Главная » 2008 » İyul » 29 » İtlərə sığal çəkməyin!
23:56 İtlərə sığal çəkməyin! |
Pekin Olimpiadasına yollanmaq istəyənlər ekzotik infeksiyalardan deyil, ishaldan, evsiz itlərin hücumlarından və respirator xəstəliklərdən daha çox ehtiyatlanmalıdırlar. Belə bir qənaətə Amerikanın Xəstəliklərə nəzarət və profilaktika Mərkəzi (CDC) və Beynəlxalq səyahətlər tibb cəmiyyəti (İSTM) əməkdaşları gəliblər. Onlar ABŞ turistlərinin Çində son 10 il ərzində üzləşdikləri xəstəlikləri təhlil ediblər. Məlum olub ki, Çindən vətənə qayıdarkən amerikalılar əsasən evsiz itlərin qapması, eləcə də bağırsaq və respirator infeksiyalar, əzələ dartmaları səbəbi ilə həkimlərə üz tutublar. Amma bu müraciətlərin heç biri ekzotik yoluxmalarla əlaqədar olmayıb (malyariya, tenqe). Buna rəğmən mütəxəssislər Çinə yollanan hər kəsə region üçün nəzərdə tutulan peyvəndləri vurldurmağı məsləhət görürlər. Turistlər daha çox evsiz itlərdən ehtiyatlanmalıdırlar. Çünki Çin dünyada quduz xəstəliyinin sayına görə ikinci yerdədir. Sonda isə ekspertlər Uzaq Şərqə yollanacaq bütün idman həvəskarlarına belə bir ümumi məsləhət verirlər: «Əllərinizi daha tez-tez yuyun, getdiyiniz yerlərə diqqət yetirin və heç vaxt evsiz heyvanlara sığal çəkmək fikrinə düşməyin». Ekspertlərin rəyinə görə, avqustda start götürən Olimpiya oyunlarına 600 min turist təşrif gətirə bilər.
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1298 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|