Главная » 2008 » Fevral » 18 » Peyğemberin karikaturalarının yeniden derci Danimarkada qarışıqlıq yaradıb
14:10 Peyğemberin karikaturalarının yeniden derci Danimarkada qarışıqlıq yaradıb |
Kopenhagendə yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar
Məhəmməd peyğəmbərin (ə.s.) karukaturaları Danimarka qəzetlərində yenidən nəşr olunduqdan sonra ölkənin bir neçə şəhərində qarışıqlıq yaşanıb. Kopenhagendə immiqrant məhəllələrində yaşayan müsəlmanlar maşın və zibil qutularını yandırıb, polis əməkdaşlarını daşa basıblar. Nəticədə 50-dən çox insan həbs olunub. Xatırladaq ki, ilk qarışıqlıq 2005-ci ildə Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının uşaq qəzetlərində nəşr olunmasından sonra başlamışdı. Qəzetin redaktoruna qarşı sui-qəsd cəhdi də törədilsə də, bunun qarşısı alınmışdı. Bu hadisə müsəlman ölkələrində narazılığa səbəb olmuşdu.
Bundan başqa karikartura qalmaqalı İranla Danimarka arasında da gərginlik yaradıb. Danimarka hökuməti karikaturaların yenidən nəşr olunmasına görə, İran dövlətindən üzr istəməkdən imtina edib və parlamentin üzvlərinin İslam dövlətinə səfərini ləğv edib. İran parlamenti danimarkalı həmkarlarına məktub ünvanlayaraq danimarkalıların üzrlərinin qəbul olunmayacağı qeyd olunub. Qeyd edək ki, Danimarkanın xarici işlər naziri Villi Sovndal İslam dövlətindən üzr istəməmək fikrini dəstəkləyənlər arasında olub. Onun rəyinə əsasən, söz azadlığının, insan haqqlarının pozulmasi, qanunsuz həbslər, edam, demokratiyanın zəifliyinə görə əksinə iranlılar üzr istəməlidir. Qeyd edək ki, Danimarka parlamentinin xarici məsələlər üzrə komitəsinin 9 üzvünün İrana 3 günlük səfəri gözlənilirdi. Görüşlərdə insan haqqları və İranın nüvə məsələsinin müzakirə olunacağı gözlənilirdi. /ANS PRESS/ |
Категория: Dünyada |
Просмотров: 1157 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|