Bazar ertesi, 23.12.2024, 20:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 18 » «MİCROSOFT»da İŞLƏYƏN HİCABLI XANIMLAR
    22:23
    «MİCROSOFT»da İŞLƏYƏN HİCABLI XANIMLAR
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Fatiyə, Əsra və Nazən dünyanın bir nömrəli texnoliji şirkəti – «Microsoft» şirkətində işləyən hicablı xanımların yalnızca üçüdür, - deyə «Aksiyon» informasiya agentliyi xəbər verir.


        Dünyanın ən qabaqcıl kompüter proqramları şirkəti olan «Microsoft»un əsas işci heyətində 13 nəfər hicablı xanım işləyir ki, bunların da üçü türkdür. Öz doğma vətənlərində – Türkiyədə geyim tərzlərinə görə təhsil və kariyeralarını davam etdirə bilməyən hicabli xanımlar dünyanın digər ölkələrində olan adlı-sanlı şirkətlərdə mühüm mövqelər tutmaqdadırlar.

        «Təəssüflənirəm bu məsələyə... Türkiyənin bu məsələni hələ də müzakirə etməkdə davam etməsini mənasiz bilirəm. Bəşəriyyətin inkişafda olduğu, elmi nailiyyətlər əldə etməyə can atdığı bu müasir zəmanəmizdə hələ də insanların hicablarının müzakirə mövzusu olmasi məyusedicidir... Geyim tərzlərinə görə insanların təhsil huququndan məhrum edilmələri müasirlikdən kənar bir elementdir. Mən hicabı hec vaxt siyasi bir rəng olaraq görmədim. Hec vaxt da siyasi məqsədlə hicab geyinən də görmədim...». Bu sözlər, yuxarıda adı çəkilmiş dünyanın qabaqcıl şirkətlərindən birində – «Microsoft» şirkətində çalışan Fatiyə Karabaya aiddir. Bu xanımın Türkiyənin Boğaziçi Universitetində təhsil alarkən geyim tərzi ilə əlaqədar əvvəlcə problemi olmasa da, həmin bu universitetdə daha ali elmi dərəcə almaq istərkən hicabını açmağa məcbur edildiyinə görə təhsilini yarımçıq qoymuşdur. Lakin xanım mövcud problemlərdən qorxmamış və Turkiyədə yarimciq qalmış təhsilini ABŞ-da davam etdirmişdir.

        Türkiyədə son vaxtlarda «din ilə elm toqquşur» deyənlərə ən gözəl cavabı oz naliliyyətləri ilə verən 32 yaşlı Fatiyə: «Əgər belə bir toqquşma varsa, bu mənim həyatimda da öz əksini tapmalı idi. Mən dinimi yaşayan bir bəndə olmaqla bərabər, eyni zamanda elimdə də müəyyən nailiyyətlər əldə etmişəm. Cənubi Kaliforniya Universitetinin doktorantura pilləsini hicablı geyim tərzi ilə bitirmək üzrəyəm. Elmin dinlə toqquşduğunu düşünmürəm. Və mən deyərdim ki, tam əksinə, dinimin elmə ustünlük verdiyini görürəm. İslam dinində insanı elmi axtarışlara və düşünməyə sövq edən coxlu ayə və hədislər var. İnancımın bu istiqaməti tələbəlik dövründə mənə ən böyük dəstək oldu», - deyə bildirmişdir.

        «Microsoft» şirkətinin mərkəzinin yerləşdiyi Redmond şəhərciyində dilçi kimi proqram meneceri işləyən Fatiyə Karabay əslən Türkiyənin Burdur şəhərindəndir. Litseyi və orta məktəbi cətin şərtlərlə doğma Burdurda bitirdikdən sonra Fatiyə, Boğaziçi Universitetinin Türk Dili və Ədəbiyyatı fakultəsini də bitirərək, daha ali dərəcə almaq niyyəti ilə Qərb Dilləri və Ədəbiyyati uzrə təhsilini davam etdirmişdir. Xanım inancından irəli gələrək geydiyi hicaba görə problemlərlə qarşılaşmış, lakin mövqeyindən geri cəkilməmişdir. Ailə qurub ABŞ-a köçdükdən sonra təhsilini orada davam etmişdir. Linqvistika üzrə başladığı dokturantura işini də hal-hazırda orada işləyir. Müsəlman xanımın elmdə əldə etdiyi nailiyyətlər ona «Microsoft»da işləmək imkanı yaratmışdır.
    Proqram meneceri

        1999-cu ildə Boğaziçi Universitetində yüksək elmi dərəcəsini davam etdirərək, ABS-da magistraturanı bitirən Davud bəylə tanış olub onunla ailə qurmuşdur. Kompüter mühəndisi olan həyat yoldaşı Davud bəy «Microsoft» şirkətindən iş təklifi aldıqdan sonra gənc ailə ABŞ-ın Syetl şəhərinə, sonra isə Vaşinqtona köçmüşdür. Doktorantura təhsilinə qiyabi şəkildə uzaqdan davam etmişdir.

        2006-cı ildə «Microsoft»a verdiyi CV-si (CV – qısa tərcümeyi-hal) qəbul edildikdən sonra 3 ay «Natural Language» qrupunda proqram menecerliyi üzrə təlim kecdi. Təhsil zamanı büruzə verdiyi istedadı menecerlərin gözündən yayınmadı. Təlim müddəti bitdikdən sonra ona şirkətdə isləməsi ücün müraciət edildi.

        ««Microsoft» şirkətində dilci olaraq işləməyim əvvəlcə insanları təəccübləndirirdi. Mən uğurlu bir təlim kecdikdən sonra, eyni qrupda proqram menecerliyi vəzifəsini yerinə yetirməyə təklif aldim və 2007-ci ilin avqust ayindan bu vəzifədə işləməyə başladım», - deyə xanım bildirir.

        Fatiyə xanım hal-hazırda «Microsoft» şirkətində kompüter mühəndisliyi üzrə məzun proqramlarının menecerləri ilə eyni qrupda işləyir, onların gördüyü işləri görür. Linqvistika ilə bərabər, o eyni zamanda kompüter proqramları sahəsindəki bilgilərini də inkişaf etdirir. Türk dili ilə yanaşı digər dillərdə də söz yoxlaması (spell checker), qrammatika yoxlaması (grammar checker), hecalama (hyphenator), söz istehsalı (word breaker) və sinonimlər lüğəti kimi məsələlər üzərində də isləyir. «İşlərim «Office» proqramı içindəki «Word», «Outlook», «PPP», «Windows Mail», «Hotmail», «Windows desktop search» kimi proqram məhsullarında istifadə edilir. Bundan da başqa, layinələrin vaxtında və keyfiiyyətli istehsal edilməsi üzrə məsulam, eyni zamanda üzərində işlədiyim məhsulların spesifik xüsusiyyətlərini də yazıram və həmçinin müştərilərlə proqramçılar arasinda əlaqə yaradıram. Gələcək məhsulların planlaşdırılmasında iştirak edirəm.

    «Microsoft» şirkətinin əsas işci heyətində 13 hicablı xanım var

        Fatiyə xanımın verdiyi məlumata görə, təxminən 30000 insanın çalışdığı Redmond şəhərində 180 nəfərə kim türk vardır. «Microsoft»un digər ölkə və şəhərlərindəki mərkəzlərində də türk işcilərinin ola biləcəyini söyləyir. O, türklərin əslində istedadlı olduqlarını deyir.

        Fatiyə ilə birlikdə Redmond ofisində hicabli iki türk xanımı da işləyir. Bunlardan biri, 2001-ci ildə «Microsoft»a qatılan və hazırda «Windows» kompüter şəbəkələri-cihazları qrupunda fəaliyyət göstərən Nazən Qurd, digəri isə 2007-ci ilin iyunundan bəri «XBOX» və «ZUNE» kimi proqram məhsullarının yığılmasında çalışan Əsra Ustadır. «Microsoft» şirkətinin baş ofisinin yerləşdiyi bu şəhərdə qeyd edilmiş türk xanımlardan da başqa hicablı xanımlar vardır. Lakin, onların sayının 10 nəfərdən artiq olmamasi ehtimal edilir.
    Ayrıseçkilik işdən cıxarılmaya səbəb ola bilər

        Türkiyədə yaşanan hicab probleminin «Microsoft» şirkətində də olub-olmadığını Fatiyə xanımdan soruşduq. Şirkətdə ona qarşı normal işci münasibətlərin olduğunu və hicabına qarşı bu günə qədər hər hansı bir kiçik eyham da olmadığını söylədi. Xanım Amerikada dil, din, irq kimi fərqli dünyagörüşlərə, inanc və seçimlərə imtiyazlı davranılmadığını deyir: «Şirkətdə bu cür ayrı-seçgilik etmək qadağandır. Biri sizinlə bu səbəblərdən fərqli davransa və ya hər hansı xoşagəlməz bir söz desə, o adama menecer olsa da belə tutduğu vəzifədən kənarlaşdırılmağa qədər ciddi cəzalar verilə bilər. Ümumiyyətlə, əgər qrupla birlikdə olan iclasımız yemək masası arxasında olarsa, nə yeyib-yemədiyimi əvvəlcədən öyrənirlər və eləcə də ofisdən kənar hər hansı bir iş təşkil ediləcəksə, mənə uyğun olub-olmadığını soruşurlar. Məsələn, bir bəylə bir otaqda oturub işləməyi istəyib-istəmədiyimi öyrənirlər. Bu məsəllələrə cox diqqət edirlər.

        «Microsoft» bütün inanclara hörmətlə yanaşır. Məsələn, Fatiyə xanımın qrupunda işləyən bir yəhudi də inancına əsasən kipal ilə ofisdə gəzə bilər. Şirkətdə müxtəliflik inkişaf edir; fərqli millət və inanclardan ibarət insanların eyni təşkilatlarda olması xoş qarşılanır. Xanımlar xüsusi olaraq idarəçiliyə təşviq edilir, rəngarəngliyə dəyər verilir. Bu rəngarəngliyə görə iş mühiti təmin edilir».

        Şəhərcikdə xüsusi bir məscid yoxdur; lakin istəyən öz otağında inancından irəli gələn ibadətləri yerinə yetirə bilər. İş saatlarının ibadətlərinə görə nizamlana bilməsindən, hər kəsin istədiyi saatda ibadət edə biləcəyini Fatiyə xanım xüsusilə vurğulayır. Özü kimi Redmondda işləyən həyat yoldaşı Davud bəy də cümə namazlarını rahat qıla bilir: «Mən namazlarımı otağımda qılıram. Namaz qılmaq istəyənlər üçün ofisini digər işcilərə açanlar da var, ya da boş bir ofisdən istifadə edə bilərsiniz», - deyə o bildirir.
    Əcnəbilərə Türkiyədə olan qadağanı izah edə bilmirik

        Fatiyə xanım, hicabla bağli baş vermiş sonuncu müzakirələri təəssüflə izləyir: «Bu müzakirələri çox mənasız görürəm. Hələ də bəzi insanlar bu dövrdə dar çərçivədən baxırlar və bu – kədərlidir. Buraxsınlar qızları təhsil alarkən həm inanclarını azadca yaşasınlar, həm də iqtisadi azadlıqlarını qazansınlar».

        Fatiyə xanım Türkiyədə hicaba qarşı olan qadağanı soruşan əcnəbi yoldaşlarına vəziyyəti izah etməkdə çətinlik çəkdiyini deyir. «Məsələn, burada, Türkiyədə hicab geyinmək mövzusunda bir məcburiyyətin olduğunu zənn edirlər. Onlara hicab geyinən məktəblinin məktəbə girə bilməməsi istiqamətindəki qadağanı izah edə bilmirik. Çünki onlar tam tərsinə olduğunu düşünürlər», - deyə xanım qeyd edir.

        «Microsoft Office 2009» versiyasında imzası olan Fatiyə xanım, Türkiyədə yaşadığı çətinliklərə baxmayaraq, gələcəkdə inancını yaşaya biləcəyi halda, əldə etdiyi təcrübəylə ölkəsinə fayda vermək istəyir.

    Görünüş deyil, məhsuldarlıq əhəmiyyətlidir


        «Microsoft» şirkəti 2007-ci ildən etibarən illik gəliri 51,2 milyard dollar olan Amerika kompüter texnologiyası şirkətidir. Şirkətin dünyanın 102 ölkəsində cəmi 72 min işcisi vardır. Ümumi Mərkəzi Redmonda, Vaşinqtonda yerləşir. Universiteti 1975-ci ildə buraxan Bill Gates, Nyu-Mexiko ştatında «Microsoft»u yaradır. İlk beynəlxalq ofis 1978-ci ildə Yaponiyada açılır. 1979-cu ildə isə şirkət Bellevueyə (Vaşinqton) köcür. Bir il sonra Stiv Bolmer «Microsoft»a qoşulur. 1985-ci ildə isə «Windows» proqramının ilk versiyası bazara təqdim edilir. Və sürətlə inkişaf başlayır.

        Şirkət, qayda və iş sahələrini «fərdi məhsuldarlığın artırmaq mərkəzi» olaraq təşkil etmişdir. «Microsoft»da ümumiyyətlə bir nəfərlik otaqlarda işləyirlər. Şəhərcikdə milli geyimli bir hindunu və ya yəhudini görmək adi bir haldır. Kafelərdə də halal, pəhriz və vegetarianlar üçün xüsusi menyular var. Bu yolla «Microsoft» şirkətində işcilər rahat bir iş mühiti ilə təmin edilirlər. İşcilərin vaxtlı-vaxtında işləyib-işləməməsinə də ciddi nəzarət edilmir, illik nəzərdə tutulmuş hədəflərinə çatib-catmadıqlarına baxılır.




    Категория: Dünyada | Просмотров: 1268 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər