Yaxud müşrik ABŞ və onun müttəfiqləri İrana təcavüzə cəsarət edərlərsə, İslamın "ŞAHAB"ı müsəlmanlara izzət, müşriklərə zillət gətirəcək Bilirsiniz ki, "Əhzab" müharibəsində Allahın höccəti Həzrət Əlinin (ə) "Zülfüqarı", İslam qoşunlarına hücum çəkən müşriklərin sərkərdəsi Əmr ibn Əbdəvirdi məhv edərək toza-torpağa bulaşdırdı. Həzrət Əlinin (ə) vurduğu o qılınc zərbəsinə və göstərdiyi şücaətə sevinən Peyğəmbərimiz (s) buyurdu: "Ya Əli, sənin müşrik Əmr ibn Əbdəvidə vurduğun bu zərbə bütün müşriklərə zillət, müsəlmanlara izzət verdi". Hacı Vaqif Abdullayev AİP sədrinin müavini İndiki müşrik dövlətləri olan işğalçı ABŞ, sionist rejimli İsrail əgər İİR-ə təcavüzə cəsarət edərlərsə, 1400 ildən sonra müsəlmanların qələbəsi elə Həzrət Əlinin (ə) vilayətində təkrarlana bilər. İnqilabın rəhbəri Seyid Əli Hüseyni Xamenei cənabları ABŞ, İsrail və digər müşrik dövlətlərin İrana təcavüzə cürət edəcəyi təqdirdə onların barmaqlarının elə tətikdəcə kəsiləcəyini bir daha bəyan etdi. Bir müddət öncə İran hərbi qüvvələri uzaqmənzilli ballistik raketləri uğurla sınaqdan keçirdi. Hesab edirəm ki, bu böyük nailiyyət İİR-lə bərabər bütün İslam dünyasının böyük uğuru və möhtəşəm müvəffəqiyyəti idi. Bu sınaq sionistlərin maraq və sifarişini həyata keçirən ABŞ-a bir cavab idi. Təssüf ki, Azərbaycanda bəzi Qərbyönümlü, Amerikapərəst müxalifət partiyalarının liderləri öz ağalarının təhriki və himayəsi ilə iki qardaş dövlət və xalq arasında təxribat yaratmaq sifarişi alıblar. Həmin satqınlar şeytani qüvvələrdən müdafiə məqsədiylə İranın sınaqdan keçirdiyi uzaqmənzilli raketlərin guya Cənubi Qafqaza təhlükə, o cümlədən Azərbaycanı da hədəfə ala biləcəyi haqqında düşük, boş və mənasızcasına hay-küy qaldıraraq, əslində xalqımızı, millətimizi çaş-baş salmağa çalışırlar. Ancaq o da məlumdur ki, İİR Azərbaycan Respublikasına heç vaxt təhlükə yaratmayıb, əksinə, hər zaman ölkəmizə, xalqımıza dayaq olmuş, onun ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşmışlar. İİR hər zaman Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saymış, Ermənistanı isə işğalçı dövlət adlandırmışdır. İtaliya, İspaniya, İngiltərənin qaçaq -quldurlarının yaratdığı cəmi 500 illik tarixi olan Amerika həmişə digər dövlətlərə qarşı işğalçı siyasəti yürütmüş, beynəlxalq aləmi gərginlik mənbəyinə çevirərək, dünyanın bir çox yerlərində müharibə ocaqları yaratmışdır. II Dünya müharibəsinən sonra atom silahı üzərində inhisarından istifadə edən ABŞ başqa ölkələrə hədə-qorxu və təzyiq göstərmək məqsədiylə öz xarici siyasətini "atom diplomatiyası" üzərində qurmuşdu. Tarixdən məlumdur ki, ABŞ 1945-ci ildə bəşəriyyətə qarşı misli görünməmiş cinayət işlətdi və heç bir ehtiyac olmadan avqustun 6-da Xirosimaya, 9-da isə Naqasakiyə atom bombası ataraq, bu şəhərləri yerlə-yeksan etdi və demək olar ki, xəritədən sildi. Bu cinayət "atom diplomatiyasının" tərkib hissəsi olsa da, hərbi tədbirdən daha çox siyasi məqsəd daşıyırdı. ABŞ bu gün də çirkin siyasətindən əl çəkməyib, onun himayəsi ilə sionist rejimli İsrail atom silahına və uzaqmənzilli ballistik raketlərə malikdir, amma nədənsə özünün və müttəfiqlərinin işğal məqsədi ilə yaratdığı kimyəvi, baktereoloji, atom silahları barədə susur. İsrail yarandığı 1948-ci ildən ABŞ-ın himayəsi ilə Livan, Misir, İordaniya, Suriya, Fələstin və digər müsəlman ölkələrinə qarşı quldurcasına kütləvi qırğın silahlarından istifadə edib və nəticədə milyonlarla günahsız, məzlum müsəlmanları qətlə yetirib. ABŞ isə müstəqil, suveren müsəlman dövlətləri olan Əfqanıstan və İraqı işğal etdi. İraqın Fəllucə şəhərinə isə fosforlu bomba salaraq, dinc əhalini - körpə, qadın, ahıl insanları külə çevirdi, şəhər və kəndləri viran qoydu. Hesab edirəm ki, İran İslam Respublikasının məzlum müsəlmanları ABŞ, İsrail, İngiltərə, Fransa və digər şeytani qüvvələrdən müdafiə olunmaq üçün sınaqdan keçirdiyi uzaqmənzilli raketlər müşriklərə zillət, müsəlmanlara isə izzət verəcək. Allahu Əkbər!
|