhsil alır və gələn il erməni və gürcü dili tədris olunan qrupların buraxılışı olacaq.
    Erməni dilində təhsil alanların ümumi sayı 12-13 nəfərdir. Daha dəqiq desək, ixtisasın adı qafqazşünaslıq olduğu üçün orada təhsil alan 25 nəfərin yarısı erməni(12-13), yarısı isə gürcü dilini öyrənir. Müsahibimiz fakültədə sözügedən millətlərin dili ilə yanaşı, onların tarixinin də tədris olunduğunu dedi: “Onlar qəbul imtahanı verib, bu kafedraya qəbul olunublar. Könüllülük prinsipi ilə erməni və gürcü dili qruplarında təhsillərini davam etdiriblər. Hələlik bu ixtisasa yenidən qəbul keçirilməsinə ehtiyac görmürük. Çünki 10-12 nəfərin içindən cəmi üç nəfər bu dili mükəmməl bilsə, respublikamız üçün kifayətdir. Respublikada 3-4 nazirlik və idarə var ki, orda da belə kadrlara ehtiyac duyulur. Hərəsində bir nəfər o cür işçi olsa, kifayət edir”.
    Müsahibimiz vurğuladı ki, Qərbi Azərbaycandan köçüb gələnlərin arasında bu dili bilənlər olsa da, artıq yaşlı nəsil sıradan çıxır. Düşmənin dilini bilmək vacib olduğu üçünsə gənc nəslin ixtisaslaşmasına ehtiyac duyulub: “Heç Türkiyədə də bunun tədrisi yoxdur. Türkiyədə eşidiblər ki, bizdə bu dil tədris olunur, bizim kurslarda iştirak etməsi üçün 1 nəfəri göndəriblər”.
    Tələbələrə erməni dilini 2 nəfər müəllim tədris edir. S.Hacıyev vurğuladı ki, sözügedən şəxslər ali təhsilli dilçilərdir və erməni dili üzrə təhsil alıblar: “60-cı illərdə Pedaqoji İnstitutun filologiya fakültəsində erməni şöbəsi fəaliyyət göstərib, onlar da həmin şöbəni bitiriblər. Yəni, bu dili professional səviyyədə bilirlər. Amma təəssüf ki, bizdən fərqli olaraq, ermənilər bu işə lap çoxdan başlayıblar. Ermənistanda Azərbaycan dilini Sovet dövründən bəri öyrədirlər. Moskvada şərqşünaslıq institutunda şərq ölkələrinin, xüsusilə də Türkiyə və Azərbaycanın tarixi ilə məşğul olanların 90 faizi ermənilərdir. Onlar həmişə bizi qabaqlayıblar”.
    Bu tələbələrin işlə təminatına gəlincə, müsahibimiz şikayətçi tələbələrin dediklərinə də münasibət bildirdi. Onun sözlərinə görə, ümumiyyətlə, artıq təyinat məsələsi olmadığı üçün məzunların işlə təminatına fakültə rəhbərliyi məsuliyyət daşımır: “Biz onlara işlə bağlı heç bir vəd verməmişik. Amma bilirik ki, erməni dilini bilənlər elmi- tədqiqat institutlarında, Milli Təhlükəsizlik Nazirliyində, digər nazirliklərdə, mətbuatda çalışa bilərlər. Bu dəqiqə respublikanın hər yerində onlara ehtiyac var. Həmin ixtisas üzrə təhsil alan, o dili gözəl bilən, dövlətçiliyimizi sevən, vətənpərvər olan, Azərbaycana qulluq etməyə hazır, təhsilində nümunəvi olanlar bizim yox, nazirliklərin özləri tərəfindən seçilib götürülür. Yaxşı oxuyan tələbələrin hamısı hazırda xüsusi nəzarətdədir. Yəqin ki, təhsillərini qurtaran kimi müvafiq işlə də təmin olunacaqlar”.
    Dekan onu da vurğuladı ki, ümumiyyətlə, Azərbaycan kimi hər gün yeni iş yerləri açılan məmləkətdə işsiz qalmaq mümkün deyil. Müsahibimizin fikrincə, belə aqibətlə ancaq qabiliyyətsiz və savadsız insanlar üzləşə bilər. S.Hacıyev erməni dilinə yiyələnənlərin də işsiz qalmayacağına əmindir.
    S.Hacıyevin sözlərindən o da məlum oldu ki, həmin tələbələrin öz ixtisaslarının perspektivsizliyini düşünərək, köçürmə yolu ilə başqa fakültəyə keçmək cəhdləri isə ümumiyyətlə həqiqətə uyğun deyil. Müsahibimiz bu halla qarşılaşmadığını söylədi.
    Lakin tərəfimizdən onu da bildiririk ki, bu yazı real şikayət əsasında hazırlanıb və əgər həmin şikayətçi öz adını açıqlamağa razılaşsa, biz onu və onunla müsahibəni oxucularımıza təqdim edəcəyik.



    Yeni Müsavat
     
    www.media-islam.com SAYTINA istinad vacibdir
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1630 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər