Cüme axşamı, 26.12.2024, 18:10
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 14 » İraq yetimler ve dullar ölkesi oldu
    21:39
    İraq yetimler ve dullar ölkesi oldu
     
     
     

    Emperyalist ABŞın, olmayan kütləvi qırğın silahlarını bəhanə edərək, 2003-cü ildə İraqı işğal etməsindən bu günə qədər yaşanan qarşıdurmalarda 650 min vətəndaş həyatını itirdi, 5 milyon uşaq yetim, 1 milyon qadın da dul qaldı.

    İnsan Haqq və Azadlıqları (İHH) İnsani Kömək Vəqfi, 2003-cü ildəki İraq döyüşü və ardından yaşanan şiddət hadisələri haqqında apardığı araşdırmaları, Birləşmiş Millətlər (BM) və İraq İnkişaf və Planlama Nazirliyi məlumatlarıyla birləşdirərək hesabat hazırladı. Hesabatda, sünni-Şiə qarşıdurması və köhnə Baas rəhbərliyinin yenidən təsirli olma işləri nəticəsində İraqda şiddətin artdığı ifadə edilərək, siyasi və əsgəri təmizlik müddətinin də cəmiyyətin bir hissəsini xariciləşdirdiyi, bir hissəsini də ''hirsin hədəfi'' halına gətirdiyi vurğulanır. Hesabata görə, bu gün İraqda ibarət yaranan 60dan çox silahlı gücün həm Amerikan qüvvətlərinə həm də bir-birlərinə qarşı döyüşdüyü, hədəfin isə tərəflərin vətəndaş yandaşları olduğuna işarə edilir.

    İraq Sağlamlıq Nazirliyi məlumatlarına görə, döyüşün başladığı 2003-cü ildən bu yana ölən vətəndaş sayının 155 min olduğu, ancaq qərbli araşdırma quruluşlarının ailələrlə görüşərək etdiyi araşdırmaya görə isə bu ədədin 650 minə yüksəldiyi ifadə edilir. Hesabatda, döyüşün başlanğıcından bu günə qədər ölənlərin yüzdə 75ini vətəndaşların, yüzdə 20ini İraqlı polislərin, yüzdə 5ini isə İraqda olan xarici əsgərlərin olduğu açıqlandı. 2003-cü ildən bu yana hər gün ortalama 400 uşağın yetim, 80 qadının da dul qaldığı ölkədə 5 milyonu aşan yetim uşaq və 1 milyonun üzərində dul qadının olduğu ifadə edilən hesabatda, dünyadakı 107 milyon yetimdən 5 milyonunun İraqda yaşadığı, bunun da dünyadakı yetimlərin təxminən yüzdə 5ini olduğu diqqət çəkilir. 14 yaş altındakı uşaqların yüzdə 15inin uşaq işçi olaraq işlədiyi ölkədə, uşaqların təhsil almamaları, narkotikaya alışmaları və hər cür istismara açıq hala gəlmələrinin isə ölkə gələcəyi üçün böyük bir təhlükə meydana gətirdiyinə işarə edilir.

    Hesabata görə, məktəb çağındakı hər 5 uşaqdan yalnız 1inin məktəbə gedə bildiyi, döyüş sonrası yaşanan şiddət səbəbiylə 800 min uşağın məktəbi tərk etmək məcburiyyətində qaldığı İraqda, son 15 ildə oxuma yazma nisbəti yüzdə 80lərdən yüzdə 60a gerilədi. Bunun nəticəsində hər 10 adamdan 4ünün oxuma yazma bilmədiyi ölkədə, qadınlarda bu nisbət yüzdə 47. Hesabatda, 2003-cü ildəki döyüşün başından bəri 500ü aşan pedaqoq və elm adamının sui-qəst nəticəsində həyatını itirdiyi, bəzi elm adamı və pedaqoqların da ölkəni tərk etdiyi vurğulanır. İraqda işğal əvvəli qeydli təxminən 34 min həkim olduğu, döyüş sonrası şiddət hadisələri səbəbiylə 20 mini aşan həkimin ölkəni tərk etdiyi, 2 min həkimin də öldürüldüyü yazılır. İraqda, 1989da uşaq ölüm nisbəti hər 1000 canlı doğumda 60 ikən, bu gün bu rəqəmin 107ə yüksəldiyi ifadə olunur. Ölkədə hər 1000 uşaqdan 130unun da müxtəlif səbəblərlə 5 yaşını görə bilmədən həyatını itirdiyinə işarə edilir. Ayrıca, qeyri-kafi bəslənmə səbəbiylə dünyaya gələn uşaqların yüzdə 23ünün, olması lazım olan kilodan aşağı doğulduğu ifadə edilir.

    www.Media-islam.com SAYTINA istinad vacibdir
    Категория: Dünyada | Просмотров: 1271 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər