Главная » 2008 » Aprel » 28 » 400 Genc Cüt Mekkede Ortaq Heyat Müqavilelerini İmzaladılar
14:48 400 Genc Cüt Mekkede Ortaq Heyat Müqavilelerini İmzaladılar |
"Media-Islam"ın İQNA-ya istinadlı xəbərinə görə: 400 İranlı gənc cüt Məkkədə Allahın beyti yanında ortaq həyat müqavilələrini imzaladılar.
İran Quran Xəbər Agenliyi Razısalmanın Həcc və Ziyarət bürosundan nəql etdiyi xəbərə görə bu ilin başlanğıcından bu ana qədər 400ün üzərində gənc cüt müqəddəs torpaqlara səfər etmişdir. İslam İnqilabı Rəhbərinin Məkkə şəhərindəki bisesinin təklifi ilə bu cütlər Kəbədə ortaq həyat müqaviləsi imzaladılar.
İslam İnqilabı Rəhbərinin bisesindeki xalqla əlaqələr hissəs(n)i məsulu etdiyi şərhdə gənc cütlər arasında imzalanan bu həyat müqaviləsinin ümrə ziyarəti sonuna qədər davam etdiyini söylədi və bu proqram daxilində cütlərə bise tərəfindən bəzi hədiyyələr verildiyini yazdı.
Haqqında danışılan ortaq həyat müqaviləsinin tam mətni belə:
Gənc yaşda bizləri beytinin ziyarəti ilə şərəflənən, beləcə başımızı Quran və Əhlibeytin əmrlərinə bağlayaraq həyatımıza səfa verən Rəbbimizə şükrlər olsun.
Ortaq həyata addım atdığımız ilk günlərdə Allahın beytinin kənarında mənəviyyat və vəlayət günəşinin əks olunduğu bu vəhy torpaqlarında olmaq, Allahın Elçisi və Baqidəki məzlum imamların ətrafında hazır olmaq nə qədər böyük bir səadətdir. Bu mənəviyyat iqlimində ruh kasamızı doldurmalı və burada keçirdiyimiz nurani günlər içində imzalayacağımız bu ortaq həyat müqaviləsi ilə Allaha , yalnız ONun yolunda addım atacağımıza, Onun razılığı istiqamətində səy sərf edəcəyimizə və ONA qulluğu ən böyük iftixar sayacağımıza dair söz veririk.
Allaha həyatımızın vəlayət və Hz Mehdinin zühurunu gerçək gözləmə proqramı ətrafında keçirəcəyimizi və o həzrətə olan eşqimizi haqq naibinin itaətində olmaqla yerinə yetirəcəyimiz sözünü veririk.
Ortaq həyat kitabımızın əlifbasını imandan, sözlərini sədaqət, söhbət və köməkləşmədən al/götürəcəyimizə dair söz veririk.
Daim ana-atamızın bizə olan söhbət və fədakarlıqlarını göz qarşısında tutacağımıza, onlara qarşı kadirşinas olacağımıza və ürəyimizdəki onlara sevgi məşəlini davamlı alovlu tutacağımıza dair söz veririk.
Rəbbimizin bizlərə hədiyyəsi, həyat asılılığığın meyvəsi olan övladlarımızın tərbiyə və təhsilindən qəflət etməyəcəyimizi və onları Qədiri-Xum, Aşurə və İntizar mədəniyyəti ilə yetişdirəcəyimizi təəhhüd edirik.
Ey Rəbbimiz! Bu müqaviləni yerinə gətirə bilməmiz üçün köməkçimiz ol! Bizə köməkçi ol ki, söhbət, sədaqət, dindarlıq və Allah inancını qoruya bilək.
Məkkə- 2008 Ümrə Ziyarəti
"MEDIA-ISLAM"-a istinad vacibdir!
|
Категория: Dünyada |
Просмотров: 1149 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|