Главная » 2008 » İyul » 6 » ABŞ-da “Mc.DONALDS”a QARŞI KAMPANİYA BAŞLADI
17:09 ABŞ-da “Mc.DONALDS”a QARŞI KAMPANİYA BAŞLADI |
Yerli xristianlar “mavi”lərə rəğbət bəsləyən restoranlar şəbəkəsini boykot etdi
Amerikalı Ailələr Assosiasiyası (AAA) “Mc. Donalds” restoranlar şəbəkəsini boykot etdiklərini bəyan ediblər. Bu barədə məşhur “The Washinqton Post” qəzeti xəbər yayıb. Məlumata görə, AAA-nın boykot qərarının səbəbi “Mc. Donalds” korporasiyasının bir neçə ay öncə Mavilərin və Lesbiyanların Milli Ticarət Palatasına daxil olması ilə bağlıdır. Qeyd edilir ki, adıçəkilən palata qeyri-ənənəvi cinsi oriyentasiyalı sahibkarların maraqlarını müdafiə edir. Xəbərə görə, “Mc. Donalds” şirkətinin yüksək vəzifəli bir nümayəndəsi həmin palatanın rəhbərliyinə daxil olub. O bu addımını onunla izah etməyə çalışıb ki, “Mc. Donalds” ABŞ-da hər cür ayrı-seçkilikdən uzaq olan azad bir cəmiyyətin yaradılması ideyasını dəstəkləyir. AAA prezidenti Tim Uayldmonun sözlərinə görə isə Amerikanın inanclı xristianlarının yeməyə xərclədiyi pulların bir hissəsinin onların həyati dəyərləri ilə mübarizə aparan təşkilatların hesabına axması faktı bu insanları təhqir etmək deməkdir. Boykot qərarını verən AAA bəyan edib ki, onlar cinsi azlıq nümayəndələrinin “Mc. Donalds” şirkətində çalışmasına və ya onların bu restoranın xidmətlərindən istifadə etməsinə qarşı çıxmır, sadəcə olaraq “Mc. Donalds”ı homoseksualizmin təbliğində suçlayırlar. Qeyd edək ki, AAA bundan əvvəl də məşhur “Ford” avtomobil konserninə qarşı belə kampaniya aparmış və həmin şirkəti öz məhsullarını “mavi”lərin və lesbiyanların nəzarətindəki mətbuatın səhifələrində reklam etməsini dayandırmağa məcbur edə bilmişdilər. KAMRAN /yeni musavat/
|
Категория: Dünyada |
Просмотров: 1150 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|