Главная » 2008 » İyun » 20 » Attestat ala bilmeyenlerin tekrar buraxılış imtahanlarının neticesi açıqlanıb
21:16 Attestat ala bilmeyenlerin tekrar buraxılış imtahanlarının neticesi açıqlanıb |
Imtahandan kəsilən 4494 şagirddən 3 minə yaxını təkrar imtahanda iştirak etsə də, 1200 nəfər yenidən qiymət ala bilməyib
Təkrar keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticəsi bu gün açıqlanıb. Birinci imtahanın nəticələrinə əsasən, 4494 nəfər müxtəlif fənlərdən "2" qiyməti aldığına görə attestatsız qalmalı idi. Şagirdlərin və valideynlərin keçirdiyi etiraz aksiyalarından sonra təhsil naziri Misir Mərdanov imtahandan kəsilənlər üçün yenidən imtahanın keçirilməsi barədə qərar verib.
Təhsil Nazirliyinin qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevanın verdiyi məlumata görə, budəfəki imtahanda birinci imtahandan kəsilən 4494 şagirddən 3 minə yaxını iştirak edib, qalanları isə könüllü şəkildə təkrar imtahandan imtina ediblər. Nəticələrə görə isə, imtahanda iştirak edən üç minə yaxın şagirddən 1200 nəfəri yenə qiymət ala bilməyib. T.Hacıyeva qeyd edib ki, nəticələr elan olunduqdan sonra bununla bağlı kağızlar təhsil şöbələrinə göndərilib: «Sabahdan etibarən qiymət alanlar məktəblərdən, təhsil şöbələrindən attestatlarını ala bilərlər».
Bu dəfəki imtahanda məzunlar səkkiz fəndən deyil, yalnız kəsildiyi fənn üzrə imtahan veriblər. İmtahanların normal keçdiyini deyən şöbə müdiri, bundan sonra olacaq hər hansı bir narazılığı əsassız sayır. Onun sözlərinə görə, hətta şagirdlər arasında keçən fədəki imtahanın cavab kartları ilə gələnlər də olub.
Qeyd edək ki, ötən il kəsilən 1600 şagirddən bir qismi bu il yenidən imtahan verib. Onlardan 400 nəfəri bu il attestat alacaq. /ANS TV/ |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 4561 |
Добавил: al-shia
| Рейтинг: 3.8/19 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|