Fələstində və ondan kənarda yerləşən 58 düşərgədə 6 mln. qaçqın yaşayır - 14 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 14:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 14 » Fələstində və ondan kənarda yerləşən 58 düşərgədə 6 mln. qaçqın yaşayır
    21:51
    Fələstində və ondan kənarda yerləşən 58 düşərgədə 6 mln. qaçqın yaşayır
     
     
     
     
     
     
     
    “Fələstin qaçqınlarının problemi  - bu, Fələstin probleminin əsası, döyünən ürəyidir, baxmayaraq ki, Israil tərəfi onu 2tərəfli və hərtərəfli dialoq çərçivəsində danışıqlardan çıxarmağa cəhd göstərir.” Bu barədə 20 iyun Ümumdünya Qaçqınlar günü ərəfəsində Fələstin statistika şöbəsinin çap etdiyi məruzədə deyilir. 

    Sənəddə qeyd olunub: “1948-ci ildə Fələstin xalqının başına gələn humanitar fəlakət dəhşətli nəticələrə gətirib-çıxardı. BMT-nin 1950-ci ildə nəşr olunmuş hesabatına görə, sionist hökumətin kontrolu altına düşmüş ərazilərdən 957 min Fələstin ərəbləri qovulmuşdu. Fələstin qaçqınlarına kömək və işlərin təşkili məqsədilə yaradılmış  BMT-nin Yaxın Şərq Agentliyi (BAPOR)tərəfindən rəsmi tanınan qaçqın düşərgələrinin sayı 58-ə bərabər idi.” Ərazi baxımından onlar aşağıdakı şəkildə paylanmışdı: Qaçqın düşərgələrinin 12-si Livanda, 10-u Iordaniyada, 9-u Suriyada və 27-si Fələstin ərazilərində, o cümlöədən 19-u Iordan çayının qərb sahilində və 8-i Qəzza sektorunda idi.

     

    Məruzədə bildirilir ki, həmin dövrdə Fələstin qaçqınlarının sayı barədə məlumatlar müxtəlif rəsmi mənbələrdən, o cümlədən, amerikan, ingilis, fələstin, israil və BMT-nin mənbələrinə əsaslanırdı. Bununla yanaşı, BMT 2 müxtəlif rəqəm qeyd edirdi: 1-ci hesablamalara əsasən qaçqınların sayı 726 minə, 2-ci hesablamaya görə isə 957 minə bərabər idi. Bu fərq onunla izah olunurdu ki, 1-ci rəqəm 1949, 2-cisi isə 1950-ci il üçün qeyd olunmuşdu. Eyni zamanda, rəsmi sionist mənbələrinə əsasən, qaçqınlarının sayı 520 min idi ki, bu da BMT-nin , 2-ci hesablamasındakı rəqəmdən 437 min nəfər az idi. Iordan çayının qərb sahilində yaşayan qaçqınlar BAPORun qeydə aldığı qaçqınların ümumi sayının 16.3 %-ni təşkil edir. Onlardan yalnız 25.4%-i qaçqın düşərgələrində məskunlaşıb. Qəzza sektorunun qaçqınları BAPORun qeydə aldığı qaçqınların ümumi sayının 23%-ni təşkil edir ki, onların 45.9%-i həmin ərazidə yerləşən düşərgələrdə yaşayır. Məruzədə qeyd olunmuş məlumata görə, Iordaniyada Fələstin qaçqınlarının ümumi sayının 41.7%-i (onlardan 17.4%-i düşərgələrdə yaşayır), Suriyada qaçqınların ümumi sayının 9.9%-i (onlardan 6.7%-i qaçqın düşərgələrində) məskunlaşmışdır. Agentliyin verdiyi məlumata görə, qaçqınların qeydə alınmış sayı onların həqiqi sayının 75%-ni təşkil edir, yəni, qaçqınların real sayı 1-1.5 mln nəfər çoxdur. Beləliklə, qaçqınların ümumilikdə sayı 6 mln.-a çatır. Fələstin hesablamalara əsasən, Fələstin ərazilərində yaşayan qaçqınlar əhalinin ümumi sayının 44.6%-ni təşkil edir (o cümlədən, 19.4%- Iordan çayının qərb sahilində, 25.2% - Qəzza sektorunda). Qərb sahilində qaçqınlar ,  əhalinin ümumi sayının 30.9%-ni, Qəzza sektorunda isə 67.7%-ni təşkil edir. Bundan əlavə, Fələstin mənbələrinə görə,  qaçqın düşərgələrinin sakinlərinin 92.3%-i həqiqətən qaçqınlardır. Xadar əhalisinin 41.3%-ni, Rif əhalisinin 23.3%-ni qaçqınlar təşkil edir.

     

     Məruzədə bildirilir ki, qaçqınların 45.7%-i  - 15 yaşa çatmamış yeniyetmələrdir. Qeyri-qaşqınlar sırasında bu faiz 45.3% təşkil edir. Bu onu sübut edir ki, qaçqınlar hələ də gənc cəmiyyət olaraq qalır. Məruzənin müəllifləri qaçqınlar arasında gənclərin faiz artımını, onların cəmiyyətində qeyri-qaşqınların cəmiyyəti ilə müqayisədə yüksək təbii artım göstəriciləri ilə əlaqələndirirlər. Həmçinin, nəzərdən qaçmır ki, qaçqınların ümumi sayının 2.8%-ni təşkil edən yaşlı nəslin sayı azalmaqdadır(qeyri-qaşqınlarda bu göstərici daha yüksəkdir – 3.1%). Eyni zamanda, Iordaniyada 15 yaşa çatmamış yeniyetmələrin sayı Fələstin qaçqınlarının ümumi sayının 41.7%-nə bərabərdir(2000-ci ildə aparılmış Fələstin qaçqınlarının yaşayış şəraitinə dair  tədqiqatların nəticələrinə əsasən). Suriyada bu göstərici 33.1% (2003-cı ilə əsasən), Livanda 33.0% (2006-cı ildə aparılmış çoxplanlı tədqiqatların nəticəsinə əsasən) təşkil edir.

     

    Məruzədə qeyd olunub ki, qaçqınlarda ərəblər arasında və dünya üzrə ən yüksək təbii artım müşahidə olunur. Qaçqın ailələrində üzvlərin orta sayı 6.3 nəfərdir (işğal olunmuş ərazilərdə çoxdan yaşayan qeyri-qaçqın ailələr orta hesabla 6.2 nəfərdən ibarətdir). BAPOR Agentliyinin 2007-ci ildə çap etdirdiyi məlumatına görə, başqa ölkələrdə fələstin qaçqın ailələri orta hesabla 4.8 nəfərdən ibarətdir.

      Fələstin Məlumat Mərkəzi 
    www.ihq.az (Ihq-xəbər)
    Категория: Dünyada | Просмотров: 675 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər