Главная » 2008 » Avqust » 23 » QÜDSÜN BEYNƏLXALQ MÜDAFİƏ KAMPANİYASI BAŞLAYIR
16:35 QÜDSÜN BEYNƏLXALQ MÜDAFİƏ KAMPANİYASI BAŞLAYIR |
Qüdsün sionizmdən müdafiəsi üzrə beynəlxalq kompaniya başlayır, - İslam.ru xəbər verir.
Dünyanın bir çox ölkələrində keçiriləcək aksiyanın təşəbbüskarı İsmayıl Haniyənin başçılıq etdiyi Fələstin Milli Birlik hökumətinin vəqf nazirliyidir. Nazir Abdulla Əbu Carbunun sözlərinə görə, aksiyanın İslamda üçüncü müqəddəs yer olan «Əl-Əqsa» məscidinin yandırılmasının ildönümündə keçirilməsi nəzərdə tutulub.
Fələstin informasiya agentliyinin verdiyi məlumata görə, “Əl-Əqsa” peyk kanalına verdiyi müsahibədə nazir bildirib ki, aksiya şəhərin sionistləşdirilməsi prosesinə qarşı və onun müsəlman-xristian tarxiliyinin saxlanılmasına dəstək olmağa çağırır. Qəzza bölgəsində təşkil olunacaq kampaniya Fələstin hökuməti tərəfindən təşkil olunub və iki həftə ərzində davam edəcək. Kampaniya çərçivəsində bir sıra tədbirlərin keçirilməsi o cümlədən, milyonlarla ərəb müsəlman və digər insanlardan Fələstin probleminə dəstək olmaları barədə imzaların toplanması da nəzərdə tutulub.
Sionist işğalçıların müqəddəs şəhərə münasibətdə atdığı qeyri-qanuni addımları barədə verilən suallara cavab verən Əbu Carbu bildirib ki, onların atdığı son dəhşətli addım Əl-Əksa məscidinin bünövrəsindən qazılmış 300 metirlik tunel olmuşdur. Onun sözlərinə görə, keçən həftə tapılmış bu yeraltı keçid onların malik olduğu yeganə yol deyil. Burada sionistlər tərəfindən qazılmış çoxlu tunellər, keçidlər, yollar var və bunların hamısı da Məscidin dağıdılmasına xidmət edir.
|
Категория: Dünyada |
Просмотров: 1495 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|