ALİMLƏR TƏQDİRAT BARƏDƏ MARAQLI ARAŞDIRMA APARIBLAR - 25 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 25 » ALİMLƏR TƏQDİRAT BARƏDƏ MARAQLI ARAŞDIRMA APARIBLAR
    13:38
    ALİMLƏR TƏQDİRAT BARƏDƏ MARAQLI ARAŞDIRMA APARIBLAR
     
     
     
     
     
     
     
    Bir atom parçasının harada və hansı sürətdə hərəkət edəcəyini 43 saniyə əvvəldən təsbit edən bir model inkişaf etdirən Hollandiyalı fizikaçı Huft (Hooft) səmavi dinlərin müdafiə etdiyi təqdiratın mövcudluğunu elmi baxımdan isbat edən tədqiqatlar aparıb.

        Təqdiratın iradəylə əlaqəsi barədə suallar müasir insanın yaranmasından bu yana gündəmə gəlir. Təbii ki, din bu barədə kamil cavab verir, amma alimlər və davranış ekspertləri əsrlərdir "insanın davranışlarını qədərmi yoxsa azad iradəninmi təyin etdiyini" müzakirə edir. Əgər din təqdiratın İlahi iradə ilə insan iradəsi arasında «beyna-beyn» nəzəriyyəsi əsasında izahını verirsə, elm dünyası isə konkret olaraq isbat edilə bilmədiyi üçün qədərə şübhəylə yanaşırdı.

        Əleyhdarlarının nəzəriyyəsini iflasa uğratdı

        Məsələn 1926-cı ildə kvant fizikaçısı Uorner Heyzenberg (Werner Heisenberg) naməlumluq qanununu ortaya ataraq "Kainatdakı bir atomun yerini və hərəkətliliyini eyni anda bilmək qeyri-mümkündür" deyə iddia irəli sürdü. Bu ardıcıllıqla bu mənaya gəlib çıxırdı: "Əgər eyni anda bir atomun mövqeyi və hərəkətləri ölçülə bilmirsə bu atomun gələcəkdə harada olacağı və necə hərəkət edəcəyi bilinə bilməz".

        Yəni Heyzenbergə görə atomlardan ibarət olan kainatdakı obyektlərin hərəkətləri əvvəldən müəyyən deyilsə, o zaman qədər anlayışı da elmi məlumatlarla açıqlana bilməz. Ancaq Nobel mükafatlı Girərd Huftun (Gerard Hooft) ötən günlərdə nəticələndirdiyi 10 illik araşdırması qədər anlayışına qarşı çıxan elm adamlarının dayaq göstərdiyi nəzəriyyəni iflasa uğradıb.

        Elm dünyası silkələndi

        Nyu Sayəntist (New Scientist) jurnalına manşet olan araşdırma daxilində Huft "Bir parçanın harada və nə sürətlə hərəkət etdiyini" eyni anda təsbit etmə imkanı təmin edən bir model kəşf edib. Huft bir atomun 43 saniyə sonra necə hərəkət edəcəyini əvvəlcədən bilməyə nail olub.

        Araşdırma elm dünyasında böyük əks-sədaya səbəb olub. Nyu Sayəntist tərəfindən dünyanın ən yaxşı riyaziyyatçıları arasında göstərilən Con Konvey (John Conway) ilə Simon Koçin (Simon Kochen)  araşdırmanı tam yeni bir səhifə olaraq şərh edib. Prinsiton (Princeton) universitetində işləyən Konvey belə deyir: "Əgər Huft kimi bir insan atomun mövqeyi və hərəkətini eyni anda təsbit edə bilirsə, üstün bir zəkaya sahib olan bir varlıq kainatdakı bütün hissələrin qarşılıqlı təsirini təqib edə bilər. Bir başqa sözlə, azad iradəmizlə etdiyimiz seçkilərin naməlumluğundan sonra təyinedici bir nizam vardır".

        Prinsiton universitetinin fəlsəfə eksperti Hans Halvorson isə "Nə olursa-olsun, qədər və azad iradəni yalnız fizika ilə izah etməyə çalışmaq doğru olmaya bilər. Azad iradə mövzusunda fizikanın da cavab verə bilməyəcəyi suallar var" deyərək mövzunun zamana buraxılmasının lazım olduğuna işarə edib.




    Категория: Dünyada | Просмотров: 788 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər