Cüme, 26.04.2024, 04:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 23 » İSLAMONLİNE-nin MÜXBİRİ NÜFUZLU MÜKAFATA LAYİQ GÖRÜLÜB
    16:34
    İSLAMONLİNE-nin MÜXBİRİ NÜFUZLU MÜKAFATA LAYİQ GÖRÜLÜB
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Tanınmış İslamOnline informasiya agentliyinin Keniyada elmi sahə üzrə xüsusi müxbiri Oçienq Oqado, ingilisdilli Afrikada ekologiya problemləri haqqında hazırladığı reportajlarına görə xüsusi Reuters mükafatına layiq görülüb.

    Belə regional mükafatlar eyni zamanda Asiya, fransadilli Afrika, Avropa, Latın Amerikası, Şimali Amerika və Okeaniyada işləyən müxbirlərə də təqdim olunub. “Bu, neçə illərdir müxtəlif insanlarla əlaqə yaradan və jurnalistika sahəsində gərgin işləyən insanlar üçün çox gözəldir”, - deyə Oqado bildirib.

    İslamOnline-nin verdiyi xəbərə görə, Oqadonun hazırladığı məqalə “Valentin gününün gizli xərcləri” adlanır və Keniyadakı gül istehsalının ətraf mühitə necə ziyan vurduğundan bəhs edir. Onlar yerli Nayvaşa gölünü çirkləndirir və onun suyunun səviyyəsini o qədər aşağı salırlar ki, göl 10-15 ilə artıq yox ola bilər.

    Oqada artıq 3 ildən çoxdur ki, İslamOnline-nın Keniyada elmi məsələlər üzrə xüsusi müxbiri vəzifəsində çalışır. O, ətraf mühitə problem yaradan faktları bütün dünyaya açıqlayır.

    Afrikanın elmi informasiyalardan kənarda qalması onlara ölkələri üçün təhlükə törədən problemlərdən xəbər tutmalarına imkan vermir. Oqado bildirir ki, artıq ölkəsində elmi məqalələrə olan marağın artdığını hiss edir.


    Категория: Dünyada | Просмотров: 1292 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər