Cüme axşamı, 21.11.2024, 20:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 14
    Qonaq: 14
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 22 » ON ÜÇ İL AXTARIŞDA OLAN MÜSƏLMANLARIN QATİLİ HƏBS EDİLDİ
    16:09
    ON ÜÇ İL AXTARIŞDA OLAN MÜSƏLMANLARIN QATİLİ HƏBS EDİLDİ
     
     
     
     
    Bosniyadakı olaylarla bağlı Beynəlxalq Tribunal tərəfindən hərbi cinayətlərdə ittiham olunan Radovan Karaciçin həbsinə order hələ 1995-ci ildə verilmişdir.

    "Xüsusi qüvvələr tərəfindən həbs edilən Karaciçin artıq Belqradda müstəntiqlərlə görüşü olub", - deyilir Serbiya informasiya agentliklərinin bülletenlərində. Bu məlumatı Serbiya lideri Boris Tadiçdə təsdiq edib. Radovan Karaciç BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsi tərəfindən Bosniyada etnik zəmində təmizləmələrlə bağlı dindirilməlidir.

    BMT sənədlərinə əsasən 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində Karacıçın başçılıq etdiyi qüvvələr tərəfindən, içində uşaq, qadın və yaşlılarda olmaqla yanaşı, 8 minədək müsəlman qətlə yetirilmişdi. Yuqoslaviyanın dağılması vaxtı baş verən qətllərdə ittiham edilən digər serb lideri Ratko Mladiçin axtarışının nə yerdə olduğu barədə məlumat verilmir.

    İndiyədək bir çoxları axtarışların uğursuzluğunu Serbiya elitasının məxfi dəstəyi ilə bağlayırdılar. Haaqa məhkəməsinin nümayəndəsi serb liderinin həbsini alqışlayaraq bunu Belqradın nailiyyəti adlandırıb.
    “Bu hadisə göstərəcək ki, ədalətdən gizlənmək mümkün deyil”, - deyib Serj Brammerets ./bbc/



    Категория: Dünyada | Просмотров: 1156 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər