Bazar ertesi, 30.12.2024, 21:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 8
    Qonaq: 8
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 1 » BRİTANİYA MÜSELMANLARI SPİRTLİ CİPSİLERİ BOYKOT ETMİŞLER
    11:42
    BRİTANİYA MÜSELMANLARI SPİRTLİ CİPSİLERİ BOYKOT ETMİŞLER
    nullBöyük Britaniya müsəlmanları tərkibində alkohol olan «Walkers Quavers» markalı çipslərə boykot elan etməyə qərara vermişlər

    Belə ki, müəyyən edilmişdir ki, bəzi qızardılmış kartof – çips növlərinin hazırlanması zamanı müəyyən dadların əldə edilməsi üçün kimyəvi reaktiv qismində az miqdarda spirtdən istifadə olunurmuş.

    «Eastern I» qəzetinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bu barədə olan məlumatda Böyük Britaniyanın Qərbi Yorkşir qraflığındakı Bredford şəhərində yerləşən halal ərzaq mağazasının sahibi Bəşərat Rəhmanın fikirləri gətirilmişdir. Belə ki, mağaza sahibi bildirmişdir ki, onun istehlakçılardan aldığı məlumata görə, ayrı-ayrı çips növləri istehsalçılar tərəfindən tərtib edilmiş tərkibində alkohol olmayan məhsullar siyahısına salınmamışlar.

    «Və hətta bu zaman məhsulun tərkibində alkoholun mikroskopik miqdarı varsa da belə, istehsalçı bunu qablaşdırma zamanı göstərməlidir. Çünki bu zaman istehlakçı əldə etdiyi məlumat əsasında öz müstəqil seçimini edə bilməlidir», - deyə Bəşərat Rəhman bildirmişdir. Mağaza sahibi qeyd etmişdir ki, şirkətin müsəlmanların ehtiyaclarına olan laqeydsizliyi ucbatından o öz müştərilərini itirdiyinə görə hiddət hissi keçirməkdədir.

    «Şirkətin istehsal etdiyi çipslərin çoxu mənim qızımın sevimli çipsləri idi. və mən onların tərkibində alkohol olduğunu bilən kimi, evə zəng edərək orada olan bütün çips bağlamalarının tullanmasına qərar verdim», - deyə B.Rəhman bildirmişdir.

    Böyük Britaniyanın Müsəlman Şurasının yeyinti standartları Komitəsinin rəhbəri Şudja Şəfi bildirmişdir ki, bu barədə xəbər tutan Komitə araşdırma aparmaq niyyətindədir. «Əlbəttə ki, əgər biz tərkibində alkohol olan yeyinti məhsullarından istifadə etdiyimizi bilsək, birmənalı olaraq özümüzü təhqir edilmiş hesab edəcəyik», - deyə Komitə sədri bildirmişdir.

    «Daily Mail» qəzetinə istinad edən «İslam.ru» saytının bildirdiyinə görə, Komitənin digər bir əməkdaşı isə qeyd etmişdir ki, bu şirkətin məhsullarına aid oxşar problemlərin meydana çıxması ilə bağlı bu ilk hal deyildir. «Onlar problemi gizlətmək yox, həll etməlidirlər. Özü də ki, bu zaman məhsulun tərkibində alkoholun hansı dərəcədə olmasının heç bir fərqi yoxdur», - deyə o bildirmişdir. Yeyinti standartları Komitəsinin işçisi qeyd etmişdir ki, Komitə həmişə müsəlmanlara məhsul hətta «vegetarian məhsulu» kimi qeyd olunsa belə onların tərkibini öyrənməyi məsləhət görür.

    Hadisəyə münasibət göstərən istehsalçı şirkətin nümayəndələri isə bildirmişlər ki, onların şirkəti çipslərin və yaxud da ki, çörəyin tərkibində mikroskopik miqdarda alkoholun olmasının onların müsəlmanlar tərəfindən qida kimi qəbul etmələrində bir maneə olacağını nəzərə almamışdır. «Biz öz məhsullarımızın tərkibinə alkohol əlavə etmirik. Lakin, çox az miqdarda olan dad əlavələrinin tərkibində mikroskopik miqdarda etil spirti ola bilər», - deyə şirkət nümayəndəsi bildirmişdir.

    ƏBÜLFƏZL HACILI
    “Deyerler” AİN(www.deyerler.org)



    Категория: Dünyada | Просмотров: 1235 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər