Şenbe, 20.04.2024, 11:07
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » FRANSADA MESCİD YANDIRILDI
    13:33
    FRANSADA MESCİD YANDIRILDI
    Bu hadisənin cavabdehliyini hələ ki, heç kim üzərinə götürməmişdir


    İslam.ru xəbər verir ki, Fransanın cənubunda yerləşən Tuluza şəhərində, naməlum şəxslər məscidi yandırmışdılar. Bu hadisənin cavabdehliyini hələ ki, heç kim üzərinə götürməmişdir. Bu hadisə haqqında iki fransız telekanalı - "TF1" və "France 2" məlumat vermişlər. Onlar bildirmişdilər ki, şəhərdə bir neçə dini və etnik qruplar arasında gərgin münasibət yaranmışdır.

    İlkin nəticələrə görə, məscid, içində yandırıcı maye olan butulkadan alovlanmışdı. Təhqiqat aparan polis, məscidin qəsdən yandırılması variantını dilə gətirmişdir. Bu tikiliyə ciddi xəsarət yetirilib. Fransa DİN-nin rəhbəri Mişel Eliot Mari, İslam diniən qarşı bilavasitə yönəlmiş bu hadisədən qəzəbləndiyini böyük hiddətini bildirmişdir.

    Bu münaqişəni, iki həftə qabaq baş verən, Notr-Damda yerləşən hərbi qəbiristanlıqda 148 müsəlman məzarının təhqir olunması hadisəsi ilə əlaqələndirirlər. Qəbirlər boyalarla rənglənmiş, onların üzərində faşist svastikası və təhqiramiz ifadələr yazılmışdır. O vaxt prezident Nikolya Sarkozi və başqa rəsmi şəxslər bu hadisəni ciddi surətdə pisləmişdilər.

    RUQƏYYƏ MƏTİNLİ
    “Deyerler” AİN (www.deyerler.org)



    Категория: Dünyada | Просмотров: 1298 | Добавил: al-shia | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər