Главная » 2008 » İyul » 3 » İslam Barış ve Xoşgörüş Dinidir Amma...
22:36 İslam Barış ve Xoşgörüş Dinidir Amma... |
İslam dünyasının tanınmış alimlərindən Ayetullah NASER Mekarim Şirazi bu gün İranın Qum şəhərində Kanada, Küveyt və İngiltərədən gələn müsəlmanları qəbulunda etdiyi danışmada müsəlmanlar arasındakı vəhdətin qorunmasının əhəmiyyətinə işarə edərək , Hizbullahın Livanda meydana gətirdiyi vəhdətin İsrail qarşısında zəfərə çatmalarına səbəb olduğunu və bütün dünya müsəlmanlarının vəhdət sayəsində düşmənlər qarşısında zəfərə çata bilmək üçün Hizbullahı nümunə götürmələri lazım olduğunu söylədi. Qərbin İslam dinini "terror" ilə qaynaşdırmaq üçün səy göstərdiyini ifadə edən Ayetullah Şirazi, 'İslam barış, dostluq və xoşgörüş dinidir lakin bu vəziyyət müsəlmanların Amerika və qərblilər qarşısında haqqlarını müdafiə edə bilməyəcəkləri mənasını verməz' dedi.
İslami dəyərlərə istiqamətli yeni bir hücum furyasının başladığını ifadə edən Ayetullah Şirazi, bu hücumların İngilis kraliçasının "Şeytan Ayətləri" kitabının mürtəd yazıçısnın Salman Rüşdüyə cəngavərlik nişanı verəcək qədər irəli getdiyini və bunun, onların İslam dininə nə dərəcə dərin bir düşmənlik bəslədiklərini göstərdiyini söylədi.
Ayetullah Mekarim Şirazi bu qəbulda etdiyi danışmada, İslam dünyasının oyanış və vəhdət içində olduğunu və müsəlmanların vəhdəti qoruyaraq düşmənlərə qarşı zəfər qazanacağını vurğuladı.
WwW.MEDiA-iSLAM.CoM SAYTINA istinad vacibdir |
Категория: Dünyada |
Просмотров: 1474 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|