Главная » 2008 » Aprel » 1 » AVROPADA İNFLAYSİYA REKORD HEDDE
16:50 AVROPADA İNFLAYSİYA REKORD HEDDE |
Yanacağın və ərzaq məhsullarının qiymətinin rekord həddə bahalaşması fonunda Avropanın 15 ölkəsində inflaysiya stabil olaraq sürətlənir. Avropada inflyasiya rekord həddə çatıb. Avronun mövcudluğundan bəri ilk dəfə olaraq mart ayında Avropada inflyasiya illik 3.5 faizə çatıb. Bu Avropa birliyinin statistika xidməti olan “Avrostat”-ın müəyyənləşdirdiyi ilkin rəqəmlərdir. İstehsalkçı qiymətlərin artım templəri Avropa mərkəzi bankının müəyynləşdirdiyi illik 2 faizlik həddi ötüb keçir. Yanacağın və ərzaq məhsullarının qiymətinin rekord həddə bahalaşması fonunda Avropanın 15 ölkəsində inflyasiya stabil olaraq sürətlinir. İlin əvvəlindən qiymətlərin sürətlə artması prosesi hələ də davam edir. Məsələn, yanvarda qiymətlər 3.2 % artmışdısa, mart ayında qiymətlərdə 3.5 faizlik bahalaşma qeydə alınıb. Aprelin 10-da keçiriləcək növbəti iclasda Avropa mərkəzi bankı çətin seçim qarşısında qalacaq. Jan Klod Trişenin rəhbərlik etdiyi qurum qiymətlərin stabil olaraq qalmasına çalışır. Qurumda deyirlər ki, kredit üzrə faiz dərəcələrini qaldırmaq lazımdır. Amma, ekspertlər bunun əksinə olaraq indi dünyada kredit böhranın dərinləşməsi əsas gətirərək faiz dərəcələrinin aşağı salınmasını tələb edir. Onların fikrincə, bu, banklara öz pullarını iqtisadiyyata yatırmağa imkan verəcək. Analitiklərin fikrincə, Avropa mərkəzi bankının Avropa məkanında inkişaf templəri haqqında bu ilki proqonozları nəzərə çarpacaq dərəcədə pisləşəcək. Qeyd edək ki, martda regionun işgüzar optimizm indeksi iki dəfə aşağı düşüb. ANS TV |
Категория: Dünyada |
Просмотров: 1253 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|