Главная » 2008 » Avqust » 22 » KANADANIN BAŞ NAZİRİ KALQARİDƏKİ MƏSCİDLƏRİ ÖIKƏNİN MEMAQLIQ XƏZİNƏSİ ADLANDIRIB
17:24 KANADANIN BAŞ NAZİRİ KALQARİDƏKİ MƏSCİDLƏRİ ÖIKƏNİN MEMAQLIQ XƏZİNƏSİ ADLANDIRIB |
Kanadanın baş naziri Stefen Harper Kalqaridəki məscidləri ölkənin memarlıq xəzinəsi adlandırıb, - İslam.ru xəbər verir.
Onun sözlərinə görə bu ölkənin qiymətli irsi və fəxridir.
«World Architecture News»in yazdığına görə, şəhərdə Şimali Amerikanın ən böyük məscidləri yerləşir. "Baytan Nur" məscidi nəhəng gümbəzi, 97 fut hündürlüyündə minarəsi və bayır tərəfdən ərəb dilində yazılmış Allahın 99 adı ilə geniş ərazini əhatə edir.
Bu məscid Kanadanın ən böyük məscididir. Onun ümumi sahəsi 4300 kv.metrdir. Onun tərkibində kişilər və qadınlar üçün ibadət otaqları, habelə ictimai tədbirlər üçün geniş zal, kitabxana, telestudiya, hazırlıq otaqları, ofislər və uşaqlar üçün oyun meydançası yerləşir. Əsas zal 1500 nəfər üçün nəzərdə tutulub. Zal qiyməti 50 min dollar olan 400 kiloqramlıq çilçıraqla bəzədilib. Tikintinin ümumi qiyməti 15 milyon dollardır.
Bu artıq memar Nasir Əhmədin rəhbərliyi ilə tikilmiş yeddinci məsciddir. Onun işləri arasında 1992-ci ildə tikintisi başa çatan Toronto məscidi də var.
Bir neçə gün bundan qabaq məscidin açılışında iştirak edən baş nazir Harper bildirmişdir: "Biz bu məsciddə İslamın sevgisini və alicənablığını gördük. Müsəlmanların kanadalılar, kanadalılarınsa müsəlmanlarla yaxınlığı daha da artdı".
|
Категория: Dünyada |
Просмотров: 1180 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|