Şenbe, 21.12.2024, 20:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 9 » ELMİN Deyeri
    09:06
    ELMİN Deyeri

    null         Müasir dünyada elm çox geniş bir məna kəsb edir. Elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qurtarmaq olmur. Lakin məna dərinliyinə getdikcə onlar bir-birinə yaxınlaşıb bir mərkəzə tərəf gedirlər. Rəsuli-Əkrəm (s) buyurub: “Elm bir nöqtədir, cahillər isə onu çoxaldıblar”.

        Bəzi cəhalətpərəst, qəflətdə olanlar zaman-zaman elmləri iki yerə bölmüşlər: dini və dünyəvi. Bu elmlər arasına uçurum salmışlar. Dünyəvi elmlər tərəqqiyə aparan elmlər kimi təqdim edilmiş, dini elmlər isə əksinə. Amma əslində əgər dini elmlər insanları dünyanı dərk etməyə yönəldirsə, bu elə dünyəvi elmlərdir. Əslində tərəqqiyə aparan bütün elmlər İslami elmlər sayılır.


         Elmin əhəmiyyəti haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Varlıq aləminin bütün sualları qarşısında elmi dəlillərə malik olan insan ən kamil insan hesab olunur. Digər bir qrup filosof isə bu qənaətdədir ki, insanın təhsil ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Hətta elmi kamilləşmə yolunda maneə hesab edənlər də var. Bu qənaətlərin ən düzgünü budur ki, elm insan üçün kamillik sifətidir.

        Elmi-hüsuli, başqa sözlə oxumaqla öyrənilən elm iki növdür: nəzəri və əməli. Nəzəri elmlərin insan xarakteri ilə əlaqəsi olmasa da, onlardan bəziləri son məqsədi tanımaqda insana kömək edir.

        Təkamül yolunda insanın agah şəkildə kamilləşməsi əməli elmlərdən asılıdır.

        Praqmatizm nəzəriyyəsinə görə, elm və sənət yalnız o zaman dəyərlidir ki, insan onun vasitəsilə özü üçün gözəl və rahat həyat qura bilsin. Ancaq nəinki elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz. Nə elmi təhsil, nə sənət, nə də fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar yalnız Allaha yaxınlığa xidmət etdikdə dəyərli ola bilər. Elm öyrənməkdə kiminin məqsədi ad-san, kiminin məqsədi isə Allahın razılığını qazanmaqdır. Allaha yaxınlıq məqsədilə elm təhsili – ibadətdir.

        «Bir saat elmlə məşğul olmaq altmış il ibadətdən üstündür» hədisini yanlış olaraq belə başa düşürlər ki, elm öyrənmək ibadət təklifini aradan götürür. Elmi xidmətlər və məşğuliyyətlər, camaata düzgün yolu göstərmək ən yaxşı ibadətlərdən sayılır, qürbət qəsdi yerinə yetirilərsə İlahi dərgaha doğru yaxınlıq və mənəvi təkamülə səbəb ola bilər. Lakin nə günahlara və əxlaqi rəzilliklərə bir dərman, nə də ki, İlahi təklif və vəzifələrin götürülməsinə səbəb olmalıdır.

        Elm əhli də başqaları kimi, həlakətdən xilas olmaq, əbədi səadətə və kamala çatmaq üçün təqvaya, nəfsin saflaşdırılmasına, ibadətdə ciddiyətə ehtiyacı vardır.

        İnsanın qəflət yuxusundan ayılmasına səbəb olacaq elm isə çox təəssüflər ki, bəzən qürura, cəhalətə səbəb olur.

        Elm imanla rabitəli şəkildə əlaqəlidir. İman əqlin təsdiq etdiklərini qəbul etməsi və onun şərtlərinə əməl etmək qərarına gəlməsidir. Sabir elm və imanın əlaqəsini belə ifadə etmişdir.

                    Gər olsa nisada elmü-irfan

                    Övlada edər bu yolda iman

        Azərbaycanın məşhur ədib və ziyalıları maarifi, elmi cəmiyyətin inkişafı üçün əsas meyar hesab etmiş, bu yolda mübarizə aparmışlar. Sabir:

               Elm ilə olur hüsuli-izzət

               Elm ilə olur nüfuzu-millət

        Bu arada İslamı qəbul etmiş dünyanın bir sıra görkəmli elm xadimlərini qeyd etmək yerinə düşərdi.

        Alman şairi, mütəfəkkir İohan Volfqanq Höte demişdir: «Uzun illər Allahdan xəbərsiz keşişlər bizi Quran həqiqətlərini dərk etməkdən uzaq saxlayıb. Ancaq elm aləmində bütün məchul və naməlumlar Qurandadır».

        İngilis alimi ser Edvard Henri əl dərisi naxışlarının quruluşu ilə cinayətkarların axtarışı kəşfini Qurani-Kərimin «Qiyamət» surəsinin 3-4 cü ayələrindən götürmüş və 1891-ci ildən dünyanın kriminalistika sahəsində ilk dəfə olaraq tətbiq edilməyə başlamışdır.

        Fransız filosofu, yazıçı Qüstav Lebon: «Quran vasitəsilə İslam dini dünyaya ən təmiz, həqiqi monoteizmi – təkallahlıq dinini çatdırır».

        Jak İv Kusto Cəbəllutariq boğazında tədqiqat apararkən, elmin izah edə bilmədiyi təəccüblü faktla, bir-birinə qarışmayan iki su kütləsinin olması ilə üzləşir. Bütün bunların 1400 il bundan qabaq Quranda olmasını bilərkən heyrətlənir və deyir: "And içirəm ki, müasir elmi 1400 il geridə qoyan Quran insan sözü ola bilməz. Bu, həqiqətən Uca Allahın sözüdür”.
        Bu siyahını daha da artırmaq olar. Sonda bu hədisi hər zaman yadda saxlamalıyıq: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin”.
     

      Aynur Məmmədova
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


     “Deyerler” AİN(www.deyerler.org)
    Категория: Cümə söhbətləri | Просмотров: 1998 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər