Главная » 2008 » Fevral » 29 » DANİMARKA PARLAMENTİNDE HİCAB
21:56 DANİMARKA PARLAMENTİNDE HİCAB |
Parlamentin islamofobları yaman narahat olublar
Danimarka parlamentinin rəhbərliyi Əsma Əbdül-Həmidin parlament iclaslarına ənənəvi müsəlman baş örtüyündə – hicabda qatılması niyyətindən narahat olmuşdur. Belə ki, «politiken.dk» saytına istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, Əsma Əbdül-Həmid çox böyük güman ilə parlamentdə Yohanna Şmidt-Nilseni əvəz etməlidir.
Xəbər verildiyinə görə, parlamentdə olan Danimarkanın sağ təmayüllü Xalq partiyasının nümayəndəsi Soren Espersen bildirmişdir ki, əgər ona parlament iclaslarına sədrlik etmək şansı düşsə, bu halda o müsəlman xanımı orada iştirak etməyə imkan verməyəcəkdir.
Əsma Əbdül-Həmidin özü isə Espersenin bu addımını az ehtimal verilən adlandırmışdır. Belə ki, bu zaman müsəlman xanım Danimarkanın demokratik prinsiplərinə və həmçinin Danimarkada seçilmiş parlament üzvlərinin baş örtüyü geyinməsini qadağan edən hər hansı bir qanunun mövcud olmamasına istinad etmişdir.
Qeyd etmək lazımdır ki, müsəlman xanımla parlamentin vitse-spikeri Per Klauzen də həmrəydir. Belə ki, vitse-spiker islamofobluq iddiasına düşən Soren Espersenin tələblərini qeyri-demokratik və qaydalara zidd olduğu qənaətindədir. Və buna görə də, parlament yetkilisinin fikrincə, Əsma Əbdül-Həmidin parlament üzvlüyünə seçildiyi təqdirdə onun bu qanunverici orqanın iclaslarında hicablı şəkildə iştirak etməsinə heç kim maneə törədə bilməz.
MƏSUMƏ RZAQIZI “Deyerler” AİN(www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1243 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|