Dünya tarixini müşahidə etikdə onun enişli-yoxuşlu olduğunu görürük. Bəzən bu tarix həqiqət libası geyinmiş yalandan ibarət olur. Müxtəlif zamanlarda böyük imperiyalar və dövlətlər bu tarixin formalaşmasında bir çox hallarda saxtalaşmasında əsaslı rol oynamışlar. Bu qısa məqalədə müqəddəs Qüds Günü ilə əlaqədar Fələstin torpağında baş verənlər və İsrailin yaranma tarixi haqda qısaca da olsa söz açacağıq. İşğal məqsədi hələ 1897-ci ildə isveçlərin Bal şəhərində keçirilən "Ümumdünya sionizm təşkilatı"nın konqresində Polşa yəhudilərindən olan Teodor Hertzel tərəfindən təqdim edilən plan əsasında qoyulmuşdur. Onun bu planı istismarçı ingilis şirkətinin iş variantlarından ilham almışdır. Bu məqsədlə o, ingilis istismarçılarının kamil nümunəsi olan Sisil Rodertsə müraciət edir. O, 11 yanvar 1902-ci ildə Sisil Rodertsə belə yazır: "Sizdən təmanna edirəm ki, lütf göstərərək mənə, siz tərəfdən mənim planlarımın araşdırılması və onun qəbulu haqda aydınlıq gətirən məktub yazaraq göndərəsiz, Ola bilsin sual edəsiniz ki, nəyə görə məhz sizə müraciət etmişəm? Səbəbi budur ki, mənim məqsədim abadlıqdır." Hertzlerin məqsədi bu idi ki, qərb qüdrətlərinin birindən öz istismar proqramına güclü dəstək alaraq onu təzmin etsin. Elə buna görəydi ki, Hertzel demişdir: "Mən yəhudi ölkəsinin binasını Bal şəhərində qoydum." (Fransız yazıçısı Roje Qarodinin "İsrail macərası-siyasi sionizm" kitabının 61-ci səhifəsi) Bu plan yəhudilərin xeyrinə olduğu halda o vaxtkı istismarçıların, xüsusi ilə ingilislərin də xeyrinə idi. Əlbəttə, sionistlər əvvəl belə qərara almışdılar ki Uqanda ölkəsinə gedərək orada yerləşələr. Bir müddətdən sonra onlar Liviya ölkəsinin paytaxtı olan Trablosu istismar edən İtaliya ölkəsinə müraciət etdilər, ancaq onlardan mənfi cavab aldılar. Axırda Orta Asiyanı daima istismarda saxlamaq istəyən ingilislərlə razılığa gələrək Fələstin torpaqlarına köçməyi qərara aldılar. İngiltərə həmin məntəqənin xüsusi həssaslığa malikliyini düşünərək orada öz müttəfiqlərinin olmasını arzulayırdı. Ancaq sonradan İngiltərənin gücünün zəifləməsi ilə Amerika bir güc olaraq onun yerini tutub bu yeni istismarçını öz qanadı altına aldı. Sionist işğalçıları Fələstini birbaşa müharibə ilə işğal etmədilər. Əksinə, əvvəl qərb sionist və yəhudilərinin, varlı və zəngin şəxs və təşkilatlarının köməklikləri ilə fərdi surətdə gələrək Fələstinin səfalı yerlərində olan əkin və bostan sahələrini yüksək pulla fələstinlilərdən alaraq, öz mənfur niyyətlərinə çatmaq üçün müqəddimə düzməyə başladılar. Ancaq Qərbdə rifah halında yaşayan yəhudiləri Orta Asiyaya köçürmək sionistlər üçün elə də asan deyildi, çünki kimsə Avropadan gəlib gələcəyi bəlli olmayan yerdə, ərəblərin içində və Asiyada yaşamaq istəməzdi. Bu cəhətdən özünü Qərbdə siyasi-iqtisadi cəhətdən möhkəmlədən sionist təşkilatı "Hitler-nasizm" faktorundan yararlanaraq Avropada müharibə salıb oradakı yəhudiləri köçməyə rəğbət məcburiyətində qoydular. 22 iyun 1937-ci il tarixində Almaniya xarici işlər nazirinin dedikləri bir sənəd kimi bu faktora ayrıca subutdur: "Almanya bu qərarı daxili-siyasi vəziyyəti nəzərə alaraq vermişdir. Bu qərar yəhudilərin Fələstində uzunmüddətli yaşamalarına təminatı asanlaşdıraraq onların məskunlaşmalarını tezləşdirəcəkdi. Buna baxmayaraq, Hitler şəxsən özü bu qərarın davam etməsini istəmişdir" ("Vilhelm-estress-məxfi arxivi" kitabı, beşinci bölmə, 2-ci cild. Paris, Plon nəşriyyatı, səhifə: 3 və 28. 1954-cü il.) Yəhudiləri müharibə dönəmində aldıqları yerlərə köçürmələri ilə yanaşı onları müdafiəsiz və silahsız fələstinlilərə qarşı silahlandıraraq əvvəlcə torpaqların 5 faizini özününküləşdirib İsrail dövlətinin yaranmasını elan etdilər. Sonradan onlar bu işğalın davamı kimi yenicə yaranmış ABŞ-ın təsiri altındakı BMT-nin vasitəsi ilə daha çox torpaqların işğalına nail oldular. BMT 1947-ci il noyabr ayının 29-da Fələstin torpaqlarının bölünməsi qərarı çıxartdı. Bu zamana qədər yəhudilər, Fələstinin 33 faiz cəmiyyətini təşkil edərək, torpaqların 5 faizinə malik idilər. Lakin bu mənfur və ədalətsiz qərardan sonra özlərini demokratik adlandıran ölkələrin təzyiqləri nəticəsində torpaq sahibləri olan fələstinlilərdən torpağın yarıdan çoxu, yəni 56%-i alınaraq yəhudi-sionizmə verildi. 1947-ci ilin dekabr ayının 18-də Amerika konqresinin Lorans Semit adlı üzvü baş verənləri belə yad edir: "Baxaq görək Fələstinin bölünməsi haqda olan səsvermədən öncə BMT-də nə baş verdi? Bu qərarın qəbul olunması üçün səslərin 2/3 yığılması zəruri idi. Səsvermə 2 dəfə təxirə salındı. Bu arada 3 kiçik dövlətin nümayəndələrinə sıxma-boğma gəlindi. Taleyüklü məqam 3 ölkədən yəni, Haiti, Liberiya və Filippin dövlətinin nümayəndələrindən asılı idi. 3 səs səslərin 2/3-i qazanmağa kifayət edirdi. Bu təzyiqlərdən öncə həmin ölkələr Fələstinin parçalanması ilə müxalif idilər, ancaq... Nümayəndələr, rəsmi insanlar və Amerika dövlətinin bu təzyiqləri təhqirə layiqdir."("Amerika konqresinin müzakirələri", səh. 1176). Qeyd etmək lazımdır ki, Fələstinin bölünməsi tarixindən, yəni, 1947-ci il 29 noyabrdan, ingilislərin işğalının bitməsinə qədər, yəni 15 May 1948 -ci ilə qədər silahlanmış sionist qrupları "Yafa" və "Hifa" məntəqələrini də zorla işğal edərək ələ keçirdilər. Ancaq torpaqların bütünlüklə işğalı onlara sərf etmirdi, cüzi bir torpaq payı saxlayaraq, işğal altında yaşayan digər fələstinliləri də ora köçürüb özlərindən ayırmaq istəyirdilər. İşğal olunmuş ərazilərdə yəhudi mənşəli mühacirlərin 2/3-ni yerləşdirdilər. Bu mühacirlərdən ibarət terrorçu dəstələrin köməyi ilə yerli əhaliyə qarşı vəhşiliklər törətməyə başladılar. Bu faciələrin ən dəhşətlisi "Deyri Yasin" faciəsi idi. Dövlət səviyyəsində yaranmış yəhudi işğalçıların "İrqon" adlı terror dəstəsi Mənaxim Beginin rəhbərliyi ilə 254 kişi, qadın uşaq və yaşlı insanların həyatına son qoydular. 15 may 1948-ci ildə "Ərəb birliyi"nin başçısı BMT-ni xəbərdar edərək bildirdi ki, Fələstin xalqının təhlükəsizliyini təmin etmək üçün bu birliyə daxil olan ölkələr İsrail dövlətinə müharibə elan etmək qərarına gəlmişlər. İlk döyüşdən az müddət sonra sionistlər ölkənin 80%-ni də ələ keçirərək 770 min insanı öz yurdlarından didərgin saldılar. Hazırda ölkə ərazisinin yalnız 4%-i Fələstin xalqının mülkiyyətindədir. Həmin ərazini də sionistlər beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq və fələstinliləri ölkənin kənar vilayətlərində yerləşdirmək məqsədi ilə saxlayıblar. Əslində sionistlərin məqsədi, Nil çayından Fərat çayına qədər ərazini əhatə edən "Böyük İsrail" dövlətini yaratmaqdır. Livana, Suriyaya, İordaniyaya hücüm çəkərək onların bir sıra torpaqlarını işğal etmələri bu niyyətdən qaynaqlanır. Sionist rejiminin indiki və həmişəki siyasəti öz cinayətlərinin üstünü ört-basdır edib dünya xalqlarına özlərinin məzlum və sivil xalq və dövlət kimi göstərməkdir. HAŞİYƏ: Əlbəttə, dünya xalqları deməkdə məqsəd budur ki, onsuz da dünya dövlətləri müsəlmanlara qarşı törədilən hər bir cinayətə göz yumurlar. Bunun bariz nümunəsi Ermənistanın Azərbaycan torpağına və xalqına qarşı törətdikləri terror və cinayətlərə dünya dövlətlərinin etinasızlığı və göz yummalarıdır. Yadımdadır ki, 2002-ci ilin axırlarında İngiltərə məclisinin nümayəndəsi, "Ümumdünya xristian həmrəylik" təşkilatının rəhbəri Koks Qarabağa səfər edərək belə bir mənfur ifadə işlətmişdir ki: "Xristianlar müsəlman torpaqlarını zəbt etməkdə tam haqlıdırlar, bu belə də olmalıdır." Xüsusilə bu gün müsəlman cəmiyyətinin artması və bəzi müsəlman ölkələrinin inkişafı Qərbin istismarçı və diktator damarını qıcıqlandırır. Elə buna görədir ki, hazırda gedən müharibələrin hamısı müsəlman torpaqlarında - Azərbaycanda, Kəşmirdə, Əfqanıstanda, İraqda, Fələstin və Çeçenistanda aparılır, bu ölkələr zəiflədilib sərvətləri ələ keçirilir, xalqları və məzhəbləri arasında düşmənçilik toxumu səpilir. Sionistlər dünya dövlətlərini öz lobbiləri vasitəsi ilə ələ keçiriblər. Bu dövlətlərin xalqlarına isə dünya səviyyəsində ələ keçirdikləri kütləvi informasiya vasitələri ilə təsir edib qərəzli və məqsədyönlü xəbərlər yedizdirirlər. Onlar özlərini ərəblər arasında yaşayan məzlum və sivil xalq kimi göstərmələri ilə yanaşı, təlqin edirlər ki, guya Fələstin onların qədim vətənləri və torpaqları olmuşdur. Necə ki, hazırda ermənilər Qarabağ torpağının onlara məxsusluğu iddiası ilə bəzən də orada ermənilərə məxsus saxta "abidə və nişanələr" də axtarıb tapırlar. Ancaq, Allah şahiddir və tarixdə göstərilir ki, ikinci xəlifə zamanı Fələstin torpağı və xalqı müsəlman olarkən burada yaşayan xalq heç bir qarşıdurma yaratmadan İslam dinini qəbul etdilər və çox az miqdarı xristian və yəhudi dinində qaldılar. Amma hazırda sionistlər dünyanın müxtəlif ölkələrindən yəhudiləri və bəzən irqi bəlli olmayan insanları yəhudi adı ilə Fələstin torpaqlarına gətirərək "tarixi vətənə" qayıdış şüarı altında bu müsəlman ölkəsini işğal edib, mənfur bir rejim yaradıblar. Dünya KİV-ləri cinəyatkar işğalçılara qarşı hər hansı mübarizə olan kimi və yaxud onlardan biri qətlə yetirilən kimi hay-küy salmağa başlayırlar. Məsələn, siz dünyanın məşhur qəzetlərindən, Amerikada çap olan "Taym" və "Niyuzvik" qəzetlərinə diqqət yetirsəz bir sionist və yəhudini qətlə yetirilməsini elə şişirdirlər ki, sanki dünya məzlumlarıdır. Bir nəfər ölən kimi onun şəkillərini çap edir, uşaqlarının məzlum qalması haqda məqalələr yazıb şəkillər göstərirlər, ancaq minlərlə Fələstin xalqının vəhşicəsinə qətlə yetirilmələri və öz diyarından qaçqın düşmələri haqda heç bir şey qeyd etmirlər. İsrailin bugünkü xətəri həm dünya, həm müsəlmanlar, həm Fələstin və həm də öz sakinləri üçündür. İndiyə qədər BMT tərəfindən İsrail əleyhinə 29 qətnamə qəbul olunmasına baxmayaraq, terrorizmin baş himayəçisi və insan haqları qənimi Amerika bütün sənədlərə veto qoyaraq onları ləğv etmişdir. Budur Amerika demokratiyası və işğalçının bariz himayəçisi. İsrail ikinci dünya müharibəsindən sonra yaranmasına baxmayaraq, Amerika və digər Qərb ölkələrinin köməkliyi ilə ən böyük atom bombalarına malik dövlətlərdəndir. Ancaq bu haqqı heç bir müsəlman ölkələrinə verməyə razı deyillər. İlyarım öncə Ağ Evin hərtərəfli himayəsi ilə İsrail işğalçı rejimi mənfur planının davamı kimi Livana daxil olub, dinc sakinlərin evlərini başlarına uçurdaraq oranı da öz müstəmləkəsinə çevirmək istəyirdi. Yenə BMT-nin İsrailin bu cinayətlərini məhkum etmək istəyinə baxmayaraq Amerika veto hüququndan yararlandı. Maraqlı burasıdır ki, ikinci qətnamə qarşıdurmanın dayandırılması üçün sülh qətnaməsi idi ki, Amerika hətta sülhə belə veto qoydu. Ancaq Allah ordusu Hizbullah onların cinayətkar planlarına çox böyük maneələr törətdi və az bir dəstə olub İslam düşmənlərinə qarşı xalisanə vuruşduqlarına görə də Allahın köməkliyi ilə həmişə qalib gələcəklər. Necə ki, Qurani-Kərim "Əl-Bəqərə" surəsinin 249-cu ayəsində buyurur: "Nə çox az bir dəstə ki, Allahın izni ilə çox bir dəstəyə qalib gəlir." Və ya "Maidə" surəsinin 56-cı ayəsində buyurulur. "Həqiqətən hizbullah qalibdir." Hazırda İsrail rejiminin başçılığı altında "Yeni Orta Asiya" nəzəriyyəsi irəli sürülərək müsəlmanların yəhudilərdən asılı olmaları üçün zəmin yaradılır. İstəyirlər ki, tədricən müsəlman ölkələrinin iqtisadi rıçaq və bazalarını ələ keçirərək onları tam şəkildə çökdürsünlər. Bu məqaləni yazmaqda məqsəd bu idi ki, Azərbaycan xalqı nəinki bir müsəlman kimi, bəlkə bir insansevər və humanist bir xalq və insan kimi bu məsələ haqda öz qəzavətini etsin. Fələstin dərdini və tarixini anlayaraq özləri üçün bu işdən ibrət dərsi götürərək, birləşib bir qüdrət kimi öz talelərini özləri həll etsinlər, nəinki hansısa bir Koks kimilərindən kömək diləsinlər. Və bilsinlər ki, əgər bu gün Fələstin işğal olubsa, sabah düşmən cürət tapıb digər müsəlman ölkələrini də işğal etmək istəyəcək, necə ki, bu gün Qarabağ eynilə işğala məruz qalaraq düşmən tapdağı altındadır. Bu gün Fələstin və Livanda baş verənlər, Peyğəbərimizin mübarək cümləsinin məfhumudur ki, buyurdu: "Hər kəs bir müsəlman nidasını: "Ey müsəlmanlar mənə kömək edin", - deyə eşidə, ancaq ondan öz yardımını əsirgəyə, həqiqətən o, müsəlman deyildir." İran İslam Respublikasının memarı İmam Xomeyni (r.ə) də elə bu məqsədlə Ramazan ayının son cüməsini Ümumdünya Qüds Günü elan edib və müsəlmanların vəhdətə nail olaraq məzlumların haqq səsinə dəstək verməsini məsləhət görüb.
Seyid Əli
|