Bazar, 22.12.2024, 08:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Yanvar » 9 » AYƏTULLAH XAMENEİ: ABŞ HİZBULLAHA MƏĞLUB OLDU
    12:31
    AYƏTULLAH XAMENEİ: ABŞ HİZBULLAHA MƏĞLUB OLDU
    null
    İran İslam inqilabı rəhbəri Ayətullah Seyyid Əli Xamenei, super güc qəbul edilən və hər şeyi zorbalıqla həll etməyə çalışan Amerikanın imanlı Hizbullah mərdləri qarşısında ağır məğlubiyyətə uğradığını söylədi.
    Ayətullah Xamenei gəzinti və araşdırmalar aparmaq məqsədiylə getdiyi İranın orta bölgələrindəki Yəzd şəhərində Universitet səlahiyyətliləri, müəllimlər və şagirdlərdən ibarət olan bir qrupla görüşdü.
    İslam inqilabı rəhbəri bu görüşdə, Amerika ilə
    əlaqələr mövzusunda Amerikan hökumətinin şərtlərinin siyasətlərinin davamı olduğunu və bundan ötəri də İran İslam respublikasına zərər verəcəyini söylədi. Qurulacaq əlaqələrin Amerikanın hədə və təhlükələrini azaltmayacağını ifadə edən İslam İnqilabı rəhbəri, Amerikanın, İraqa hücum təşkil etdiyi və bu ölkə ilə siyasi əlaqəsinin mənfi olduğunu ifadə edərək, Amerikan casusları və kəşfiyyat işçilərinin daha çox nüfuzunu təmin edəcək imkanları meydana gətirəcəyini və bunun da, İran xalqının mənfəətlərinə olmayacağını söylədi.
    İran İslam İnqilabı rəhbəri Ayətullah Xamenei, ABŞ ilə əlaqə yaratmağın günün birində mümkün ola biləcəyini söylədi.
    Ayətullah Xamenei, ABŞ ilə əlaqələri düzəltmək üçün hələ zamanın gəlmədiyini ifadə edərək, günün birində bunun ola biləcəyini çəkdi. İslam İnqilabı rəhbəri, "Amerika ilə əlaqə yaratmaq əsas siyasətlərimizdən biri deyil, ancaq bu əlaqənin sonsuza qədər kəsiləcəyini əsla söyləyə bilmərik" ifadə etdi.
    Ayətullah Xamenei, söhətlərində "Bəziləri, bizi, Amerikan düşmənliyini təhrik etməklə günahlandırır, halbuki bu xalqın və bu ölkənin düşmənləri, respublika başçısı və ya bəzi kəslərin radikal ifadələriylə dəyişməz, çünki bu ölkə və xalqın inandığı dəyərlərlə əlaqəlidir" dedi.
    Amerikanın Orta şərq siyasətləri xüsusilə İraq, Əfqanıstan və Livan kimi ölkələrdəki siyasətlərinin müvəffəqiyyətsiz olduğunu və məğlub olduğunu ifadə edən İslam inqilabı rəhbəri "Amerika böyük iddialar və imkanlara baxmayaraq, məğlub etmək və yox etmək istədiyi Hizbullah qarşısında məğlub olmuşdur. Bu məğlubiyyət və Orta şərq siyasətlərinin müvəffəqiyyətsizliyinin əsl səbəbini İran xalqı ilə bağlı olduğunu bildiklərini" deyə danışdı.
    İranın nüvə fəaliyyətlərinə də toxunan İslam inqilabı rəhbəri İranın nüvə fəaliyyətlərində əldə etdiyi müvəffəqiyyət, İran xalqının özünə olan öz etibarını daha da gücləndirmişdir" dedi.

    Mehr nyus
    İstinad islaminsesi internet qəzeti





    Категория: Dünyada | Просмотров: 1600 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Yanvar 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər