Главная » 2008 » İyun » 4 » İlham Aliyev və Receb Tayyib Erdoğan tekbetek görüş keçirib
13:25 İlham Aliyev və Receb Tayyib Erdoğan tekbetek görüş keçirib |
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ötən axşam muxtar respublikaya gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib. ANS PRESS-in Naxçıvan MR-na ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr, iqtisadi-siyasi münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib. Görüşdə Naxçıvanın MR-nın sosial –iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən nəqliyyat və enerji layihələrinin də əsas danışıqlar predmeti olduğu bildirilir. Bunlar sırasında Qars-Naxçıvan dəmiryolu, Ərzurum-Naxçıvan qaz kəməri, Naxçıvan-İstanbul aviareysinin açılmasını göstərmək olar.
Qeyd edək ki, R. T. Ərdoğan Naxçıvan MR-na geniş nümayəndə heyəti ilə gəlib. Nümayəndə heyətinin tərkibinə Türkiyənin enerji və nəqliyyat nazirləri də daxildir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşdən sonra hər iki tərəfdən hökumət təmsilçilərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək. Görüşdən sonra prezident və Baş nazir Ərdoğan mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.
İlham Əliyevin Naxçıvan MR-na səfəri davam edir. Görüşdən sonra prezident müalicə sanatoriyasına baş çəkəcək. /ANS PRESS/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1316 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|