Bazar, 24.11.2024, 03:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 23 » SOMALİDƏ MÜBARƏK RAMAZAN AYI: İFTAR SÜFRƏLƏRİ OLMAYACAQ, ÇÜNKİ MƏSCİDLƏR BAĞLIDIR
    16:31
    SOMALİDƏ MÜBARƏK RAMAZAN AYI: İFTAR SÜFRƏLƏRİ OLMAYACAQ, ÇÜNKİ MƏSCİDLƏR BAĞLIDIR
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Maqadişin qalan əhalisini bu il qeyri-adi Ramazan ayı gözləyir: müsəlmanlar məscidlərə gedə bilmir, humanitar köməyə də artıq ümüd qalmayıb.

    “Burada yaxınlaşan orucluq ayının heç bir əlaməti hiss olunmur”, - deyə Maqadişo sakini Əhməd Hacı “İslamOnline”-ə müsahibəsində bildirir. ”Yüzlərlə insan ölkənin cənubunda aclıq çəkir”,-deyə o, vurğulamışdır.

    Somalidə qısa vaxt ərzində hakimiyyətdə olan İslam Məhkəmələr birliyi Efiopiya əsgərləri tərəfindən hakimiyyətdən salınmış və ölkə talan olunmuşdur. O vaxtdan başlayan zorakılıq 6000 insanın həyatını əlindən almış, minlərlə insanı evsiz qoymuşdur.

    İftar süfrələri təşkil edən və kasıblara qida məhsulları paylayan xeyriyyə təşkilatlarının əksəriyyəti ölkədə qarşıdurmalar başlayan kimi buranı tərk ediblər. “Xeyirxah insanlar ölkəni tərk ediblər”-, ölkənin şimal-şərq rayonu Xuro sakini Abdulla Xalif bildirib.

    Ramazan ayı həm də ona görə hüzünlü olacaq ki, məscidlərin demək olar ki, hamısı ya bağlanıb, ya da Efopiya əsgərləri tərəfindən zəbt edilib. Şəhərin imamlarından biri Əhməd Hacının verdiyi məlumata görə şərqdə yalnız 2 məscid açıla bilər.

    Somalinin vahid dövlət kimi mövcudluğu 1991-ci ildə ləğv edilib. O vaxtdan tayfalar arasında gedən qanlı toqquşmalarda 500 min insan həlak olub. Qardaş qırğınına son qoymaq və ölkədə konistutisiyon sabitlik yaratmaq ancaq 2006-cı ilin iyunundan ölkədə nəzarəti ələ alan İslam məhkəmələri təşkilatına mümkün olmuşdur.

    Bu yaxınlarda isə bu hakimiyyət ABŞ-ın təzyiqi ilə müxtəlif xarici qüvvələr tərəfindən devirilmişdir. Son zamanlar İslam Məhkəmələri qurumu əhalinin köməyi ilə ölkədə nəzarəti ələ almağa başlayıb.  


    Категория: Dünyada | Просмотров: 1241 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər