Amerika Blacksmith İnstitutu əhalinin yaşayışının təhlükədə olduğu dünyanın ən çirkli 10 şəhərinin siyahısını yayımladı… Əraziləri ən çirkli olan şəhərlər aşağıdakılardır. Sumqayıt, Azərbaycan (potensial olaraq 275 min nəfər təsirə məruz qalır.) Linfen, Çin (3 milyon nəfər) Tianying, Çin (140 min nəfər) Sukinda, Hindistan (2.6 milyon nəfər) Vapi, Hindistan (71 min nəfər) La Oroya, Peru (35 min nəfər) Dzerzhinsk, Rusiya (300 min nəfər) Norilsk, Rusiya (134 min nəfər) Çernobil, Ukrayna (5.5 milyon nəfər) Kabve, Zambiya (255 min nəfər)
Azərbaycanın Sumqayıt şəhərində əvvəlki sovet sənaye müəssisələrinin ərazini sənaye tullantıları və ağır metallarla çirkləndirdiyi bildirilən hesabatda Sumqayıtdakı xərçəng xəstəliyi yaranma faizinin olduqca yüksək olması genetik mutasiya, şikəst və ölü doğumların yayılmış olduğu vurğulandı
Rusiya, Çin və Hindistanla yanaşı Peru ile Zambiyada da yaşayış bölgələrinin yer aldığı siyahıda 12 milyona qədər insanın əsasən kimya, metal və mədən sənayesinin səbəb olduğu ciddi ərazi çirkliliyindən təsirə məruz qaldığı bildirildi.
Hesabatda Çinin Tianying şəhərində güllə istehsalının xeyli olmasına görə 140 min nəfərin güllə zəhərlənməsi ilə qarşı-qarşıya olduğu, Hindistanın Sukinda şəhərində idarəsiz işlədilən 12 mədənin su qaynaqlarına təhlükəli kimyəvi maddələr buraxıldığı qeyd edildi.
|