Главная » 2008 » Yanvar » 30 » LIVANDA ETİRAZ AKSİYASINA ÇIXANLARA QARŞI SİLAH İSTİFADE EDİLDİ(8 Nefer öldürülüb)
17:31 LIVANDA ETİRAZ AKSİYASINA ÇIXANLARA QARŞI SİLAH İSTİFADE EDİLDİ(8 Nefer öldürülüb) |
Livanın paytaxtı Beyrutda elektrik kəsilmələrini etiraz edən xalqın üzərinə atəş açılması nəticəsində çoxu Hizbullah mənsubu 8 nəfərqətlə yetirildi. Livanın paytaxtı Beyrutda elektrik kəsilmələrini etiraz edən xalqın üzərinə snayperdən açılan atəş açılması nəticəsində çoxu Hizbullah mənsubu 8 nəfərqətlə yetirildi. Bu terrordan sonra təxribatçılar avtomobilləri yandıraraq, şəhərdə qarşıdurma yaradıblar. Qarşıdurmalarda 30 nəfər də yaralandığı önə çəkilir. Hizbullah və Əməl tərəfdarlarından ibarət olan bu qətlə yetirilənlər əksəriyyəti başından vurulub. İsrail və ABŞ Xüsusi Xidmət orqanlarının ölkədə qarşıdurma yaratması istəkləri bunu deməyə imkan verir ki, bu terrorun da arxasında bu dövlətlərin durması ehtimalı böyükdür. Bu arada Əl-Cəzirə televiziyasına müsahibə verən Hizbullah Hizbullah partiyasından olan deputat Həsən Fəzlullah, yaşanan hadisələrin siyasi olub olmadığıyla əlaqədar bir suala, bazar günü qanlı hadisələrə çevrilən etiraz aksiyalarının yeni bir şey olmadığını ifadə edərək hadisələrin siyasi bir tərəfinin olmadığını açıqladı. Livanda iqtisadi böhran və işıq problemi ilə əlaqədar aksiyalara çıxan xalq kütlələrinin siyasi bir pərdə arxası olmadığını bildirən Hizbullah rəsmisi silahdan istifad əetməyin təhlükəli bir sonuç vermə ehtimalının böyüklüyünə işarə etdi. Hizbullah və Əməl partiyasının üzvləri bu aksiyalarda xalqı razı salmaq və dağıtmaq məqsədi ilə ora gəldiklərini bildirən Hizbullah partiyasından olan deputat Həsən Fəzlullah: "Nə üçün xalqa atəş açıldığı və insanların öldürüldüyü mövzusunda ordu cavab verməlidir. Bu iş əgər bir başqa qrup tərəfindən edildisə, bunu edən qrup məlum olmalıdır" dedi. Hizbullah partiyasından olan deputat Həsən Fəzlullah, Hizbullahın cənubi Livanda İsraillə döyüşdüyünü və Beyrutda ya da başqa bir yerdə heç bir silahlı qrupunun olmadığını da söyləyən Hizbullah rəsmisi "Mitinqlərin keçirildiyi yerdə kimlərin silahlı dəstəsinin olmasını Fuad Sinyora çox yaxşı bilir" deyərək üstü bağlı bir şəkildə Samir Cacanın Livan Qüvvətlərinə bağlı döyüşçülərin qarşıdurmalardakı roluna işarə etdi. Dünən İsrail yönlü baş nazir Fuad Senyora isə bu qarşıdurmada dünyasını dəyişənlərin olması səbəbindən 3 günlük yas elan etdi.
|
Категория: Dünyada |
Просмотров: 1382 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|