Главная » 2008 » Sentyabr » 8 » Göy-Göl rayonunun Danayer kəndində yerləşən su anbarı təhlükə altındadır
16:22 Göy-Göl rayonunun Danayer kəndində yerləşən su anbarı təhlükə altındadır |
Göy-Göl rayonunun Danayer kəndinin sakinləri yağan yağışlardan sonra yaşayışlarının çətinləşməsindən və kənddəki su anbarının dağılmasından sonra su ilə bağlı problemlərinin yaranmasından şikayətlənirlər.
Sakinlərin bununla bağlı ANS PRESS-ə ünvanladığı məktubda bildirilir ki, kənddə yerləşən və təhlükəli vəziyyətdə olan su anbarı bu ilin iyul ayında güclü yağışlardan sonra uçub dağılıb. Həmçinin güclü yağışlar kənd camaatına külli miqdarda ziyan vurub, çay kənarında olan bütün bağ-bağçaları yuyub aparıb. Kənd camaatının ücdə birinə məxsus olan su nasoslarını və turbalarını, eləcə də kabellərini də sıradan çıxarıb.
Kənd camaatının yazdığına görə, baş verən təbii fəlakətdən sonra onlara heç bir təşkilatdan bu vaxt ərzində heç bir kömək göstərilməyib, eləcə də magistral yoldan Danayer kəndini göstərən işarələr yerinə quraşdırılmayıb. Buna görə də belə kəndin yer olmaması təəssüratı yaranır.
ANS PRESS |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1403 |
Добавил: media-islam
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|