Doğma vətənlərindən qovulduqları 60 il ərzində fələstinlilərin sayı 7 dəfə artmışdır
Bir xalqın faciəsi silsiləsindən…
«Fələstin faciəsinin» - fələstinlilərin öz doğma vətənlərindən qovulmalarının 60 illiyi ilə əlaqədar olaraq Fələstin Mərkəzi Statistika Bürosunun rəhbəri Luai Şəbaninin təqdim etdiyi məlumatları diqqətinizə çatdırırıq.
(«Al Hourriah» qəzeti, Fələstin)
1948-ci ilin Fələstin faciəsi müasir tarixin «qara səhifələrindən» sayılır. Bu faciənin nəticəsi isə sionist dəstələrinin terror və zorakılıqdan istifadə etməklə fələstinlilərin torpaqlarının ¾-nü işğal etməsi oldu.
Belə ki, bu işğal zamanı 531 kənd yerlə-yeksan edilmiş və Fələstin əhalisinin 75%-ə qədəri isə zor gücünə doğma yerlərdən qovulmuşdur. O zaman Fələstində yaşayan 1,4 milyon nəfər fələstinlinin 800 min nəfərindən çoxu qonşu ölkələrə və dünyanın digər guşələrinə qaçmağa məcbur olmuşdur.
Sionistlər fələstinlilərə qarşı 70 soyqırım aktı keçirmişlər ki, bunlarda da həlak olanların sayı 15 min nəfərdən çox olmuşdur.
Beləliklə, fələstinlilərin hazırkı demoqrafik durumuna rəqəmlər vasitəsilə nəzər yetirək:
Dünyada olan fələstinlilərin sayı 2008-ci ilin ortaları üçün 10,5 milyon nəfər təşkil etmişdir. Bu isə onu göstərir ki, 1948-ci ildən bəri onların sayı 7,5 dəfə artmışdır.
154 min nəfərə yaxın fələstinli 1948-ci ildə öz vətənlərini tərk etməmişdi. Hal-hazırda isə Fələstin ərazilərinin özündə 5 milyon nəfərə yaxın insan yaşayır. Belə ki, İsrailin öz əhalisinin sayı isə 5,5 milyon nəfərdir. Gözlənildiyinə görə, tarixi Fələstin torpaqlarında yaşayan fələstinlilərin və israillilərin sayı 2016-cı ilin əvvəlləri üçün bərabərləşəcəkdir.
Sosioloji araşdırmalar göstərmişdir ki, dünyada olan fələstinlilərin yarıdan çoxu qaçqınlardır. Belə ki, İordaniyada, Suriyada, Livanda və Fələstinin öz ərazilərində olan fələstinli qaçqınların sayı hal-hazırda 4,6 milyon nəfərdir. Bu zaman fələstinli qaçqınların 42%-i İordaniyada, 10%-i Suriyada, 9%-i isə Livanda məskunlaşmışdır. Bu ölkələrdə olan fələstinlilərin üçdən bir onlar üçün xüsusi olaraq təşkil edilmiş və sayı 59-a çatan qaçqınlar düşərgələrində yaşayır ki, bu düşərgələrin də 10-u – Suriyada, 10-u – İordaniyada, 12-i – Livanda, 19-u – İordan çayının Qərb sahilində və 8-i isə – Qəzza Bölgəsində yerləşmişdir.
Fələstin ərazilərində yaşayan əhalinin arasında olan qaçqınların sayı təqribən 1,7 milyon nəfər, yəni əhalinin 44%-ni təşkil edir. Qəzza Bölgəsindəki əhalinin 67%-i, İordan çayının Qərb sahilindəki əhalinin isə 31%-i qaçqınlardır. Hal-hazırda İordan çayının Qərb sahilində yaşayan fələstinlilərin sayı 2,3 milyon nəfər, Qəzza Bölgəsində yaşayanların sayı isə təqribən 1,42 milyon nəfərdir.
İordaniyada məskunlaşmış fələstinli ailəsinin üzvlərinin orta sayı təqribən 5 nəfər, Suriyada – 4,1 nəfər, Livandakı ailənin üzvlərinin orta sayı isə – 3,8 nəfərdir. Fələstin cəmiyyətinin 40%-dən çoxunu yaşı 15-ə qədər olan uşaqlar və yalnız 3,2%-ni isə 65 yaşdan yuxarı olan insanlar təşkil edir.
Öz növbəsində Qüds şəhərində 363 min fələstinli yaşayır. Bu zaman burada yaşayanların 60%-i şəhərin 1967-ci ildə İordan çayının Qərb sahilinin işğalı zamanı İsrailə birləşdirilmiş şərq hissəsində yaşayırlar.
Fələstindəki sionist soyqırımı:
1. Abbas küçəsi (28 yanvar 1948-ci il) –
Yəhudi-sionist terrorçuları tərəfindən Hayfa şəhərindəki Abbas əl-Ərəbi küçəsində yerləşən fələstinlilərin evləri içərisində yaşayan sakinləri ilə birlikdə partladılan zaman 20 nəfər fələstinli həlak olmuş, 5 nəfərsə yaralanmışdı;
2. Səasəa (14 fevral 1948-ci il) –
«Əl-Bəlmah» adlı üçüncü yəhudi-sionist dəstəsinin hücumu nəticəsində fələstinlilərin evləri başlarına uçurulmuşdur. Evlərin qalıqları altında qalan və əsasən qadınlar və uşaqlar olmaqla 60 nəfər fələstinli həlak olmuşdur;
3. Sülh binası – «Binəyi əs-Səlam» (20 fevral 1948-ci il) –
Qüds şəhərində yerləşən «Sülh binası»nın qarşısında Britaniya ordusundan oğurlanmış partlayıcı maddə ilə avtomobili partlatmış «Ştern» sionist terrorçu dəstəsinin bu aktı nəticəsində 14 nəfər fələstinli həlak olmuş, 26 nəfər isə yaralanmışdı;
4. Əl-Hüseyniyyə kəndi (13 mart 1948-ci il) –
«Əl-Xəcana» terrorçu sionist dəstəsinin hücumu nəticəsində kəndin partladılmış yaşayış evlərində 30 nəfər fələstinli öldürülmüşdü;
5. Ər-Ramla (30 mart 1948-ci il) –
Yəhudi sionist terrorçuların Ər-Ramla şəhərinin bazarında törətdiyi qanlı qırğın nəticəsində 25 nəfər fələstinli həlak olmuşdur;
6. Hayfa (31 mart 1948-ci il) –
«Ştern» terrorçu sionist dəstəsinin Qahirə-Hayfa sürət qatarında törətdiyi partlayış nəticəsində müxtəlif yaşlarda olan 40 nəfər fələstinli həlak olmuş, 60 nəfər isə yaralanmışdı;
7. Hayfa-Yəffa qatarı (31 mart 1948-ci il) –
«Əl-Qacana» sionist dəstəsinin Netaniya yaxınlığında Hayfa-Yəffa qatarında törətdiyi terror aktı nəticəsində 40 nəfər fələstinli öldürülmüşdü;
8. Deyr-Yasin (09 aprel 1948-ci il) –
«Arqon» və «Ştern» adlı sionist terror dəstələri Deyr-Yasin adlı Fələstin kəndini əhatəyə almış və fərqinə varmadan qabaqlarına çıxan hər bir kəsi, o cümlədən uşaqları, qadınları və qocaları öldürməyə başlamışlar. Bundan sonra, öldürülmüş insanların meyitlərini sionistlər kənddəki quyuya atmışlar. Bu soyqırım aktı nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla 254 nəfər insan həlak olmuşdur;
9. Hayfa (22 aprel 1948-ci il) –
Gecə yarıdan keçəndən sonra sionist dəstələri Hayfa şəhərinə hücum etdilər. Onlar insanların evlərinə və ictimai binalara soxulmağa başladılar. Həmin gün bu vəhşilər 50 nəfər fələstinlini öldürdülər, daha 200 nəfərini isə yaraladılar.
Bütün bunlar, sionist dəstələri tərəfindən həyata keçirilmiş fələstinlilərin öldürülməsinin yalnızca kiçicik bir siyahısıdır. Gözlərini qan örtmüş vəhşi barbarlar əsasən hərbi nöqteyi-nəzərdən özlərini qorumaq iqtidarında olmayan kiçik kəndlərə hücum edirdilər. Fələstinliləri vəhşicəsinə məhv edərək onları öz torpaqlarını qoyub çıxıb getməyə məcbur edirdilər. (ərəbcədən tərcümə – Y.Troitskayanındır).
|