Bazar ertesi, 23.12.2024, 03:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 10 » ŞÜŞE BİZNESİ UĞRUNDA SAVAŞ BAŞLAYIB
    12:07
    ŞÜŞE BİZNESİ UĞRUNDA SAVAŞ BAŞLAYIB
     
    Tikinti sektoru hələ də Azərbaycanda ən gəlirli sahələrdən biridir. Son vaxtlar tikinti texnologiyasında, bəzək və tamamlama işlərində şüşə materiallarının xüsusi çəkisinin artması ölkədə şüşə xammalının və hazır şüşə aksessuarlarının biznesini də aktuallaşdırıb. Artıq dövlət sifarişlərində və özəl sektorda şüşəli binalar, obyektlər, şüşədən arxitektura nümunələri tikmək bir növ dəb halını alıb. Görünür, bu səbəbdən də son illər ölkədə şüşə və güzgü materiallarına tələbat bir neçə dəfə artıb.
    Bəs ölkəyə şüşə materiallarını, tikintidə geniş istifadə olunan aksessuarları kimlər gətirir, bu sahə kimin nəzarətindədir? Açığı desək, uzun müddətdir ki, bu sahənin kimin inhisarında olması ictimaiyyət üçün qaranlıq qalırdı. Ölkəyə gətirilən bütün növdən olan materialların, məhsulların demək olar ki, hamısının öz monopolisti, sahibi var və bunların kimliyini artıq nəinki qəzetlər, hətta ictimaiyyət nümayəndələri də bilirlər. Məsələn, ölkəyə gətirilən banan və digər subtropik məhsulların monopoliyası, eləcə də taxta-şalban biznesi prezidentin şəxsi mühafizəsinin rəisi general Bəylər Əyyubova məxsusdur. Yumurta biznesinə nəzarəti ölkənin baş prokuroru həyata keçirir. Sement və digər tikinti məhsullarının monopoliyası Kəmaləddin Heydərovdadır... Bəs getdikcə ən gəlirli biznesə çevrilən şüşə və onun xammalının biznesi kimin əlindədir?
    “Yeni Müsavat”, deyəsən, bu sualın cavabını qismən tapıb. Belə məlum olur ki,  İrandan şüşə məmulatlarının idxalına Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə nəzarət edir. Bu məlumatı bizə etibar etdiyimiz və mötəbərliyinə inandığımız qaynaq verib. Onun sözlərinə görə, hazırda metronun “Əzizbəyov” stansiyası yaxınlığında şeyxə məxsus böyük bir şüşə sexi fəaliyyət göstərir. Orada obyektlərdən və tikintilərdən gələn sifarişlər qəbul olunur. Xammalın gətirilməsinə isə ciddi bir nəzarət var; başqa birisi bunu edə bilməz. Mənbə hətta daha uzağa gedərək, hörmətli şeyxin varidatına dair xırda təfərrüatlar da göstərir. Biz onlardan yalnız bir qismini diqqətinizə çatdırırıq: “Şeyx Azərbaycanın ən zəngin insanlarından biridir. Onun ”Montin" bağı yaxınlığındakı, deputat Vahid Əhmədovun ofisinin qonşuluğundakı villasının qiyməti 10 milyon manat civarındadır. Ölkənin dini liderinin həyəti isə sanki zooparkı xatırladır. Şeyx hətta orada meymun da saxlatdırır".
    Mənbənin dediyinə görə, hörmətli şeyximiz ölkədə bir neçə sahəyə nəzarət edir ki, onlardan biri də şüşə biznesidir: “Onun icazəsi olmadan ölkəyə İrandan heç kəs şüşə gətirə bilməz. Hətta bugünlərdə deputat Vahid Əhmədov bu işə girişmək istəsə də, onun cəhdi baş tutmayıb. Deputata məxsus üç ədəd trayler Azərbaycan gömrükçüləri tərəfindən geri qaytarılıb. Bundan əlavə, Bakıda bu işlə məşğul olmaq istəyən iranlı biznesmenlər də ciddi təhdidlərlə üzləşməli olur. Bununla bağlı İranın Azərbaycandakı səfiri bir neçə dəfə daxili işlər naziri Ramil Usubovun qəbulunda olub”.
    Mənbə bildirir ki, hazırda Azərbaycana bir neçə ölkədən şüşə materialları gətirilir: “Ən bahalı şüşələr Böyük Britaniya və Belçikada istehsal olunur. İngiltərə istehsalı olan şüşənin 1 kvadratmetri 200, Belçikadan gətirilən şüşənin qiyməti isə 100 manat civarındadır. İrandan gətirilən şüşə isə bundan qat-qat ucuzdur - 1 kvadratmetri 16 manat. Bu səbəbdən, evlərdə ən çox İran istehsalı olan şüşələrdən istifadə edilir. Türkiyədən isə Azərbaycana əsasən güzgü gətirilir. Onu deyim ki, Avropa ölkələrindən gətirilən şüşə materiallarına rus mafiyası başçılıq edir və bu biznesdə keçmiş deputat Maksim Musayevin də adı hallanır”.
    Aldığımız başqa məlumata görə, şüşə biznesi ilə məşğul olan ruslar İranda bu sahəyə aid zavodları ələ keçiriblər. Hazırda onlar İrandan Ermənistana, Gürcüstana, Azərbaycana və Özbəkistana şüşə ixrac etməklə məşğuldular. Onu da qeyd edək ki, hazırda Rusiyadan Azərbaycana şüşə gətirilmir.
    Qeyd edək ki, son vaxtlar Bakıda bir sıra binaların şüşədən inşa olunması və paytaxtın yeni baş planına əsasən çoxlu nəhəng şüşə binaların tikilməsinin planlaşdırılması şüşə biznesi uğrunda rəqabəti gücləndirib. Mənbənin bildirdiyinə görə, bir neçə nazirin “krışa”lığı altında fəaliyyət göstərən sahibkarlar da bu sahəyə girişmək istəyiblər. Amma onların da cəhdi uğursuz alınıb. Bununla belə, həmin sahibkarların arxasında duran nazirlər şüşə biznesinə əl qoymaqda israrlıdırlar və bu sahə uğrunda oliqarxlar arasında ciddi mübarizənin gedəcəyi gözlənilir.
    Bakıda çoxsaylı şüşə binaların inşasının planlaşdırılması məmur-oliqarxların tamahını artırıb.
    Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə və onların rəylərini dərc etməyə hazırıq.
    Məhəbbət ORUCOV
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2039 | Добавил: media-islam | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər