Bilindiyi kimi mafianın işini icra etməkdə istifadə etdiyi metod, qorxutma üsuludur. Bu üsul da, mümkün olan hər vasitədən faydalanar və hər hansı bir əxlaqi ölçü tanımaz. Hal-hazırda da beynəlxalq sahədə çox vaxt bu metoddan faydalanıldığını söyləmək mümkündür. Xüsusilə hədə gücləri çox olan dövlətlərin digər dövlətlərin zəif nöqtələrini yaxşı təsbit edərək bir şeylər istədikdə, həmin yerləri hədəf aldıqlarını görərik. Bunu ABŞ-ın çox təsirli bir şəkildə etdiyi bir gerçəkdir. Başqa sözlə ABŞ-ın dostluğu, əməkdaşlıq, yaxşı əlaqəsi mənfəət hesablarına qədərdir. Mənfəət planlarının hədə strategiyasını dövrəyə soxmağı tələb etdiyi yerdə bütün dostluqlar, əməkdaşlıq əlaqələri ayaqlar altına alınar. Bundan bir müddət əvvəl Erməni soyqırımı iddialarıyla əlaqədar qətnaməni Türkiyəyə qarşı istifadə etmək və təzyiqlərində təsirli bir şəkildə bu nöqtədə dayanmaları, bunu çox açıq bir şəkildə ortaya qoydu. ABŞ-dan iqtisadi, siyasi və diplomatik yöndən dəstək götürdüyü kimi beynəlxalq mafiaçılıqda da eyni şəbəkənin işçisi olmaqdan faydalanan işğalçı Sionist dövlətin də son zamanlarda Türkiyə üzərində təzyiq meydana gətirmək məqsədiylə eyni vasitədən istifadə etməyə çalışdığını görürük. Bu işə baxın ki; olduğu torpaqlar üzərində heç bir qanuni haqqa sahib olmayan, tamamilə qəsb və işğalçı olan, bu qəsb və işğal səbəbiylə beş milyondan çox insanın sürgün həyatı yaşamasına gətirib çıxaran, davamlı yeni qırğınlara imza atan bir dövlət belə, Erməni məsələsiylə əlaqədar iddiaları mafia diplomatiyasında istifadə edə bilir. Əslində bunun səbəbi Sionist işğalın təsdiqlənməsi, qəsb edilmiş Fələstin torpaqlarının "İsrail" olaraq təyin olunmasının normal qarşılanması və davamlı gözümüzün qarşısında dayanan gerçəklərin görməməzlikdən gəlinməsidir. Biz bu səbəblə mafia diplomatiyasında müasir imperializmin izlədiyi "hədə siyasəti"nin ümumi bir qiymətləndirməsini etmək istəyirik. Hədə siyasətinə, başqa ölkələrdəki siyasi duruma nəzarət etmək və bu ölkələrin rəhbərliklərini ələ almaq üçün bu siyasət əsas addımlardandır. Məsələn, imperializmin "İnsan Haqqları"nın jandarmalığını etməsi, hədə siyasətinin bir yönüdür. Əsl məqsəd isə, insanların haqsızlığa uğradılmasını dayandırmaq deyil, imperializmin mənfəətlərinə tərs düşəcək inkişafları dayandırmaqdır. Əgər bir ölkə rəhbərliyi imperializmin onun üçün təyin etdiyi xəttdən bir az uzaqlaşma cürəti göstərsə, imperializm dərhal "İnsan Haqqları" mövzusunu gündəmə gətirər. İmperializm əgər ki; insan haqqları mövzusunda səmimi olsaydı, İsrailin işlədiyi zülm və haqsızlıqların qabağına kəçmək üçün həqiqi bir rəftar ortaya qoyardı. Yaxud Rusiyanın Çeçenistanda törətdiyi vəhşiliyin qabağına keçmək üçün bir sanksiyaya müraciət edərdi. Hədə siyasətində istifadə edilən silahlardan biri də iqtisadi köməklərdir. İmperializm zəif ölkələrə etdiyi iqtisadi köməkləri davamlı bu ölkələrdəki siyasi dalğanı idarəsində saxlamaq üçün istifadə etmişdir. Mənfəətlərinə qarşı olan halda köməkləri kəsməklə hədələyirlər. Bir ölkənin qonşularıyla olan ikili problemləri də, imperializmin hədə siyasətində işinə yaramaqdadır. Bu hədələr, beynəlxalq imperializmin dünya üzərində qurduğu hakimiyyətin davamını təmin etmək üçün istifadə edilməkdədir. Bunun yanında imperializmə xidmət edən rejimlərin ayaqda qalmasını təmin etmək üçün də hədə siyasətinə müraciət edilməkdədir. Bir ölkədə, xalqa hər hansı bir haqq verildiyi zaman xalq daha çoxunu istəməyə cəhd etsə, rejimin adamları verdikləri haqqı da geri ala biləcəklərini söyləyərək, xalqı daha çox haqq istəməkdən saxlamağa çalışarlar. Zatən o verdikləri haqqı da, icra edəcəkləri hədə siyasətində istifadə etmək üçün vermişlər. Demokratiya oyunu da daxili hədə siyasətində istifadə edilən bir silahdır. İmperializmə xidmət edən rejimlərin adamları, tətbiq etdikləri demokratiyaları, hər baxımdan idarələrində məbləğlərkən, xalqın da bütün məqsədlərinə demokratik yollardan çatmasını, demokratik olmayan havaya girməməsini istəyərlər. Halbuki demokratiya bu ölkələrdə, uzaqtan su kimi görünən bir ilğımdır. Yanına çatıldığı zaman heç bir şey olmadığı aydın olar. Xalqın, haqsızlıqlara baş qaldırması halında isə, söz mövzusu rejimlərin adamları, demokratiyanın təhlükəyə düşəcəyini, demokratiyanın əldən gedəcəyini irəli sürərək, bunu bir hədə ünsürü olaraq istifadə edərlər. Bütün bunlar rəsmiləşdirilmiş hədələrin xaricində qalan gizli hədələrin bəziləridir. Rəsmiləşdirilmiş hədələrə isə azdırıcı hökmlər və s. kimi adlar verilər. Əhməd Varol (Türkiyə)/tərcümə İslam-Azeri.az |