Cüme axşamı, 02.05.2024, 17:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 7 » Meneviyyata çatmaq
    12:07
    Meneviyyata çatmaq
                                                                             
                          
                                                                         Mənəviyyata çatmaq
    ·       İmam Əli (ə): «Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür». (Ğurərul-hikəm, hədis 1705)

     
     .Həİnsan gərək mənəviyyat yolunda fədakarlıq etsin günah işləsədə tövbə etsin.Əgər tövbə etmədi qiyamət günündə işi çətin olacaq.Hətta bir şəxs gəlir İmam Rza(ə) yanında deyir ağa məmun bir gün məni yanına çağırıb dediki  bu zindandakı seyyidləri öldür sənə filan qədər pul verirem.Deyir məndə məmunun təklifin qəbul elədim.Başladım bir bir seyyidləri öldürməyə axırıncıya çatanda qoca seyyid mənə baxdı bir kəlmə dedi sən bunu günahı nece yuyacaqsan?İndi ağa mən necə edim ki bu elədiyim günahı yuyum.Ağa bu sözləri buyurdu:Məgər bilmirsənmi Allah tövbə edənləri bağışlayar.Niyə tövbə etmirsən Allah səni bağışlayar.Sonra həmən şəxs imama belə dedi:Ağa mən inanmıram ALLAH məni bağışlaya mən bu qədər günah etmişəm.Ona görədə day nə etsəm boşuna.İmam burda bir kəlmə buyurdu dedi vay olsun sənə ki Allahdan naümid olmusan bunu bilki Allah yanında ən böyük günah Allahın rəhmətindən naümid olmaqdır. Əgər insan Allahın rəhmətindən naümid olub tövbə etməsə heç vaxt mənəviyyatını təmizləyə bilməz.Sizlərə bir misalda gətirim kərbaladan.Yezidin ordusundan imama bir bir elçilər göndərilirdi imamı danışığa dəvət etsinlər onlarda gəlirdi imamın xeyməsinin qabağına imamın xeyməsin qoruyanlar deyirdi silahını çıxart gir xeyməyə onlarda heç xeyməyə girmirdilər geri qayıdırdılar amma elələri olurduki düşmənin elçisi kimi gəlirdi imamın tərəfdarı olaraq çıxırdı.Çünki imama mərifəti var idi və bu mərifətələ öz mənəviyyatını təmizlədi və imanın ən yüksək dərəcəsinə yüksəldi şəhid oldu.İnsan bir anın içində istəsə insanlığın ən yüksək dərəcəsinə qalxa bilər.Amma gərək addım atsın.Allaha görə hər nəyi var keçsin.Allah demirki mən sizi robot kimi yaratmışam.Allah deyirki mən sizi bəşərin ən üstünü olaraq yaratdım və sizdən mənə ibadətdən məhəbbətdən  başqa heçnə istəmirəm.Bəziləri deyir mənim qəlbim Allahla birdi bu mənə yetər.Mən öz mənaviyyatımı təmizləyərəm,guya o dünyaya gedib gələn olub durub bizə deyirsiz cənnət cəhənnəm.Allah bilən məsləhətdi.Gör insan nece naqisdisə bir balaca uşaq gəlib desəki məsələn dayı orda avarya olub sənin qohumlarında ordadı.Kişi  bu deyilənə inanar baxmaz day yalandı və ya doğrudu,amma Peyğəmbərin imamların dediyinə inanmazlar deyərlər nə cənnat nə cəhənnəm ora gedib gələn olubki bu qədər bu barədə danışırlar.Amma əgər insan mənaviyyat yolunda öz malından,canından,ailəsindən keçərsə o zaman səadət əhli olar.Sizə bir misalda gətirim peyğəmbər səhabəsi Salman farsi idi (r.a).Əbuzər(r.a) peyğəmbərin ən yaxın səhabələrindən idi.Hətta İmam Cəfər Sadiq(ə) buyurdu iman 10 dərəcədi Miqdad(r.a) 8-ci dərəcədə,Əbuzər(r.a) 9-cu dərəcədə,Salman(r.a) 10 cu dərəcəyə yüksəlmişdi.Hz.Əli(ə) Əbuzərə buyurdu ya Əbuzər əgər Salman bildiyin sənə desə onun qatilinə rəhmət oxuyarsan elə bilərsən o küfür danışır.Bəli bu şəxslər peyğəmbərə iman gətirməklə mənəviyyat yolunun ən yuxarı rütbəsinə ucaldılar əgər bizdə istəsək heç olmasa imanımızı əldən verməyək gərək o zaman Allah bəyənən işlər görək şeytan bəyənən yox.Allah deyirki naməhrəmə baxma gərək baxmayasan.Demirki mənə görə bir addım at  mən on addım atacam səndə qorxma gördün naməhrəm keçir baxma Allaha and olsun sən bu əməlinin qarşılığın görəcəksən burda olmasada qiyamətdə əmin ol qarşılığı olacaq.Hədisdə gəlir Allah deyirki mən o möminlərki mənə dua edirdi mən onların duaların qəbul etmiridim onlar əmin olsunlar o qəbul olmayan dualarının yerinə qiyamətdə çox şey verəcəm hətta ele fikirləşəcəklərki kaş Allah mənim heç bir duamı qəbul etməyərdi daha çox cənnətdə nemət əldə edərdim.Allah bəndəsin sevir amma bəndəsindən bir hərəkət gözləyir,necəki qız oğlanı sevər amma oğlanın sevgisinin sübutu üçün bir hərəkət gözləyər Allahda belədi o bizləri sevir amma bizim onu sevməmizin sübutun istəyir.Əgər yenədə inanmırsan səndən bir şey gözlədiyinə onda kərbəlaya nəzər sal.Görəcəksənki Allah huseyndən(ə) qardaşının qollarının kəsilməyini istədi,qardaşı oğlunun gözləri qabağında şəhid olmağını istədi,18 yaşında cavan oğlunun doğranmasını istədi,qızlarının yandırılmasını istədi  və İmam Hüseyn ağada dedi ləbbeyk ey mənim rəbbim sən mənə deyirsən qızların əsir düşməlidi mən razı,sən mənə deyirsənki qardaşın gözlərinin qabağında qolları ksiləcək mən razı,sən mənə deyirsənki Əsğərim oxlanacaq qollarımın üstündə mən razı təki sən məndən razı ol.İndi İmam Hüseyn bele etdi hər şeyindn keçdi biz niyə heç olmasa Allaha görə bir əməl etməyək.Allah hər şeyi görən və biləndi və bizdə onun bəndələriyik.Necəki qul sahibinin yanında acizdi bizdə Allahın yanında acizik.Çünki Allah peyğəmbərə qədr surəsində 2-ci ayədə buyurur  

    (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

    Əgər Allah buyuruki  peyğəmbərə qədr gecəsinin nə olduğun gör biz nə gündəyik?!

    Allah bizi hidayətə çatmışlardan qərar versin inşəallah

     

    İlkin_HÜSEYNİ media-islam yazarı

    Просмотров: 1516 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 2
    21.07.2008
    2. Huseynli (al-shia) [Material]
    Sağol qardaşım İmam Riza aleyhisselamdan olan revayet çooox xoşuma geldi. Allah günahlarımızdan keçsin! sad (((
    AMİN!

    07.07.2008
    1. Nisa (Nisa) [Material]
    qardash cox gozel meqaledi. Allah razi olsun. Inshallah yenilerini gozleyirik:)

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər