Cüme axşamı, 28.03.2024, 16:10
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 25 » QARABAĞIN İŞĞALI QÜDSÜN İŞĞALININ DAVAMIDIRMI?
    23:12
    QARABAĞIN İŞĞALI QÜDSÜN İŞĞALININ DAVAMIDIRMI?
     
     
     
     
     
     
     
    Ramazan ayının son cüməsi Beynəlxalq Qüds Günü kimi qeyd olunur. Hər il dünya müsəlmanları işğala və təcavüzə məruz qalan Fələstin xalqına dəstək və Qüds torpaqlarının işğaldan azad olunması tələbi ilə dünyaya səs salırlar. Müsəlman torpaqlarının işğalının əvvəli sayılan Qüds torpağından sonra zaman-zaman digər müsəlman torpaqları da Qərblilərin əli ilə işğal olunmağa başladı. Elə Qarabağın işğalı da bu işğallar silsiləsindəndir ki, müsəlmanların qırğını və torpaqlarının işğalı ilə nəticələndi. Elə bu məsələ ilə əlaqədar bir sıra ekspertlərə müraciət etdik. Onlara da Qarabağın işğalının Qüdsün işğalının davamı olduğunu təstiqlədilər.

    Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov hesab edir ki, Qüdsün işğalı tək fələtin xalqının problemi deyil: «Bu bütün müsəlman xalqının problemidir. Bu mənada Qarabağın işğalı da tək Azərbaycanın problemi deyil. Məlum olduğu kimi, Qüdsün 1948-ci ildə işğal olunması təkcə sözügedən məkanla kifayətlənmədi. Ondan sonra Fələstinin və digər müsəlman dövlətlərinə məxsus ərazilər işğal edildi. Yəni digər ərəb ölkələrinin ərazilərini işğal etmək hesabına bu davam etdirildi. O cümlədən bu işğal siyasəti Qarabağın işğalı ilə davam etdirildi. Çünki həmin qərb ölkələrinin dəstəyi ilə Qarabağın işğalını ermənilər həyata keçirməyə başladılar. Və təsadüfü deyil ki, BMT-nin Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirəyə çıxarılan zaman ABŞ bunun əleyhinə səs verdi. Bu bir daha onların hansı iyrənc xislətə malik olduqlarını bir daha ortaya qoydu. Bu günün özündə də Qarabağ kartından bir təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə edirlər və bu vasitə ilə öz mənafelərinə uyğun istifadə etməyə çalışırlar. Məsələn, BTC kəməri inşa olunmamışdan əvvəl, kəmərin İrandan keçən variantı daha ucuz və səmərəli hesab olunurdu. Ancaq bildiyiniz kimi, həmin xarici qüvvələr buna imkan vermədilər. Həmçinin, Kosova prisidentini Qarabağa tətbiq etməyə çalışırlar».

    DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, bu il də müqəddəs Qüds günü ilə bağlı Azərbaycanda tədbirlər, əzadarlıq məclisləri keçiriləcək: «İnşallah ramazan ayının sonuncu cümə gününün elan olunması da təntənəsi odur ki, müsəlmanlar Allah dərgahında bəndəlik etdikdə, eyni zamanda gündəlik hərəkətlərinə də fikir verməlidirlər. Məsuliyyətlərini hər il olduğu kimi dərk etməlidirlər. Bu mənada dünya birliyi Qarabağı və Qütsü unutmamalıdırlar. İnşaəllah Azərbaycanda da müsəlmanlar öz imkanları daxilində bu tədbirləri geniş şəkildə qeyd edəcəklər».

    Qüdsün və Qarabağ torpaqlarının işğalı ilə bağlı ABT funksioneri, hərbi ekspert Elşad İslamoğluna müraciət etdik. Elşad İslamoğlu ilk əvvəl bunları dedi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 1988-ci ildə başlanan, 1992-ci ildən sürətlənən və bu günə qədər davam edən erməni işğalçılığı, təcavüzü artıq iyirmi ildir ki, davam edir. Qeyd etdiyimiz kimi Ermənistan torpaqlarımızı işğal edib və iyirmi ildir hələ ki, bu problem öz həllini tapmır. Bu məsələdə Qərb tərəfdən də heç bir qəti reaksiya göstərilmir. Necə ki, Qüds məsələsində eynilə etniasızlıq, biganəlik müşahidə olunur. Nə ABŞ, nə də Qərb ölkələri həm Qüdsün, həm də Qarabağın işğaldan azad olunmasında sadəcə olaraq boş vədlər verir və qəti addımlar atmaq istəmir.”

    Hərbi Ekspert Elşad İslamoğlu son günlərdə həm ABŞ, həm də Qərb ölkələrinin Qarabağ və Qüdsdən fərqli olaraq Gürcüstan məsələlərində heç də passivlik nümayiş etdirmədiyini bildirib. “Misal üçün onu demək olar ki, Rusiya qoşunları Abxaziya və Cənubi Osetiya hadisələrində Gürcüstanmın ərazi bütövlüyünü pozdu. Bu hadisədən dərhal sonra bütün dünya ayağa qalxıb Rusiyadan Gürcüstan ərazilərini tərk etməyi tələb etdi və nəticədə qüvvətli, qüdrətli Rusiya ölkəsi öz qoşunlarını bu ərazilərdən çıxartmaq məcburiyyətində qalıb yenidən Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirdi. Bu məsələlərdə maraq kəsb edən hadisə Rusiyanın Gürcüstan ərazisində heç on gün belə qala bilməməsi oldu. Yəni on gün ərzində Rusiyaya olan reaksiya nəhəng imperiyanı arxaya addım atmağa məcbur etdi. Amma nəzər alsaq ki, 16 ildir ermənilər Azərbaycana təcavüz edib və torpaqlarını işğal edib və bu ölkəyə dünya ictimaiyyəti tərəfindən heç bir təzyiq olunmur. Rusiyaya son bir neçə gündə Qərb tərəfindən iqtisadi zərbələr endirilirsə, Ermənistana Qərb tərəfindən heç bir zərbə endirilmir. Səbəb isə bu məsələlərdə odur ki, necə ki Qüdsün işğalı zamanı Qərb susur, həmçinin Qarabağın işğalında da Qərb öz ənənəsinə sadiq qalır. Bu isə bir başa bizim müsəlman olmağımız və sionist qüvvələrin aktiv fəaliyyəti ilə bağlıdır. Belə bir mühitdə Qarabağ və Qüdsün azad olunmasında çıxış yolu ancaq və ancaq müsəlmanların birliyi, İslami vəhdətin mükəməlləşməsidir.

    Bu məsələ ilə bağlı «Milli Mənəvi Dəyərlər» İctimai Birliyinin sədri Hacı Abgül Süleymanova müraciət etdik. Hacı Abgül isə Qüds və Qarabağın azadlığı müsəlmanların sionist rejimin dağılmağı üçün göstərdiyi səyə bağlılığından danışdı. “Qarabağ eynilə elə Qüdsün misalındadır. Fərq ondadır ki, Qüdsün məzlumiyyəti, işğalı yarım əsrdir davam edir. Qarabağın içğalı isə təqribən iyirmi ildir davam edir. Qüds və Qarabağın işğalının davam etməsi bir növ sionist İsrail rejiminin mövcud olmasına bağlıdır. Nə qədər ki, bu rejim öz fəaliyyətini davam etdirir, işğalçı, təcavüzkar addımlar səngimək bilmir. Onu da bildirmək istəyirəm ki, bu gün həm Qüdsdə, həm də Qarabağ ərazilərində zülm, işğalçılıq, ədalətsizlik davam etməkdədir. Bu məsələdə bir müsəlman olaraq bizim borcumuzdur ki, Qüds və Qarabağ işğalını qeyd edib onları unutmayaq. Hər bir müsəlman bu günlərdə Qüds günü ərəfəsində olduğumuz üçün bacardığı tərzdə Qüdsün işğalı günü Fələstin xalqına öz dəstəyini bildirməlidir”.

    Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan da məsələyə münasibət bildirərək belə açıqlama verdi: “Sözsüzdür ki, Qarabağın işğalı Qüdsün işğalının davamıdır və İslam düşmənlərinin müsəlmanlara qarşı həyata keçirdikləri cinayətkar planın tərkib hissəsidir. Bu gün Qarabağ məsələsi hələlik sadəcə olaraq Azərbaycana bir təyziq vasitəsidirsə və bu məqsədlə uzadılırsa, sabah regionda daha iyrənc maraqları həyata keçirmək üçün istifadə oluna bilər. Çox təəssüflər olsun ki, Azərbaycanın da Fələstin kimi təcavüzkar və cinayətkar insanlarla qonşu olmaq payı var. Fələstinlilər üçün israillilər nə qədər təhlükəlidirsə, azərbaycanlılar üçün də ermənilər həmin qədər təhlükəlidir. Əlbəttə Qüds müsəlmanların ilk qibləsi və müqəddəs məkanı olması baxımından da əhəmiyyətlidir. Amma hər halda Qarabağda bütün müsəlmanların problemidir və biz Qüds günü təkcə fələstin müsəlmanları ilə həmrəylik və onların məzlumiyyət gününü deyil, onları nəzərdə tutmaqla cümlə müsəlmanlarla həmrəylik edirik, bütün dünya müsəlmanları məzlumiyyətlərinə etiraz edirik, Qüds başda olmaqla bütün işğal olunan torapqlara azadlıq tələb edirik.”

    "Birlik Press" qəzeti
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1574 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər