Cüme, 22.11.2024, 00:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 2 » “NİYe MÜSeLMAN OLMAQ İSTeMİRSeN?”
    22:46
    “NİYe MÜSeLMAN OLMAQ İSTeMİRSeN?”
     
     
     
    ABŞ-da prezidentliyə namizəd Barak Obama indi təxminən bu cür sual qarşısındadır

    ABŞ-da prezidentliyə namizədlər arasında seçki kampaniyasının gedişində ölkəni maraqlandıran fundamental məsələlər ətrafında debatlar davam edir. Belə məsələlərdən biri də ABŞ-la müsəlmanlar arasında 11 sentyabr hücumlarından sonra yaranmış həssas münasibətlərdir. Bu kontekstdə diqqət qaradərili demokrat namizəd Barak Obamanın üzərində cəmləşib. Çünki o müsəlman əsillidir, atası keniyalı müsəlmandır, baxmayaraq ki, onun özünün də müsəlman olduğu haqda yayılmış məlumatları Obama israrla rədd etmişdi. Bir çoxları Obamanı Amerikanın müsəlmanlarla münasibətlərini düzəldə biləcək şəxs sayır, lakin onun özü məşhur Azərbaycan filmi “Fransız”da deyildi kimi “müsəlman olmaq” istəmir.
    “Nyu-York Tayms” qəzetinin yazdığına görə, Obama bu seçki kampaniyası ərzində kilsə və sinaqoqlara baş çəksə də, bir dəfə də olsun məscidə ayaq basmayıb. Onun seçki qərargahı və o özü sonradan buna görə üzr istəsə də, onunla görüşə gəlmiş başı bağlı müsəlman qadınların Obamanın arxasında durmalarına icazə verilməyib.
    Qəzet yazır ki, Obamanın tam adı Barak Hüseyn Obamadır. Lakin onun keniyalı atası müsəlman olduğundan və İsrailə bağlılığı şübhə altına salındığından, habelə Amerikada bir müsəlman xofu yaşandığından, o, daha ehtiyatlı olmağa məcbur olur. Namizəd ehtiyat edir ki, o müsəlmanlarla yaxınlıq qursa, o zaman əsl dininin İslam olduğu haqda xəbərlər yenidən ortaya atılacaq, nəticədə müsəlmanlarla münasibəti yaxşı olmayan amerikalılardan səs ala bilməyəcək. Məqalə müəllifi Rocer Koen Obamanın dəfələrlə seçki kampaniyasında cəsarət nümayiş etdirdiyini qeyd edərək öz təklifini ortaya qoyur: “Obama məscidə baş çəkməlidir”. Müəllif ümid edir ki, bu addım İudaizm və Xristian dini kimi dünya dini olan İslamla Amerikanı qarşı-qarşıya qoyan monolit düşüncə tərzini sındıra bilər. Müəllif şübhə etmir ki, Obama güclü İsrail tərəfdarıdır: “Amma vacib olanı odur ki, o, İslama da qərəzsiz yanaşsın. Bu istər İranla dialoqun, istərsə də İsrail-Fələstin danışıqlarının baş tutması üçün təməl şərtidir”.
    Məlumatlara görə, Obamanın populyarlığı yüksək olsa da, ona demokratlar düşərgəsində münasibət heç də birmənalı deyil. Dünən Obama ilə onun keçmiş rəqibi Hillari Klinton ilk dəfə olaraq seçki kampaniyasında ictimaiyyət qarşısına birlikdə çıxacağı gözlənilirdi. Lakin keçmiş rəqiblərin birləşməsinə baxmayaraq onların tərəfdarları barədə bunu demək olmur. Senator Klinton seçki yürüşündən çıxdıqdan sonra internetdə onlarla Obama əleyhinə olan saytlar peyda olub. Onlardan çoxu Obamanı partiyalarının namizədi kimi qəbul etməyi istəməyən demokratlar tərəfindən yaradılıb. Bəzi saytlar isə hətta Klinton tərəfdarlarını respublikaçıların namizədi Con Makkeyni dəstəkləməyə çağırır.
    Bu arada Klintonun siyasi gələcəyinin Obamanın əlində olduğu deyilir. New York jurnallarının birinin təmsilçisi olan Con Haylemann seçki kampaniyasını izləyib. Onun dediyinə görə, xanım Klinton tərəfdarlarının Obamaya dəstək verməkdən imtina etməsi ona kömək etməyəcək. “Mənə elə gəlir ki, onun fəalları Klintondan daha çox özləri barədə düşünürlər. Klinton indi Obamaya maneələr törətməkdənsə belə eləməlidir ki, Obamanın uduzduğu halda o, qalxıb ”mən sizə demişdim" sözlərini söyləyə bilsin?" - deyə Con Hayleman bildirib. Müşahidəçilərə görə, hər nə baş versə də, Hillari Klinton Nyu Yorkdan seçilən senator olaraq qalacaq və o, seçilmək üçün daha bir şans əldə edə bilər. Onun qalib gəldiyi adətən kimə səs verəcəyi əvvəldən bilinmədiyi əsas ştatlarda isə Barak Obama ilə Demokrat Partiyası gələn aylarda onun tərəfdarlarının olduqca güclü dəstəyinə əmin ola bilərlər
    Категория: Dünyada | Просмотров: 1356 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər