Cüme, 26.04.2024, 08:56
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 5 » Çinde yeni qızıl yataqları aşkarlanıb
    11:37
    Çinde yeni qızıl yataqları aşkarlanıb
     
    Çində beş iri qızıl yatağı aşkarlanıb. Bu haqda ölkənin qızıl Assosiasiyası direktorunun müavini Xou Xueymin məlumat verib. Onun sözlərinə görə, Çin bu il qızıl hasilatının səviyyəsini artırmaqda davam edəcək. Yaxın vaxtlarda ölkənin qızıl hasilatının həcmi 300 tonu ötəcək. Mütəxəssislərin fikrincə, əgər bu reallaşarsa, Çin bu sahədə şəksiz lider olacaq. Məlumat üçün qeyd edək ki, 2006-cı ildə Çin qızıl hasilatının həcminə görə ABŞ və Cənubi Afrika Respublikasından (CAR) sonra dünyada üçüncü yeri tuturdu. Ötən il isə Çin 276 ton qiymətli metal hasil etməklə dünyada birinciliyi ələ keçirmişdi.

    Qızıl hasilatında ikinciliyi, ildə 254,7 ton qiymətli metal hasil edən CAR tutur. Bu ilin ilk iki ayında Çində 38,2 ton qiymətli metal hasil edilib, belə getsə ilin yekunlarına kimi bu rəqəm 300 tonu ötə bilər. Rəsmi məlumata görə, Çində qızıl yataqlarının ümumi ehtiyatları 15-20 min tondur. Ölkədə qızıl hasilatının artması zərgərlik məmulatı istehsalında bu qiymətli metala yüksək tələbatın olması ilə izah edilir. Qeyd edək ki, ölkə büdcəsinə zərgərlik məmulatı satışından gələn gəlir, 2005-ci illə müqayisədə 2,8 milyard dollar artmış və ötən il 25,9 milyard dollara çatmışdı. Bunun nəticəsində ötən il ölkədə qızıla olan tələbat 23 faiz artıb.


    ANS TV
    Категория: Dünyada | Просмотров: 1205 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər