Bazar ertesi, 23.12.2024, 14:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 31 » ««CƏNGAVƏRLİK» ANLAMININ BİR TƏHQİRİDİR BU…»
    14:47
    ««CƏNGAVƏRLİK» ANLAMININ BİR TƏHQİRİDİR BU…»
     
     
     
     
     
    ««CƏNGAVƏRLİK» ANLAMININ BİR TƏHQİRİDİR BU…»

    Kraliça II Yelizaveta tərəfindən mürtəd Salman Rüşdiyə «cəngavərlik» rütbəsinin verilməsilə bağlı DEVAMM-ın və İçərişəhər «Cümə» məscidi dini icmasının
    BƏYANATI

    DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi və İçərişəhər «Cümə» məscidinin dini icması Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən mürtəd Salman Rüşdiyə «cəngavərlik» rütbəsinin verilməsini kəskin surətdə pisləyən bəyanatla çıxış etmişlər.
    İçrəişəhər «Cümə» məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda kraliçanın atdığı bu addım, «bədnam islamofobların dəyirmanınan su tökən məntiqsiz bir addım kimi» qiymətləndirilmiş və dinlərarası, mədəniyyətlərarası mükalimənin çözülməsinə, dözümsüzlüyün yayılmasına xidmət edən bir akt kimi pislənmişdir.
    «Böyük təəssüflə qeyd etməliyik ki, mədəniyyətlərarası mükaliməni hər vasitə ilə çözdürmək istəyən ünsürlər, kraliça tərəfindən bu məntiqsiz və uğursuz addımın atılmasına müvəffəq ola bildilər. Dünyada mədəniyyətlərin yaxınlaşması prosesinə zərbə vurmaq öz yerində, ən azı, milyonlarla İngiltərə müsəlmanının heysiyyətini alçaldan, əqidələrinə təcavüz edən bir akta qol qoymaq - Britaniya monarx evinin rəhbərinə qətiyyən yaraşan bir iş deyildir. Hamıya məlumdur ki, mürtəd salman rüşdi İslamı təhqir etmişdir və indi də həyasızcasına «mən bu işimdən qətiyyən peşman deyiləm» kimi sərsəm açıqlamalar da verməyə cürət edir. Bunun fonunda II Yelizavetanın ona «cəngavərlik» rütbəsini verməsi qətiyyən yolverilməzdir və başa düşülməyəndir.
    Məsələni absurd həddə çatdıran cəhət həm də ondadır ki, bu addımla yalnızca «cəngavərlik» anlamı aşağılanmış olur. Alicənablığı, comərdliyi özündə ehtiva edən bir məfhumun, uğursuz bir təhqirçi mürtədə aid edilməsi zatən mümkünsüzdür. Zira, mürtədin, təhqirçinin cangavərliyi ağlasığmaz bir işdir. Həqiqət budur ki, əslində bu rütbənin kəskin devalvasiyası baş vermişdir».
    Bəyanatda bu aktın davamlı islamofobiya prosesinin bir epizodu olmasına diqqət çəkilir: «Zaman-zaman kimlərinsə rejissorluğu ilə dünyada hərc-mərcliyi yaymaq, mədəniyyətlərin yaxınlaşmasını əngəlləmək üçün davamlı, sistemli və israrlı proses aparılır. Gah təhqiramiz rəsmlər rəzilliyi baş verir, gah fitnəkar filmlər meydana çıxır, gah Roma Papasının bədnam çıxışları yer alır, gah haradasa məscid tikintisini qadağan edilir, yaxud müsəlmanların əl-barmaq izlərininin götürülməsi təşəbbüsləri eşidilir, hicabı qadağan etmək üçün cəhdlər edilir. İndi də bu «cəngavərlik» absurdu. Şübhəsiz ki, bütün bunlar təsadüfi səciyyə daşımır».
    Bununla yanaşı, bir çox özünü müsəlman adlandıran dövlətlərin bu kimi məslələrdə məsuliyyəti qeyd olunur: «Yüz milyardlarla dollar sərmayəni Qərb iqtisadiyyatında yatıranlar üçün belə rəzilliklərin qarşısını alınması qətiyyən çətinlik kəsb etməyən bir məsələdir. Lakin, müsəlman identikliyini itirən bu «neft şeyxlərinin» vecsizliyi ucbatından, mübarək dinimizin üzərinə bu cür demarşlar baş verə bilir».
    Eyni zamanda, islamofobların məqsədlərinə çatmadıqları da bəyanatda vurğulanır: «Lakin, sevindirici haldır ki, nə müsəlmanların yolverilməz radikal addımlarına kütləvi şəkildə nail olunur, nə də islamofobiya mərəzinin Qərb insanın qəlbində möhkəm yuva salması baş tutur. Artıq neçə müddətdir ki, Qərb camiəsinin aydınları geniş surətdə bu rəzillikləri ifşa etməkdədirlər və insanları ayıltmaqdadırlar. İnanırıq ki, bu dəfə də belə olacaq. Ümidvarıq ki, Böyük Britaniyanın vətəndaş cəmiyyətəi qurumları və ziyalıları bu «cəngavrəlik» absurdunu qətiyyətlə pisləyəcək və iblisvari mahiyyətli insanları məyus edəcəklər».

    www.deyerler.org Xəbər xidməti

    Категория: Dünyada | Просмотров: 1330 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər