Cüme axşamı, 25.04.2024, 13:39
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Sentyabr » 7 » BEYNƏLXALQ ƏDALƏTSİZLİK
    23:35
    BEYNƏLXALQ ƏDALƏTSİZLİK
     
     
     
     
     
    Qüds yalnız müsəlman Fələstin xalqına deyil, bütün dünya müsəlmanlarına məxsusdur
       
        Fələstin məsələsi dünyanın ağır problemlərindən biridir. Xalqın torpaqları, dövləti, dövlətçiliyi yarım əsrdən artıqdır ki, sionist İsrail rejimi tərəfindən zəbt edilib. Amma geniş anlamda yanaşanda bu diyar təkcə fələstinlilərin deyil, bütün dünya müsəlmanlarınındır. Bu baxımdan bütün dynya müsəlmanlarının hüquqlarının pozulmasından söhbət getməlidir. Çünki müsəlmanların birinci qibləgahı Qüdsdə yerləşir. Məscidül-Əqsa Peyğəmbərin (s) ilk qibləgahı olub.
        İslam dünyası üçün Qüds o qədər müqəddəs bir yerdir ki, ordan Fələstin xalqının kənarlaşdırılması, onlara lazımi şəraitin yaradılmaması insan hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. Neçə illərdir ki, Fələstin xalqı uşaqdan-böyüyə qədər azadlıq mücadiləsinə səfərbər olub. Bunun müqabilində də İsrail sionist işğalçı rejimi bütün vasitələrlə Fələstin xalqına divan tutur. Hətta dövlət səviyyəsində onlara qarşı terror aparır. Bunu bəzi dövlətlər də rəsmi şəkildə bəyan edirlər. Yəni bütün bunların hamısını nəzərə alsaq, Fələstinin özündə bir milli oyanış, milli özünüdərketmə prosesi gedir. Amma bu haqq mübarizəsi bəşəriyyətin, beynəlxalq təşkilatların gözləri qarşısında qan içində boğulur. Əslində bu susqunluq səbəbsiz deyil.
        Qeyd edək ki, əvvəllər Fələstin Osmanlı imperiyasının tərkibində olduğuna görə Yaxın Şərqə nəzarət etmək mümkün deyildi. Bunun üçün imperiya zəiflədilməli və dağıdılmalı idi. İmperialist dövlətlərlə sionistlərin istəkləri də elə bu məsələdə üst-üstə düşdü. Və sionistlər Fələstin torpaqlarını satın almaq üçün xüsusi fondlar yaratmağa başladılar. XX əsrin əvvəllərində büdcəsi 39 milyon funt sterlinq olan İngilis-Fələstin Cəmiyyəti yaradıldı, 1901-ci ildə isə Yəhudi Milli Fondu olan “Keren Kaymet” qeydiyyata alındı. Və İngiltərə hakimiyyəti fələstinlilərin öz ərazilərindən qovulmasında sionistlərə yardımçı oldu. Qüdsdə müsəlmanlarla yəhudilər arasında ilk toqquşma isə 1920-21-ci illərdə baş verdi. 1929-cu ildə fələstinli müsəlmanların etiraz çıxışları artıq daha mütəşəkkil xarakter alaraq Qüds, Sayd, Hevron kimi şəhərləri əhatə etdi.
        İkinci Dünya müharibəsi başladıqdan sonra isə sionistlər yəhudi briqadaları yaratmaq arzusuna düşdülər. Bu plan nəhayət 1944-cü ildə baş tutdu. Müharibədən sonra Fələstində tez-tez təşkil edilən terror aktları nəticəsində vəziyyət daha da girginləşdi. Hadisələrə nəzarət edə bilməyən, yaxud etmək istəməyən İngiltərə, 1947-ci ilin aprelində BMT-yə müraciət etdi. Elə həmin vaxt Qüds yaxınlığında sionistlərin keçirdikləri əməliyyat nəticəsində 254 fələstinli amansızcasına qətlə yetirildi. 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının 181 nömrəli qətnaməsinə əsasən Fələstin torpaqlarının parçalanması rəsmiləşdi. Müqəddəs Qüds şəhəri isə ayrıca inzibati ərazi kimi beynəlxalq nəzarətə verildi. Bu müsəlmanlara qarşı tarixdə bəlkə də ən böyük ədalətsizlik idi. 1948-ci ilin mayında isə İsrail dövləti elan edildi. 1948-49-cu il müharibəsi nəticəsində İsrail daha 6.6 min kv.km Fələstin torpağını, o cümlədən beynəlxalq nəzarətdə olan müqəddəs Qüdsün qərb hissəsini ələ keçirdi.
        Bəli, o vaxtdan indiyə qədər müqəddəs Qüds şəhəri sionistlərin əlindədir. Müsəlmanların ilk qibləgahı olan Qüds, eyni zamanda Allah-Təalanın elçisi Mühəmməd Peyğəmbərin (s) Meraca getdiyi məkandır. Xatırladaq ki, Merac Peyğəmbərlə (s) Allahın görüşməsidir. Bu, 124 min Peyğəmbərdən yalnız sonuncusu olan Həzrət Mühəmmədə (s) nəsib olub. Lakin Uca Yaradan yeri dəyişərək qiblə üçün Məkkəni qərar verib. Səbəbsə o idi ki, İsrail övladları özlərini daim yaranmışların ən üstünü hesab ediblər. Və həmişə müsəlmanlara tənə ilə yanaşaraq “müsəlmanlar bizim şəhərimiz olan Qüdsə ibadət edirlər” deyiblər.
        Hazırda torpaqları işğala məruz qalan, sərvətləri talanan, yaşayış məntəqələri, müqəddəs məkanları yerlə yeksan olunan, əhalisi qanına qəltan edilən müsəlman ölkələrinə qarşı mason-sionist qüvvələri bu gün də özlərinin təcavüzkar, hegemonçuluq siyasətlərini davam etdirirlər. Onların istəyi bütün müsəlman torpaqlarını işğal etmək, sərvətini talamaq, mənəviyyatını pozmaqdır. Allah-Təala “Bəqərə” surəsinin 40-cı ayəsində buyurur ki, “Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətləri xatırlayın. Buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə əhdə vəfa edim. Yalnız Məndən qorxun”. Amma Allahın onlara bəxş etdiyi nemətlərə baxmayaraq, onlar daim əhdi pozublar. Qüds bu gün də İsrail oğullarının əsarətindədir. Qüds yalnız müsəlman Fələstin xalqına deyil, bütün dünya müsəlmanlarına məxsusdur. Bu səbəbdən onun işğalına hamımız etiraz etməliyik.
        Əfsuslar olsun ki, Məscidül-Əqsanın işğalına bütün dünya ictimaiyyəti seyrçi mövqe tutur. Qüdsün işğalının davam etməsi əslində sionist rejimin siyasi və hərbi baxımdan dəstəklənməsinin nəticəsidir. Və bugünkü dünyanın mənzərəsi elədir ki, ən çox haqqı, hüququ tapdalanan müsəlmanlardır. Ümumiyyətlə, birmənalı şəkildə demək olar ki, bu gün dünyada nə qədər işğala, təcavüzə məruz qalmış ölkələr varsa, həmin cinayətkar rejimin apardığı siyasətin davamı kimi dəyərləndirilməlidir.
        Amma çox təəssüflər olsun ki, başımıza bu qədər müsibətlər gəldiyinə baxmayaraq, hələ də onlardan nəticə çıxara bilməmişik. Bəlalarımızın səbəbi də elə budur.
        İndi bir həqiqəti qəbul etmək lazımdır ki, Qüdsdən başlanan faciə millətimiz üçün Qarabağın işğalı ilə tamamlanmışdır. Yəni Qarabağın işğalı Qüdsün işğalının davamıdır, Qüdsün azadlığı Qarabağın azadlığıdır. Qüdsün müdafiəsi bu səbəbdən də çox vacibdir. Bəli, nicat yolumuz məhz İslam dövlətlərinin birliyindən, həmrəyliyindən keçir.
       Emin
    Просмотров: 1013 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Təqvim
    «  Sentyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər