Şenbe, 21.12.2024, 20:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 49
    Qonaq: 49
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 16 » “MÜBAREK İSLAMI LİBERALLAŞDIRMAĞA EHTİYAC YOXDUR”
    10:45
    “MÜBAREK İSLAMI LİBERALLAŞDIRMAĞA EHTİYAC YOXDUR”
    nullHacı İlqar İbrahimoğlu: “Quran məntiqi bütün zamanlar üçün müasirdir”


    Türkiyə ilahiyyatçılarının İslamın yeni modelini hazırlaması barədə qəzetimizdə xəbər vermişdik. Xəbərdə Türkiyə Dinayət İşləri Bakanlığının dəstəyi ilə Ankara Universitetində bir qrup ilahiyyatçı alimin Quranın yeni beşcildlik təfsirini hazırladığı bildirilirdi. Dünya mətbuatında yer alan xəbərlərə görə, alimlərin əsas məqsədi Məhəmməd Peyğəmbərin (s) bəzi nitqləri və hərəkətlərinin müasir dövr üçün izahını verməkdir. İlahiyatçı alimlər bu məqsədlə bir çox hədisləri yenidən işləmək qərarına gəliblər.
    Türkiyəli ilahiyyatçılar bu yolla şəriətdə nəzərdə tutulan bir çox qaydaları, o cümlədən ölüm cəzasının icra üsullarını dəyişmək niyyətindədirlər. Beynəlxalq ekspertlər isə bu səyləri sünnü təriqətinin müasir dəyərlərə uyğunlaşdırılması istiqamətində atılan addım hesab edirlər. Quranın və hədislərin yeni təfsirinin hazırlaması işinə Azərbaycan ilahiyyatçılarının münasibətini öyrənmək qərarına gəldik.
    Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğluya görə, aparılan işlər barədə qəti fikir söyləmək tezdir: “Çünki məsələnin mahiyyət etibarilə nədən getdiyi hərtərəfli aydın deyil. İkinci və üçüncü əllərdən bu və ya digər mətbu orqanın vasitəsilə yalnız şərhlər verilir. Amma iş bundadır ki, mübarək İslamın və Quran məntiqinin liberallaşdırılmasına ehtiyac yoxdur. Çünki İslam məntiqi hər zaman müasirliyini qoruyub saxlayır. Bu mənada düşünürəm ki, təqdimat, ola bilsin yanlış verilib. Belə bir halın baş verəcəyinə inanmıram”.
    Hacı İlqar türkiyəli ilahiyyatçıların Quranın liberallaşdırılmasına yox, şəriətin yeniləşməsinə yönəlik çalışmalar apardıqlarını bildirdi: “Söhbət ondan gedir ki, İslami məktəblər içərisində imam Cəfər Sadiq əleyhissəlamın İslam hüquq məktəbindən kənar dörd digər hüquqi məktəb var. Bu məktəblər konseptual tarixi yanaşma tərzinə hələ də sadiq qalırlar. Lakin İmam Cəfər Sadiq əleyhissəlamın Əhli-beyt məktəbində hər zaman ictihad, yəni dini məsələlərə məkan və zaman baxımından yanaşma var. Digər tərəfdən, əgər ictihadın qapılarını açmaq istəyirlərsə, buna müsbət yanaşıram. Digər dörd - Hənəfi, Həmbəli, Şafi, Maliki məktəblərinin qapıları bağlıdır. Bu məsələyə metodoloji baxımdan yanaşmaq istəyirlərsə, bunu da alqışlayıram. Amma hazırda İslamın liberallaşdırılması məsələsinə birmənalı şəkildə münasibət göstərmək çətindir. Çünki hələ geniş açıqlamalar verilməyib”.
    Leyla İLQAR
    Musavat

    Категория: Müsahibe | Просмотров: 1201 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər