Cüme axşamı, 25.04.2024, 01:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Sentyabr » 11 » Ramazan ayına girərkən İslam dünyası
    16:46
    Ramazan ayına girərkən İslam dünyası
     
     
     
     
     
     
    İslam coğrafiyasında ümmət şüurunun davamlı daha da gücləndiyinə şahid oluruq. Bunda cəmiyyətlər və təşkilatlar arası əlaqələrin getdikcə artmasının əhəmiyyətli bir payı var. Ümmət şüurunun güclənməsi, maraq və qayğı mövzusunda müsəlman cəmiyyətlər arasındakı sərhədlərin qalxmasına səbəb olur.

    Biz yazılarımızda buna xüsusilə vurğu edir və müsəlman xalqların iradəsi xaricində çəkilən coğrafi sərhədləri başlardan qaldırmamız lazım olduğunu davamlı dilə gətiririk. İnkişaflar Allahın icazəsiylə bu mövzuda xeyli məsafə qət edildiyini göstərir. Xüsusilə xeyriyyə təşkilatlarının əlaqə sahələrini davamlı genişlətmələri və dünyanın çox uzaq diyarlarındakı ehtiyac sahiblərinə belə çata bilmək üçün səy sərf etmələri buna dəlalət etməkdədir. Bu Ramazanda reallaşdırılacaq xeyr işlərinin bəzilərindən ardınca yazılarımızda danışacağıq inşallah. Bu günki yazımızda İslam dünyasının Ramazanı qarşılayarkən içində olduğu vəziyyətdən qısa qeydlərlə danışmaq istəyirik.

    İslam diyarlarının bəzilərinin hərəkəti işğal altında olması və üstəlik bu işğalın içindəki bəzi satqınlardan istifadə edilməsi surətiylə davam etdirilməsi, çağımızda müsəlmanlar üçün başı aşağılıqdır.

    İşğalçıların sərgilədiyi vəhşilik, artıq satqınları belə bezdirəcək dərəcəyə çatdı. Amma onlar çıxışı yenə işğalçıların və təcavüzkarların ayaqlarına yapışıb onlardan insaf və mərhəmət diləməkdə axtarırlar.

    Amerikan işğal güclərinin və NATO əsgərlərinin Əfqanıstanda müdafiəsiz insanları qoyun doğrayar kimi kütlələr halında qətlə yetirməsindən sonra işğalçılar ilə iş birliyi edənlərin rəhbərliyinin lideri Qarzai, bunun səhv olduğunu və xalqın xarici güclərdən nifrət etməsinə gətirib çıxardığını önə çəkdi. İşin gerçəyində Əfqanıstanda xalq indiyə qədər də işğalçı güclərdən xoşu gəlmir və nifrət edir.

    Bu güclər indiyə qədər özlərini sevdirəcək bir şey də etmədilər və zatən etmələri mümkün deyildi. Amma qərarlı müqavimət və müstəqillik mübarizəsi qarşısında acizliyə düşmələri səbəbilə təsadüfi insanları qətl etmələri və yeni böyük qırğınlar reallaşdırmaları nifrət duyğularının daha da şiddətlənməsinə səbəb olmaqdadır.
    Əfqanıstandakına bənzər vəziyyət İraq və Fələstin üçün də söz mövzusudur. İşğalçı gücləri o torpaqların əsl sahiblərini müxtəlif yollarla yox etməyə çalışır ya da yurdlarını tərk etməyə məcbur edir.

    İşğalçıların bu cəsarəti özlərində görə bilmələrinin ən əhəmiyyətli səbəbi, İslam ümmətində hələ kafi bir bütünlüyün və güc birliyinin meydana gəlməmiş olmasıdır.

    Müsəlman cəmiyyətlər arasındakı həmrəyliyin qeyri-kafiliyindən cəsarət alan Filippin hökuməti, Morodakı Müsəlmanlara qarşı təzyiq və şiddət tətbiqlərini yenidən artırdı. Keçdiyimiz günlərdə, Moro İslami Qurtuluş Cəphəsilə daha əvvəl imzalanmış muxtariyyət razılaşmasını ləğv etdiyini açıqlayan Filippin hökuməti, bölgədəki müsəlmanlara qarşı müxtəlif hücumlar reallaşdırdı. Hücumlar, bölgədə qarşıdurmalara və qətllərə səbəb oldu. Filippin hökumətinin belə bir cürət göstərməsində dünyada son günlərdə yaşanan bəzi hadisələrin də rolu ola bilər.

    Hələlik yalnız xülasələ üzərində dayana bildiyimiz bu hadisələr haqqında oxuyucularımızı detallı bir şəkildə məlumatlandırmağa və Moro gerçəyinin yenidən gündəmə daşınmasına ehtiyac olduğunu düşünürük. Somalidə yaşanan hadisələr, Cibutidə qəbul edilən atəşkəs razılaşmasının bu ölkədəki vəziyyət üzərində çox çox təsirli olmadığını və atəşkəsi təmin edə bilmədiyini göstərir.

    Zatən müqavimət qruplarının bir çoxu razılaşmağı tanımadıqlarını və bağlı qalmayacaqlarını, işğal güclərini müqavimət yoluyla bölgədən qovmaq istiqamətindəki seçimlərindən imtina etməyəcəklərini bildirmişdilər.

    Son günlərdə yaşanan inkişaflar, işğal güclərinin qan itirməyə davam etdiyini göstərir.

    Amma oradakı işğalçıların da küncə sıxışdıqlarını anladıqları zaman Əfqanıstan və İraqdakı işğalçıların etdiyi kimi müdafiəsiz insanları hədəf alan kütləvi qırğınlar reallaşdırmaları ehtimalının olduğunu da göz qarşısında saxlamaq lazımdır.

    Sudanın Darfur bölgəsindəki fitnə ünsürlərinin son günlərdə yenidən ortalığı qarışdırma səyləri içinə girdikləri aydın olur. İmperialist güclərin Sudan prezidenti Ömər əl-Bəşir əleyhinə çıxartdıqları həbs qərarını həyata keçirmək üçün təzyiq meydana gətirmək məqsədiylə bu cür oyunlardan faydalanmaları mümkündür.
    Əhməd Varol (Türkiyə)
    Просмотров: 967 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Sentyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər