QARABAĞI VƏ QÜDSÜ UNUTMA! - 29 Сентября 2008 - ....::İslam::....
Cüme axşamı, 08.12.2016, 06:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6767
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 29 » QARABAĞI VƏ QÜDSÜ UNUTMA!
    21:48
    QARABAĞI VƏ QÜDSÜ UNUTMA!
     
     
     
     
     
    "Beynəlxalq Qüds Günü" münasibətilə cümə günü, sentyabr ayının 26 İçrəişəhər «Cümə» məscidinin dini icması və DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) elmi-praktik konfrans keçirmişdir.
    "Qarabağı və Qüdsü unutma!" şüarı altında keçirilən konfrans Qurani-Kərimdən "Qədr" surəsinin tilavəti və dövlət himninin cəmən ifası ilə işinə başladı. Konfransı giriş sözü ilə açan İçrişəhər «Cümə» məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu "Beynəlxalq Qüds Günü"nün ən mühüm  nöqtələrinə, əlamətldar cəhətlərinə toxunaraq, bu tarixin ən əsas qayəsinin Allahın dostları ilə - onların gözəlliklərinə görə məhəbbət, Allahın düşmənlərinə - onların eybəcərliklərinə görə nifrət kimi özüllərə dayandığını vurğuladı. «Qüds günü - həqiqətdə İslam günüdür» deyə İslam dühalarının Qüds gününün fəlsəfəsi ilə açıqlamasına toxunan Hacı İlqar, burada istər dinin kökləri - üsulid-din baxımından tövhid, nübuvvət, imamət, ədl, məad kimi bütün cəhətlərin ehtiva olunduğunu, bu günün islam əqaidinə əsaslandığını, istərsə də dinin budaqları olan füruid-dinə aid namaz, oruc, zəkat kimi vacib, habelə infaq, şəfqət, fədakarlıq, rəhmət və bir çox digər əxlaqi-mənəvi keyfiyyətləri özündə əks etdirdiyini tədbirə cəmləşənlərin diqqətinə çatdırdı.
    DEVAMM sədri Qüds gününün qəsb olan bütün müqəddəs torpaqlarla həmrəylik simvolu olmasına diqqət çəkdi: «Qarabağ, Kəşmir, İraq, Əfqanıstan, Fələstin - bütün hər yerdə ki, müsəlmanların haqqı tapdanır, o məkanlarla, o insanlarla həmrəyliyin rəmzidir Qüds günü».
    Sonra məruzələr və çıxışlar üçün söz İmam Sadiq (ə) adına İslam Maarifi  Akademiyasının "Dəyərlər" Dini Jurnalistika Məktəbinin dinləyicilərinə verildi. Tədbirdə aşağıdakı mövzular üzrə ümumilikdə 16 nəfər məruzəçi çıxış etdi:

    Zemfira Nəsrullayeva - "Biz Fələstini onlara verməyəcəyik!"

    Aynur Məmmədova - "Qüdsə dəstək günü"
    Xəqani Səfərov - "Günəş ümid gətirir"
    Mətləb Həmzəli - "Oyan, ey müsəlman!"
    Aygün Kərim - "Qəmlər şəhərinin qəmli hekayəsi"
    Günel Hüseynli - "Öz gücünə inan!"
    Mətanət Nərimanlı - "Vsemirnıy Den - Al-Kuds" (rus dilində)
    Şahin Qurbanov - "Qüds və Qarabağ"                          
    Elmin Ağayev - "Bu günündən qaçan insanlar"
    Pərvin Nəsirova - "Unutqanlıq cəzası"
    Azər Nəsirov - "Qüds tövhid inancının əməli göstəricisidir"
    Bikəxanım Əzimova - "Ey ismi dəva, zikri şəfa ..."
    Günay Həsənova - "Fələstin dərdləri ürəklər ağladar..."
    Tural Ağamirzəzadə - "Kor və laqeyd gözlərin qurbanı Fələstin"
    Aqşin Əsgərov - "Sionist cinayətlərinin hədəfi - fələstinli uşaqlar"
    Mehdi Fərəc - "Fələstindən məktub".

    Jurnalistika məktəbinin dinləyicilərinin bir neçəsinin çıxışından sonra söz konfransın qonağı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya verildi.
    Çıxışına konfrans iştirakçılarını "mübarizə, yaddaş günü" münasibətilə təbrikl etməklə  başlayan QAT sədir A.Nağı vurğuladı ki, «Cümə» məscidi dinin icmasının bu tədbiri həm təqdimat, həm forma, həm məzmuna görə orijinaldır və keçirilməsi çox əhəmiyyətlidir. A.Nağı çıxışların yüksək səviyyəsinə də diqqət çəkdi: "Buradakı çıxışlar Azərbaycanda yaradıcılıq baxımından, ədəbiyyatşünaslıq, dini jurnalistika  baxımından yeni bir xəttdir, yeni bir cərəyandır. Bu gün burda bu gənc dostlarımızın yazdıqları yeni bir çalardır, bunu da Azərbaycan cəmiyyətinə ilk təqdim edən sizsiniz. Mən hesab edirəm ki, çox uğurlu addımdır.
    A.Nağı qeyd etdi ki, Qüds günü tarixdən gəlir. Bu gün dünyada olan sionistlər "Qüds" deyib İslam dünyasına qarşı, müsəlmanlara qarşı ideoloji baza kimi ondan istifadə edirlər. Bu heç də təsadüfi deyil.
    Bü gün döyüşkən, mübariz bir xalqın öz haqqı uğrunda mubarizə aparmasının gözəl bir nümunəsidir. Qarabağ üçün, azərbaycanlılar üçün nümunədir ki, israil kimi arxasında bütün dünya dayanan və güclü birinə qarşı heç nədən çəkinmədən mübarizəyə səngimir. Əgər bu mübarizə olmasaydı bu gün nə Fələstin, nə fələstinlilər, nə də Qüds vardı. «Bu gün artıq bu mübarizə oraya qədər yüksəlib ki, indi bütün dünya onlarla hesablaşır. Niyə? Çünki mübarizə aprmağın yolunu tapdılar».
    Akif Nağı çıxışını: «Mənim üçün Qüds günü haqq üçün  mübarizə, milli qürür  günüdür" sözləri ilə bitirdi.
    Tədbirdə "Əhli-beyt aşiqləri" dini-yaradıcılıq qrupu yeni «Fələstin və Qarabağ» ifası ilə bu müqəddəs günə öz töhfəsini verdi.
    Tədbirin yekununda Hacı İlqar islami kimliyi olan hər bir insan üçün Qüds gününün keçirilməsinin əhəmiyyətinə bir daha toxunaraq: «Hərə nəyi ilə bacarırsa: duasıyla, elmi ilə, qələmi ilə, sözü ilə, etirazı ilə bu günü yaşatmalıdır, ümmətin mübarizlik ruhunun ölməsinə imkan verməməlidir».

    Xəbər xidməti

    Qeyd: Sözügedən məqalə və məruzələr "Dəyərlər" qəzetinin 124-cü (332) sayında dərc olunmuşdur.
    Категория: Dünyada | Просмотров: 749 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər