Şenbe, 20.04.2024, 14:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 20 » "Əl-Qaidə" İraqdakı Amerika hərbi kontingentinin ərazidən çıxarılmasını tələb edib
    19:04
    "Əl-Qaidə" İraqdakı Amerika hərbi kontingentinin ərazidən çıxarılmasını tələb edib
     
     
     
     
     
     
     
    Terror təşkilatı əks təqdirdə, Əfqanıstanda yeni terror aktının törədiləcəyini bəyan edib

    "Əl-Qaidə" terror qruplaşması İraqda yerləşən Amerika qoşunlarının bu ərazidən çıxmayacağı təqdirdə Əfqanıstanda yeni terror aktları törədəcəyi ilə hədələyib. Bu sözlər 2001 -ci il 11 sentyabr terror aktından 1 həftədən çox vaxt keçdikdən sonra yayımlanan video materialda yer alıb. Lakin tezliklə "Əl-Qaidə"nin ənənəvi olaraq öz video materiallarını yerləşdirildiyi silahlılara məxsus saytlar bağlanıb.

    Saytların bağlanmasının əsas səbəbi hələ də naməlum olaraq qalır. Yeni yayımlanan 90 dəqiqəlik video material «Yeddi illik xaç yürüşünün nəticələri» adlanır. Videoda yayımlanan səs 11 sentyabr hadisəsində şübhəli bilinən Bin Ladenin birinci müavini Ayman Əl-Zəvahirın və qruplaşmanın digər fəal üzvlərinrin nitqinə bənzəyir. Videoda "Əl-Qaidə" qruplaşmasının Əfqanıstandakı baş komandanı Mustafa Əbu Əl-Yəzid bu ərazidə fəaliyyət göstərən mücahidlərin gücünün günü-gündən artdığını dilə gətirib: «Biz demək istəyirik ki, mücahidlərin yürütdüyü siyasət artıq güclənməkdədir və daha da genişmiqyaslı hücümlara hazırlaşır».

    Həmçinin videoda "Əl-Qaidə"nin dini lideri sayılan Şeyx Ayatullah Amerika qoşunlarının İraq ərazisindən çıxarılmasını tələb edib. «Amerikalılar şübhəsiz ki, İraq ərazisindən çıxmalıdır. Allahın köməkliyi ilə cihad və mücahid qruplaşmaları buna nəzarət edəcəklər. Sadəcə bir qədər dözüm nümayiş etdirmək lazımdır»,- deyə o bildirib.

    Qeyd edək ki, ötən illər ərzində də adı çəkilən qruplaşma 11 sentyabr hadisələri ilə əlaqədar olaraq bir neçə buna bənzər video materiallar yayıb. Xususilə də bu lent yazılarında terror qruplaşmasının liderləri öz qələbələrini elan edirlər. xatırladaq ki, dünyanın bir nömrəli terrorçu elan etdiyi Üsamə Bin Laden ötən il 11 sentyabr terror aktının ildönümündə son 3 il ərzində ilk dəfə ekranda görünmüşdü. /ANS TV/

    Категория: Dünyada | Просмотров: 1259 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər