İntizarda olan islam torpaqları, intizarda olan islam cameəsi, intizarında olduğumuz İmam Zaman (ə.f.) erası. Bəli, intizar fəlsəfəsi çağdaş eramızın gündəmdə olan mövzusudur. Artıq islam cameəsi bu mövzunu gündəlik həyatının müstəvisinə çevirmək məcburiyyətindədir. Qurani-kərimin "Fə əynə təzhəbun" (haraya tələsirsiniz) çağrışına "Mövlama doğru" cavabını vermək vaxtı çatıb. Mübarək Ramazan ayı öz bərəkəti ilə son günlərini yaşayır. Ən böyük lütflərini bu ayda nazil edən Allah bizə minnət qoyaraq bir daha oyanmaq üçün şans verdi. Bu ay bir çox fəzilətli günləri ilə təbərrüklənib. Zəbur, Tövrat, İncil, Qurani-Kərim bu ayda nazil olub. Bir gün də var ki bu ayda, əhəmiyyəti hec də digər günlərdən geri galmir. Ramazan ayının son cüməsi Qüds günüdür. Qüds günü - Qarabağ, Əfqanıstan və digər qəsb olunmuş müsəlman torpaqlarının anım günüdür. Bu günü başa düşmək üçün gərək Ramazan ayini başa düşək. Ramazan ayı - ünsiyyət, paylaşma, anlama, oyanma, özünüdərk, iradəvi əməl ayıdır. Ramazan ayının əməllərində əsas aparıcı xətt olaraq digərlərinin halını bölüşmək fəlsəfəsi durur. Evində rahat iftar edən hər kəs bilməlidir ki, neçə-neçə müsəlman ailələri var ki, günün sonunda nəinki iftar açacaqlarına, heç sağ qalacaqlarına yəqinliyi yoxdur. Bu ayı öz əqidələrinə görə məhbəslərdə ailəsindən uzaq, əsirlikdə keçirənlər var. Bu ruhiyyədə böyümək Ramazan ayının son cüməsi öz aktuallığını artırır. Hər bır müsəlman "Qüdsü-Qarabağı unutma" şüarı ilə yaşamalıdır. "Qoy mən tox olum......" prinsipi müsəlman cameəsinin ruhiyyəsinə ziddir. Qüds gününün bu mübarək ayda elan olunmasının bir fəlsəfəsi də müsəlman cameəsinin bu ayda vəhdətə gəlməsidir. Qüds umumiləşdirilmiş bir addır. Amma cox qəribədir bu zatında islami ruhiyyə yaşayan müqəddəs şəhər bir dəfə 06.07.1099 tarixində səlib yürüşlərinin nəticəsi olaraq qəsb olunub. Bir də 06.07.1967 tarixində sionist rejimi tərəfindən qəsb olunub. Artıq vəhdət ayıdır. İntizarında olduğumuz günləri yaşamağın vaxtı çatmadımı? Top-tüfəng səsinə oyanan uşaqların azan səsınə oyanmaq vaxtı çatmadımı? Mənəviyyatımıza sahıb çıxmağın vaxtı çatmadımı? «Qüdsü -Qarabağı unutma!» şüarı ilə biganəliyə son qoymağın vaxtı çatmadımı? Oyanaq. Oyanaq ki, düşmən cürət etməsin. Oyanaq ki, Mövlamız sevinsin, düşmənlər xar olsun! İlahi, bizi haqqın müdafiəçilərindən qərar ver! Bizi özümüzə tanıtdır ki,Səni tanıyaq! AMİN!
Mətləb Həmzəliİmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi"Deyerler" AİN |