Bütün dünyada, o cümlədən də Azərbaycandakı bütün məscidlərdə bu gün bayram namazı qılınıb
Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan artıq sona çatır. Bu bir bir ay müddətində imanlılar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq, yenə namaz qalıraq, Allah qarşısında mənəvi borcunu yerinə yetirir. Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur, iftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olub.
Qeyd edək ki, digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Dinimizə görə, yetkinlik yasina catmis hər bir musəlmanin oruc tutmasi vacibdir. İslamda oruc insanın imanı ilə bağlı olaraq niyyət edib səhər sübhdən gün batana qədər yeməkdən, içməkdən, cinsi əlaqəyə girməkdən, şəhvət doğuran hərəkətlər etməkdən özünü saxlamağı nəzərdə tutan ibadət ayinidir. Oruc mubarək Ramazan ayında tutulduğu ucun umumi olaraq «Ramazan orucu» adlanır. Bu, ruzi, bərəkət ayıdır. Bu ayda insanlar dinə-imana gəlməlidir, pis əməllərdən kənar olmalıdır, bu ayda həmçinin hamı bir -birini bağışlamağı bacarmalıdır. Belə ki, Qurani-Kərim təxminən 1400 il bundan əvvəl məhz Ramazan gecələrindən birində nazil edilib. Onu da qeyd edək ki, orucu qəsdən pozanlar onun qəzasını tutmaqla yanaşı tövbə etməli və kəffarəsini ödəməlidir. Kəffarə isə 60 gun oruc tutmaq, ya da 60 yoxsulu, kimsəsizi yedizdirmək, onlara əl tutmaqdır. 60 günlük kəffarə orucuna bir gunluk qəza orucu da əlavə olunur.
|