Главная » 2008 » Sentyabr » 26 » BEYNƏLXALQ QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACIƏT
22:54 BEYNƏLXALQ QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACIƏT |
Əziz və mehriban Allahın adı ilə
Mübarək Ramazan ayında İlahi ziyafətdə qonaq olan əziz və möhtərəm iman əhli! Sizin hər birinizi bu mubarək Ramazan ayında salamlamaqdan şərəf duyub, ümidvarıq ki, Siz bu İlahi ziyafətdəki nemətlərdən bəhrələnmisiniz, mənəvi durumlarınızı daha da bərəkətləndirmisiniz.
İzzətli iman əhli!
Qüds günündəyik! Qüds günü - İslam günü deməkdir. Belə ki, Qüds günü mahiyyət etibarilə həm üsul-id-dinin iqrarı və həm də füru-id-dinin realizəsi günüdür. Qüds günü – hər bir müsəlmanın, islami kimliyə malik olan kəsin günü deməkdir. Qüds günü – hər bir İlahi aşiqin sevgi dolu intizarda olması deməkdir. Qüds günü – Qarabağ, Kəşmir, İraq, Əfqanıstan və digər islami yaraların dərdinin fərqinə varmaq deməkdir.
Əziz iman əhli! Ləyaqətli inanclılar!
Təbii ki, Vətənimizdə Qüds gününün ana xətti olaraq – “Qarabağı və Qüdsü unutma!” - müraciəti durur. Bu il – 26 sentyabr 2008-ci il – Mübarək Ramazan ayının sonuncu cüməsi – yeni Qüds günüdür. Allah hər birimizə Qüds gününü şərəflə yaşatmaqla mübarək Ramazan ayımızın nurani ovqatını bir qədər də vücudiləşdirməyimiz üçün gözəl fürsət nəsib edib. Belə isə vücudumuzla bu günü yaşayaq və yaşadaq! Allah amanında.
Dərin ehtiram və hörmətlə, İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu 26 sentyabr 2008-ci il.
|
Категория: Dünyada |
Просмотров: 1331 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|