RAMAZAN AYININ FƏZİLƏTLƏRİ - Dini meqaleler - Meqaleler kataloqu - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    RAMAZAN AYININ FƏZİLƏTLƏRİ
    Allahın adı ilə!

        Fəzilətli üç ayların sonuncusu olan mübarək Ramazan ayının astanasındayıq. On bir ayın sultanı sayılan bu şərafətli ay öz rəhmət və bərəkətiylə bizə doğru üz tutub. Ramazan ayı haqqında müqəddəs Qurani-Kərimin «Bəqərə» surəsində bizə bəyan edilir: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz təqvalı olasınız!».

        Allah Təala Hədisi-Qüdsdə buyurur: «Oruc mənə aiddir, mükafatını da özüm verəcəyəm».

        İslam peyğəmbəri Həzrət Mühəmməd (s) buyurur: «Allah yanında ən gözəl ay olan mübarək Ramazan ayının günləri və gecələri o qədər üstündür ki, hətta oruc tutan adamın nəfəs çəkməyi, yatmağı belə zikr, ibadət sayılır. Bu ayda olunan dualar və ibadətlər məqbul, hacətlər müstəcəb olur.

        Günahların bağışlanması üçün ən münasib aydır. Bədbəxt o adamdır ki, bu aydan özünü məhrum etsin.

        Siz bu ayın aclığı, susuzluğu ilə Qiyaməti yada salın, fəqirlərə sədəqə verin, qocalara ehtiram, uşaqlara mərhəmət, yetimlərə isə nəvaziş göstərin. Gözünüzü, qulağınızı, dilinizi haramlardan qoruyun. Günahlardan tövbə edin və Allaha tərəf qayıdın. Namaz vaxtı əllərinizi duaya qaldırın. Allah bəndələrini öz ziyafətinə dəvət edir. Belə isə ondan istəyin ki, sizi oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.

        Allah onu çağırana cavab verir və rəhmət nəzəri ilə öz bəndələrinə baxır, nemətlərini ikram edir. Ey insanlar! Oruc tutanlara iftar verməklə cəhənnəm atəşini söndürün, hətta yarım xurma ilə olsa belə!».

        Həzrət Əli (ə) buyurur: «Ey bu ayda oruc tutanlar, görün kim üçün oruc tutursuz?».

        Yəni insan bu əməlin mahiyyətinə varsa, dərk edər ki, bu ayda dəqiqə və saniyəsi belə qiymətlidir. Bəndə öz Xaliqinin əmrini yerinə yetirir, nəfsini cilovlayır. Ruhunu paklayır, ən əsası isə kasıbların halını dərk edir, acıyır. Tibbi cəhətdən də insanın cismi: mədəsi, qara ciyəri və digər üzvləri sanki dincəlir, zərərsizləşir.

        İnsan oruc vaxtı özünü Xaliqinə tam təslim etsə, iki dünyanın səadətinə nail olar. Necə ki, xəstənin sağalması üçün, həkimin yazdığı resept – acı dərmanlar onun xeyrinə olur. Əgər xəstə istədiyini yeyib içsə, dərmandan imtina etsə, nəticəsi pis olar. Biz bu xəstə timsalındayıq. Əgər Allahın əmrlərini qoyub, öz nəfsimiz istəyəni etsək, mütləq zərərini görəcəyik. İmtahanda o tələbə yaxşı qiymət alar ki, il boyu çalışıb, oxuyub, özünə zəhmət verib. İlahi əmrlər: namaz, oruc, hicab və s. bizim xeyrimizədir.

        Allahın Rəsulu (s) və məsum İmamlar (ə) isti Ərəbistan kimi ölkədə qızmar yay günlərində çox vaxt oruc tutardılar. İftar zamanı isə çox sadə: süd, xurma və quru arpa çörəyi ilə keçinərdilər.

        Belə bir hədis nəql olunur ki, Həzrət İsa (ə) və anası Həzrət Məryəmi (ə) Allah Təala çox sevərdi. Quranda İsanın (ə) adı 25 dəfə gəlir. Onlar – ana-bala dağda məskunlaşmışdılar və müntəzəm oruc tutardılar. Bir gün İsa (ə) deyir: «Ana, gedim yeməyə bir şey tapım gətirim, iftar edək» və gedir. Qayıdanda görür ki, anası dünyadan köçüb. İsa (ə) çox pərişan olur ki, anası dünyadan ac getdi. O, anasını qüsul-kəfən edərək, çoxlu ağlayır və onu yuxu aparır. Röyada görür ki, anası çox şad-xürrəmdir. Oğluna deyir ki, oğlum sən məndən ötrü nigaran qalma. Burada mən Allahın elə gözəl nemətlərindən faydalanıram ki, o, dünya ilə müqayisədə çox üstündür. Sən Allahla çox ünsiyyətdə ol, darıxma. İsa (ə) deyir: «Anacan bir arzun varmı?» Məryəm (ə) deyir ki, kaş bir gün də olsa dünyaya gəlib, oruc tutaydım və qayıdaydım.

        Bu hədis orucun nə qədər əhəmiyyətli olduğunu bəyan edir. Təqvanin əlamətlərindən biri də az yeyib, az yatmaqdır. Oruc insanın əxlaqını da paklayır. Həzrət Əli (ə) buyurub: «Nə çoxdur oruc tutanlar ki, aclıq və susuzluqdan başqa onlara heç nə qalmaz».

        Mömin bacı və qardaşlar, çalışaq ki, bu gözəl aydan səmərəli istifadə edək. Allah hamımıza bu aydan bağışlanmış halda çıxmağı nəsib etsin, inşallah. Amin.
     
      Əzəmət İbrahimova
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi



    Категория: Dini meqaleler | Добавил: media-islam (05.09.2008)
    Просмотров: 1258 | Рейтинг: 3.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər