Cüme, 19.04.2024, 19:27
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 11 » Rusiyada «Nurçular»ın dini fealiyyetini qadağan etdiler
    15:02
    Rusiyada «Nurçular»ın dini fealiyyetini qadağan etdiler
    nullRF Ali Məhkəməsi onların fəaliyyətində dini ekstremizm əlamətləri görüb


    Rusiya Federasiyasının (RF) Ali Məhkəməsi «Nurçular» beynəlxalq dini təşkilatının Rusiya ərazisində fəaliyyətini qadağan edib. Məhkəmə «Nurçular»ın fəaliyyətində dini ekstremizm əlamətləri görərək RF Baş Prokurorluğunun qurumun uyğun müraciətini təmin edib.

    Rusiyanın «İnterfaks» agentliyi «Nurçular»ın əslən Türkiyədən olan Səid Nursinin ideyalarının təbliğatını apardığını bildirib. Səid Nursinin kitablarının rus dilinə tərcümələri 2007-ci iln may ayında Moskva şəhərinin Koptev rayonunun məhkəməsi tərəfindən ekstremist ədəbiyyatı sayılıb. Daha sonra Moskva şəhər məkhəməsi bu qərarı təsdiq edib və «Nurçular»ın ədəbiyyatının RF ərazisində yayılması qadağan edilib.

    Rusiya agentliyinin məlumatına görə, «Nurçular» dini dözümsüzlük təbliğatı ilə məşğuldur və qanunsuz silahlı dəstələrlə əlaqə saxlayır.

    Qeyd edək ki, Səid Nursinin ideyalarının təbliğatı aparılan kitablar Bakıda da geniş satılır. Bakıda əslən Türkiyədən olan iş adamlarının içərisində də nurçu görüşünün sahibləri var. /ANS PRESS/


    Категория: Dünyada | Просмотров: 1258 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər