Çerşenbe, 25.12.2024, 18:20
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 22 » İNGİLTƏRƏ DAXİLİ İŞLƏR NAZİRİ: HƏR İL 50 min İNGİLİS İSLAM DİNİNİ QƏBUL EDİR
    23:16
    İNGİLTƏRƏ DAXİLİ İŞLƏR NAZİRİ: HƏR İL 50 min İNGİLİS İSLAM DİNİNİ QƏBUL EDİR
     
     
     
     
    ABŞ-ın məşhur qəzetlərindən olan "time" qəzeti yayımladığı bir hesabatda, Qərbdə artıq yüzlərlə məscidin tikildiyini və Avropa şəhərlərinin əksəriyyətində hər gün azan səslərinin eşidildiyi qeyd edilmişdir.


    İngiltərə daxili işlər naziri Ceki Smitin verdiyi açıqlamaya gorə hər il ingiltərədə 50 min ingilis islam dinini qəbul edir. "Haber7" informasiya saytının xəbərinə görə, nazir 11 sentyabr hadisəsindən indiyənə qədər cəmi 400 min ingilisin islam dinini qəbul etdiyini bildirmişdir. İngiltərədə 2 milyondan çox müsəlmanın olduğunu qeyd edən Ceki Smit, islam dininin xristianlıqdan sonra ikinci din olduğunu qeyd etmişdir. O artıq müsəlmanların ehtiyaclarını təmin etmək üçün universitetlərin də açılmasının gərəkliyini bildirmişdir.

    İslam dininin Avropada yayılma sürəti, avropalı siyasətçiləri, dini liderləri, təhlilçiləri və mətbuat nümayəndələrini heyrətə gətirmişdir. Təhlilçilər bu prossesin  başlıca səbəbi kimi, Qərb toplumundakı dini mədəni dəyərlərin erroziyaya uğraması nəticəsində, islamın daha çox insanın hərtərəfli təlabatlarına cavab verməsi, sağlam sosiyal və ailə təşkilinin möhkəmliyi ilə əlaqələndirirlər.

     ABŞ-ın məşhur qəzetlərindən olan "time" qəzeti yayımladığı bir hesabatda, Qərbdə artıq yüzlərlə məscidin tikildiyini və Avropa şəhərlərinin əksəriyyətində hər gün azan səslərinin eşidildiyi qeyd edilmişdir.


    Bir müddət əvvəl BMT-nin yaydığı hesabatda Avropada 21 milyon müsəlmanın yaşadığı bildirilmişdir. Lakin Avropa Müsəlman icmalarının lideri Dr. Mahmud Siddiq Səid bu rəqəmin 50 milyon ola biləcəyini qeyd etmişdir.

    Avropada müsəlmanların sayının artması ilə yanaşı məscid və islam mərkəzlərinin də sayının sürətlə artması müşahidə olunur.

    1963-cü ildə ingiltərədə 13 məscid var idisə, indi isə 600 məscid və 1400 islami təşkilatılar fəaliyyət göstərir.

    6 milyon müsəlmanın yaşadığı Fransada 1300 məscid və 600-ə yaxın islami mərkəzlər fəaliyyət göstərir.


    Almaniyada 4 milyon müsəlman yaşayır. 1400 məscid və islami təşkilatlar vardır.

    İtaliyada 1 milyon müsəlman yaşayır. 450 məscid və islami təşkilat fəaliyyət göstərir. Qeyd edək ki, Romada 30 milyon dollara başa gələcək böyük bir məscid inşa edilir.

    Kanadada islam dinini qəbul edənlərin sayı 1991-ci ildən 2001-ci ilə qədər müddət ərzində 30 faiz artmışdır.

    İsveçrədə 11 sentyabr hadisəsindən sonra 6 min xristian müsəlman olmuşdur. "San Diego" universitetində işləyən təhlilçi Jan Vaks, 2020-ci ilə qədər hər 4 avropalıdan birinin müsəlman olacağını bildirmişdir.



    Категория: Dünyada | Просмотров: 1162 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər