Главная » 2008 » Sentyabr » 8 » XARİCİ AKTİVİSTLƏR İNDİDƏ FƏLƏSTİN XALQI İLƏ BİRLİKDƏ ORUC TUTMAĞA BAŞLADILAR
16:16 XARİCİ AKTİVİSTLƏR İNDİDƏ FƏLƏSTİN XALQI İLƏ BİRLİKDƏ ORUC TUTMAĞA BAŞLADILAR |
Fələstin İslami Müqavimət Hərəkatı Həmasa dəstək olmaq üçün Qəzzaya tətbiq edilən embarqoya etiraz etmək və dünyanın diqqətini Qəzzaya yönəltmək üçün 2 gəmiylə Qəzzaya gələn insan haqqları aktivistləri, Fələstin xalqı ilə həmrəylik içərisində olduqlarını göstərmək üçün indi də oruc tutmağa başlayıblar.
Gəldikləri gəmi ilə dönmək istəməyən, bir müddət daha Qəzzalılarla birlikdə yaşamağı seçən xarici aktivistlər, Ramazan ayının başlamasıyla Fələstinlilərlə birlikdə oruca başladılar.
İsrailin Beyt Hanun sərhəd qapısından keçərək ölkələrinə dönmələrinə icazə verməsinə baxmayaraq, Qəzzada qapalı qalan aktivistlər, bu gün Qəzzali balıqçılarla etiraz nümayişi təşkil etdilər.
Embarqoya Qarşı Xalq Komitəsi Başçısı Camal Hudari, insan haqqları aktivistlərinin hər cür metodu istifadə edərək Fələstin xalqıyla həmrəylik göstərmələrini təriflədi. Hudari, xarici aktivistlərin Qəzzada olmalarının, embarqoya qarşı müqavimətin əhəmiyyətli bir qisimini meydana gətirdiyini, onun fikrində olan hər kəsin embarqoya qarşı dayanacağını bildirdi.
Xarici aktivistlərin Fələstin xalqı ilə həmrəylik içərisində olduqlarını ifadə etmək üçün oruc tutmalarını qiymətli bir addım olaraq qiymətləndirən Hudari, embarqoya qarşı səbr edən Fələstin xalqının yer üzündəki ən ədalətli iddianı təmsil etdiyini, embarqonun sonunda qırılacağını da bildirdi.
www.birlik.az |
Категория: Dünyada |
Просмотров: 1144 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|