Главная » 2008»İyun»28 » AZeRBAYCAN ORDUSUNUN İRAQDA QULLUQ EDeN ESGERİ HELAK OLUB
00:02
AZeRBAYCAN ORDUSUNUN İRAQDA QULLUQ EDeN ESGERİ HELAK OLUB
Azərbaycan Silahlı Qüvvələrinin İraqda fəaliyyət göstərən sülhməramlı kontingentinin əsgəri Rəfael Seyidbala oğlu Ağayev həlak olub. Əsgərin qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb. 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Rəfael Ağayev artıq 3 gün sonra hərbi xidmətini başa vuraraq vətənə dönməliymiş. Onun cənazəsi bu gün doğulduğu Xaçmazın İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb.
Əsgərin qohumlarının bildirdiyinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranma nəticəsində baş verib. Belə ki, R. Ağayev silahlı təhvil verərkən, silahdan açılan atəş boğaz nahiyəsinə dəyib.
Müdafiə Nazirliyindən yaydığı rəsmi məlumatda isə deyilir ki, R. Ağayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. 150 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılar bölüyü Əl-Hədida şəhərindəki su elektrik stansiyasını qoruyur.
mence once bizim ordu oz torpaglarimizi azad etmelidir..Yoxsa ki,Amerikanlarin kolgesinde dayanmamalidir..ister Azerbaycanli olsun ister kim olur olsun orda olse ve ya oldurulse hagg olur.. Cunki oz torpagini goruyan shiye iraglilarina terrorcu damgasi vurmag nadanligdir..
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]